
Sosial şəbəkələrdə “Çevik” ləqəbi ilə tanınan Məqsəd Məcid oğlu Bağırov inzibati qaydada həbs edilib\.
Məlumata görə, o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510\.2\-ci maddəsi ilə protokol tərtib olunub\.
Həmin maddə internetdə ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə, əxlaqsız ifadələrin səsləndirilməsinə və milli\-mənəvi dəyərlərə zidd hesab olunan görüntülərin yayılmasına görə məsuliyyət nəzərdə tutur\.
İş baxılması üçün məhkəməyə göndərilib\. Məhkəmənin qərarı ilə Məqsəd Bağırova 10 sutka müddətinə inzibati həbs cəzası verilib\.
Onun konkret olaraq hansı paylaşımına və ya ifadəsinə görə məsuliyyətə cəlb edildiyi barədə ətraflı məlumat açıqlanmayıb\.