USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

2026-cı ilin ilk altı ayında Baş Prokurorluq tərəfindən həyata keçirilən beynəlxalq hüquqi əməkdaşlıq tədbirləri nəticəsində 33 təqsirləndirilən şəxsin xarici ölkələrdən Azərbaycana ekstradisiyası təmin olunub.
Məlumata görə, bu barədə Baş Prokurorluğun 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına həsr olunmuş Kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, hesabat dövründə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində axtarışda olan şəxslərin ölkəyə gətirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilib.
Eyni zamanda, xarici ölkələrin beynəlxalq axtarışa verdiyi 13 nəfərin məhkəmə qərarları əsasında aidiyyəti dövlətlərə təhvil verilməsi də təmin olunub.