USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bundan əvvəl o, Azərbaycanın İtaliya, Malta və San Marinodakı səfiri, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond yanında daimi nümayəndəsi vəzifələrini icra edirdi.
Digər sərəncamla Rəşad Aslanov həmin vəzifələrdən geri çağırılıb.
Qeyd edək ki, Azərbaycanın Türkiyədəki əvvəlki səfiri Rəşad Məmmədov Özbəkistana fövqəladə və səlahiyyətli səfir təyin olunub.