USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Gürcüstanda 31 yaşlı azərbaycanlı gənc pnevmatik silahdan açılan atəş nəticəsində ağır yaralanıb.
Hadisə gecə saat 22:30 radələrində Marneuli bələdiyyəsinin Candar kəndində baş verib. Rahib Abdullayev yaşadığı məhəllədə tanışı tərəfindən güllələnib.
İlkin məlumata görə, hadisə zamanı üç dəfə atəş açılıb. Rahib Abdullayev ağız və baş nahiyəsindən ağır xəsarətlər alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.