USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli qərarına dəyişiklik edib.
Yeni dəyişikliyə əsasən, komissiyanın üzvləri sırasında TƏBİB-i bundan sonra icraçı direktor deyil, direktor müavini təmsil edəcək.
Dəyişiklik Mərkəzi Çağırış Komissiyasının tərkibi və müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin say bölgüsü ilə bağlı əvvəlki qərara tətbiq olunub.