
Bakıda keçirilən U-17 dünya çempionatının dördüncü günündə Azərbaycanın beş qadın güləşçisi mübarizəyə qoşulacaq.
Fatimə Bayramova 53 kiloqram çəki dərəcəsində təsnifat mərhələsində İsrail təmsilçisi Sela Rozovla qarşılaşacaq.
Fidan Babayeva 61 kiloqramda, Simurə Abdullayeva isə 69 kiloqramda yarışa 1/8 final mərhələsindən başlayacaq.
Gülxanım Şirinova 40 kiloqramda, Nuray Cəfərli isə 46 kiloqramda 1/4 final mərhələsində xalça üzərinə çıxacaq.
Ötən gün Azərbaycanın dörd qadın güləşçisi medalsız qalıb.
Daha əvvəl yunan-Roma güləşi üzrə Əli Cavadlı, Abdurrahman Hüseynli və İsfahan Həsənov gümüş, Ömər Salmanov, Elmir Çərkazov və Orxan Həbibli isə bürünc medal qazanıblar.
Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan turnirdə 29 idmançı ilə təmsil olunur.