
Azərbaycan və Slovakiya arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsini nəzərdə tutan hökumətlərarası saziş imzalanıb.
Slovakiya Respublikası Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevlə görüş keçirilib.
Tərəflər görüş zamanı qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Danışıqların yekununda “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” imzalanıb. Bildirilib ki, sənəd iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.