USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Bu İlham Əliyev tərəfindən Ermənistana qəti xəbərdarlıq kimi başa düşülməlidir"

Siyasət

14-04-2022, 12:35

"Bu İlham Əliyev tərəfindən Ermənistana qəti xəbərdarlıq kimi başa düşülməlidir"Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində görülməli olan işlər, atılmalı olan addımlarla bağlı səsləndirdiyi fikirləri ilk növbədə Ermənistanın hazırkı hakimiyyətinə açıq mesajlar kimi dəyərləndirirəm. Bununla belə, dövlət başçısının çıxışında BMT, ATƏT və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatlarla da bağlı olduqca maraqlı fikirlər yer alıb, eləcə də artıq tamamilə amorf instituta çevrilən Minsk Qrupu və onun həmsədrlərinin fəaliyyətinə (daha doğrusu, tam fəaliyyətsizliyinə) də bir daha aydınlıq gətirilib. Habelə, Prezident Ermənistanı yenidən silahlandırmağa cəhd göstərə biləcək ölkələrə də ismarıc ünvanladı.

Çıxışında bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında son 30 il ərzində ilk dəfə olaraq telefon söhbətinin baş tutduğunu vurğulayan və bunu müsbət qiymətləndirdiyini bəyan edən Azərbaycan Prezidenti çox önəmli bir məqama toxundu və bildirdi ki, Azərbaycanla Ermənistan arasındakı münasibətləri bu iki ölkə özləri həll etməlidir. Buna köməklik göstərmək istəyənlər isə buyurub kömək edə bilərlər. Bu, İlham Əliyev tərəfindən Nikol Paşinyana ünvanlanmış çox ciddi və cəsarətli çağırış idi. Azərbaycan lideri bu çağırışı ilə yeni reallığın əsasını qoydu.

Prezident öz çıxışında Zəngəzur dəhlizinin açılması planından vaz keçmədiyimizi, bu məsələnın əvvəlki kimi yenə də gündəmdə olduğunu, bizim üçün prioritet təşkil etdiyini bir daha vurğuladı və Naxçıvana çıxış üçün İranla imzalanan memorandumun Zəngəzur dəhlizinin açılmasının təxirə salınması kimi başa düşülməməsinin vacibliyini qeyd etdi. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, bu addımı ilə ilk növbədə 10 noyabr razılaşmasını pozmuş sayılacaq, bu isə öz növbəsində Azərbaycanın da analoji addım atması ilə nəticələnə bilər. Əgər Ermənistan tərəfi öz öhdəliyini yerinə yetirmək istəmirsə, o zaman Azərbaycan da öhdəliklərin yerinə yetirilməsinə xitam verə bilər. Bu İlham Əliyev tərəfindən Ermənistana qəti xəbərdarlıq kimi başa düşülməlidir.

Dövlətimizin başçısı Ermənistanın gələcək inkişafının ilk növbədə bu ölkənin Azərbaycan və Türkiyəyə qarşı düzgün və sülhsevər münasibətindən asılı olduğunu diqqətə çatdırdı. Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistanın inkişaf edə bilməyəcəyi bu gün hər kəsə, o cümlədən Ermənistanı idarə edənlərin özlərinə də kifayət qədər yaxşı məlumdur. Onlar başa düşməlidirlər ki, bu Ermənistan üçün həqiqətən də son şansdır. Rəsmi İrəvan revanşizmdən, ərazi iddialarından və türkofobiyadan əl çəkib, Azərbaycan və Türkiyə ilə beynəlxalq hüquq norma və prinsipləri əsasında münasibətləri normallaşdırmaq yolunu tutmalıdır. Ermənistanın xilas yolu yalnız bundan keçir. Bunun üçün Ermənistan rəhbərliyi ikibaşlı siyasət yürütməkdən, öhdəliklərin yerini yetirilməsini süni surətdə yubatmaqdan, qeyri-konstruktiv addımlar atmaqdan əl çəkməli və qeyri-müəyyənliyə son qoymalıdır.

Ermənistandan fərqli olaraq Azərbaycan nə istədiyini, hansı hədəflərə çatmaq istədiyini dəqiq bilir. Bunu Prezident İlham Əliyev də sözügedən çıxışında qeyd etdi. Biz qlobal düşünürük, zamanın çağırışlarına adekvat qərarlar veririk. Həmçinin bölgənin inkişafı ilə bağlı bizim çox aydın təsəvvürümüz var, biz bilirik nə istəyirik və öz məqsədlərimizə bundan sonra da çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Biz postmünaqişə dövrü ilə bağlı böyük quruculuq işlərinə start vermişik, bölgə ölkələri ilə sıx əməkdaşlıq münasibətləri qurmağı özümüz üçün prioritet seçmişik. Ermənistan da eyni mövqedən çıxış etməli, konstruktiv siyasət yürütməlidir. Bütün bunlar isə son nəticədə Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasına köklü zəmin yaradacaq, müharibə risklərini azaldacaq və beləliklə, bölgə xalqları rahat nəfəs almaq, dinc yaşamaq imkanı əldə edəcək. Rəsmi İrəvan və erməni xalqı İlham Əliyevin bu çağırışlarına sağlam təfəkkürlə yanaşmalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

14-12-2021, 16:59

İlham Əliyev Brüsseldə

Gündəm / Siyasət

4-12-2021, 20:31

Ceyhun Bayramov görüşdən imtina etdi.

Siyasət

3-12-2021, 09:41

Mins qrupu Qarabağla bağlı bəyanat verib

Siyasət

24-09-2021, 09:23

"Ermənistan sərhədlərini qorumaq iqtidarında deyil"

Siyasət

25-08-2021, 12:30

Prezident mühüm fikirlərini BMT rəsmisinin diqqətinə dəmir məntiq kimi ifadə edib

Siyasət

2-06-2021, 14:47

Azərbaycan növbəti dəfə Ermənistana xəbərdarlıq edib

Siyasət

1-06-2021, 09:55

Minsk Qrupu növbəti qərəzini göstərdi

Siyasət

21-05-2021, 09:40

Əliyevin Şimala, Cənuba və Qərbə MESAJLARI

Siyasət

26-10-2020, 08:25

MİNSK QRUPU BƏYANƏT YAYDI

Siyasət

23-09-2020, 15:29

Nikol Paşinyan şokdadır - MHP sədri

Siyasət

23-09-2020, 10:27

İrəvanın təcavüzkar ritorikası BMT-də... – Şərh

Siyasət

22-09-2020, 19:47

"Prezident düşmənə qarşı informasiya savaşını uğurla davam etdirir"

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
28-10-2026, 16:49
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
28-10-2026, 16:45
Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
28-10-2026, 16:42
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə