USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Moskva daha heç bir izahat verməyəcək, münasibətlərin sonrası necə olacaq? - GƏLİŞMƏ

Siyasət

9-09-2020, 14:58

Moskva daha heç bir izahat verməyəcək, münasibətlərin sonrası necə olacaq? - GƏLİŞMƏAzərbaycanın etirazlarına baxmayaraq Rusiya Ermənistanı silahlandırmaqdadır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Türkiyədə “Haber Qlobal”a verdiyi “Bu gün Ermənistana ”İl-76" təyyarələri gəlməkdə davam edir. Ermənistan 500 tondan artıq silah alıb.

Bunlar nə məqsədlə gətirilir? Bu suala hələ cavab ala bilməmişik" açıqlaması bir daha göstərdi ki, Rusiyanın silah daşınması ilə bağlı verdiyi izahatlar həqiqəti əks etdirmir. Hikmət Hacıyevin açıqlamsından o da göründü ki, hakimiyyət Rusiyadan hələ də narazıdır, münasibətlərdə gərginlik qalır.

Aydındır ki, Moskva daha heç bir cavab, izahat verməyəcək. Amma münasibətlər aydınlaşmalıdır. Necə? Bakı güzəştə gedəcək, yoxsa nə etməlidir?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə Azərbaycanın münasibətləri demək olar açıq və şəffaf surətdə ortaya qoyulub. İndiyə qədər pərdəli, əl altından aparılan rus siyasəti bütün konturları ilə artıq üzə çıxıb. İndi hər kəs bilir ki, Rusiya Ermənistanı tam müdafiə edir, Tovuz əməliyyatlarından sonra daha intensiv surətdə işğalçı ölkəyə müasir silahların, xüsusilə elektronik silahların daşınması prosesi həyata keçirilir: “Baxmayaraq ki, Rusiya daşınan o yüklərin tikinti materialları olduğunu bəyan edir, əslində Azərbaycan hakimiyyəti həqiqətin nə olduğunu bilir. Ermənistanın hava hücumundan müdafiə sistemləri təkmilləşdirilir. Qondarma işğalçı Ermənistanın ordusu tamamilə müasir rus silahları ilə təchiz edilməkdədir. Faktiki olaraq işğalçı ölkə bu yolla dəstəklənir və işğala davam etməsi üçün ona stimul verilir.

Biz Rusiyadan Ermənistana silah daşınması barədə daha hər hansı açıqlamanı gözləmirik. Çünki fakt ortadadır. Rusiyada müxalifət liderlərindən olan Yavlinskinin bir sözü var-200 ildir ki, Rusiya yalan danışır, bu yalanın həcmi indi daha da çoxalıb. Buna bənzər sözləri daha bir məşhur rus siyasətçi Çubays da demişdi. Yəni demək istəyirəm ki, Rusiya bizə yalan bir izahat verdi. Təbii ki, bu cür izahat bizi qane edə bilməzdi. Azərbaycan təkcə özünün milli kəşfiyyat idarəsi tərəfindən deyil, həm də digər dost və antirus meylli ölkələr tərəfindən də lazım olan kəşfiyyat materialları ilə tanışdır. Biz Ermənistana Rusiyadan silah daşınmasını, bu daşımanın marşrutunu müəyyən elədik. Sonuncu silah partiyasının bugünlərdə İrandakı Novruz keçid qapısı vasitəsilə Ermənistana göndərildiyi informasiyası bizə gəlib çatdı. Rusiya artıq açıq kartla oynamağa başlayıb, silah göndərməsi prosesini nəinki dayandırmır, əksinə, bir az da artırır. Özü də bu silahların hamısı pulsuz göndərilir. Guya yalandan KTMT-nn hansısa strukturlarını qurmaq üçün silahlar göndərildiyi deyilsə də faktiki olaraq işğalçı ölkə silahlandırılır".

Q.Hüseynlinin sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistan arasında silah balansını Ermənistanın xeyrinə dəyişməyə çalışır: “Bundan ruhlanan ermənilər, müdafiə naziri David Tonoyan bəyan etdi ki, biz müdafiə silahları deyil, hücum silahları alırıq və yeni torpaqlar əldə etmək istəyindəyik. Əlbəttə, bu, sarsaq erməninin psixoloji təzyiqindən uzağa gedə bilməyən fikirdir. Bunlar keçən deyil. Artıq Azərbaycan dövləti və xalqı nəyin necə olduğunu yaxşı bilir”.

Politoloq qeyd etdi ki, Azərbaycan Rusiyadan hər hansı başqa izahat və başqa hansısa müsbət addım atılacağını, Rusiyanın Ermənistana silah göndərməsini dayandıracağını gözləməməlidir: “Azərbaycan bu cür gözləntilərə vaxt ayırmadan hərbi potensialını daha da artırmaqda davam etməlidir. Azərbaycan bu prosesi aparır. Məsələn, bu yaxınlarda İtaliyadan 10 ədəd çox müasir qırıcı təyyarə almışıq. Pakistandan da qırıcı təyyarələrin alınması gündəmdədir. Türkiyədən ”Atak" tipli helikopterlər alınıb. Yəni ordunun təchizatı, yeni ordu bölmələrinin yaradılması işi sürətlə gedir və getməlidir. Biz həm texniki resurlarımız, həm də canlı qüvvə resurslarımız sarıdan işğalçı Ermənistanı bir neçə dəfə qabaqlayırıq. Amma bizim görəcəyimiz işlər hələ çoxdur. Ordu quruculuğunun sürətlə davam etdirilməsi ilə yanaşı, ölkənin bütün potensialının müharibə relsləri üzərinə keçirilməsi prosesi başlanmalıdır. Yəni ölkənin maddi resurslarının, istehsal resurslarının, kənd təsərrüfatı resurslarının böyük hissəsinin hərbi relsə, hərbi ehtiyaclara yönəldilməsi vacibdir. Eyni zamanda biz cəmiyyətdə mənəvi saflaşmanı, rüşvət və korrupsiyaya qarşı mübarizəni, güclü kadr siyasətinin həyata keçirilməsini, vətənpərvər peşəkar insanların iş başına gətirilməsi prosesi daha da sürətləndirilməlidir. Bir sözlə, ölkənin bir güclü yumruq kimi birləşdirilməsi üçün əldə olan bütün imkanlardan istifadə edilməlidir. Milli həmrəylik var, onu daha da möhkəmləndirməliyik. Onun inkişafına mane olan əngəlləri aradan qaldırmalıyıq. Bütün siyasi qüvvələrin həmrəyliyini yaratmaq istiqamətində addımlar atmalıyıq. Azərbaycan həmçinin Türkiyə ilə hərbi müttəfiqliyi hüquqi müqavilələr səviyyəsində daha yüksək səviyyəyə qaldırmalıdır. Bunun üçün lazım olan addımlar atılmalıdır. Pakistanla və digər dost ölkələrlə hərbi əməkdaşlıq dərinləşdirilməlidir".
“Yeni Müsavat”

Paylaş:
Digər xəbərlər

Siyasət

27-08-2020, 13:51

“Vəziyyət o yerə çatıb ki, Moskva suallarımıza cavab verməli olur” - FAKT

Siyasət

25-07-2020, 16:28

Daha bir ölkə Ermənistana silah veribmiş — SENSASSİON FAKT

Siyasət

23-07-2020, 14:34

Elmar Məmmədyarovun apardığı mənasız danışıqlar... – Minsk Qrupundan imtina ideyası dəstək qazanır

Siyasət

22-07-2020, 12:38

Hikmət Hacıyevin 3 mesajını necə oxumaq lazımdır? - TƏHLİL

Siyasət

15-07-2020, 15:05

"KTMT-yə üzv dövlətlər Azərbaycanın haqlı olduğunun fərqindədir" - GƏLİŞMƏ

Siyasət

3-07-2020, 14:33

Avropa və ABŞ-ın “tula payı”nın ümidinə qalan İrəvan... - TƏHLİL

Siyasət

20-06-2020, 12:00

Yeni bazarlıq: Köçəryanı buraxır, Tsarukyanı həbs edir... - GƏLİŞMƏ

Video

30-05-2020, 14:00

“Ramil Səfərovdan danışarkən Dilqəmlə Şahbazı unudurlar” - GƏLİŞMƏ

Bölgə

24-04-2020, 15:18

“İndiki vəziyyətdə yeganə yol Ağdamın geri alınmasıdır” - GƏLİŞMƏ

Son xəbərlər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
  • 27-08-2026, 20:40
    İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
  • 27-08-2026, 20:38
    Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
  • 27-08-2026, 20:37
    Robert Köçəryan həbsxanaya köçürüldü – iki aylıq həbs qərarı qüvvədədir
  • 25-08-2026, 19:39
    ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
  • 25-08-2026, 19:31
    Ermənistanın sabiq prezidenti Robert Koçaryan və oğlu saxlanıldı
  • 23-08-2026, 23:34
    Mirziyoyev İlham Əliyevin Vaşinqton diplomatiyasını “parlaq qələbə” adlandırdı
  • 23-08-2026, 23:30
    Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalandı
  • 23-08-2026, 23:27
    Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət daşıyır”
  • 23-08-2026, 23:25
    İlham Əliyev: “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və iqtisadi regiondur”
Daha çox
Çox oxunanlar
8-09-2026, 19:25
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
10-09-2026, 22:11
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
8-09-2026, 23:29
Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
7-09-2026, 15:15
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
9-09-2026, 13:03
Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə