USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Vəziyyət o yerə çatıb ki, Moskva suallarımıza cavab verməli olur” - FAKT

Siyasət

27-08-2020, 13:51

“Vəziyyət o yerə çatıb ki, Moskva suallarımıza cavab verməli olur” - FAKTDünən Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş çərçivəsində bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanda deyil bütün regionda sülhə, sabitliyə, təhlükəsizliyə əsas təhdiddir. Ermənistan tərəfinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlara da toxunan Z.Həsənov qeyd edib ki, bu, Azərbaycan ilə MDB ölkələri arasında əlaqələrin sarsıdılmasına yönəldilib. S.Şoyqu Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması münasibət bildirərək qeyd edib ki, bu hərbi daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil:

“Bu daşınmalar Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib. O, xüsusilə qeyd edib ki, Rusiya bu günədək Azərbaycana qarşı yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq.

Şoyqunun Bakı səfərini “Sherg.az”a şərh edən keçmiş XİN başçısı Tofiq Zülfüqarov nazirlər arasındakı görüşün pərdəarxası məqamlarından danışıb.

Söhbəti təqdim edirik:

- Sizcə bu səfər nəyə hesablanmışdı?

- Generalın ölkəmizə gəlməsi digər səfərlərdən fərqli olaraq daha konkret məsələlərə həsr olunub. Əsas məsələ ondan ibartədir ki, Azərbaycan ictimaiyyəti Rusiyanın təcili, hətta nümayişkəranə formada Ermənistana hərbi silahlar göndərməsindən narahat idi. Artıq vəziyyət o yerə gəlib çatıb ki, Rusiya istər-istəməz Azərbaycan ictimaiyyətini narahat edən suallara cavab verməlidir. Əvvəlki illərdə məsələlərin bu səviyyədə müzakirə edilməsi yadıma gəlmir. Ən azı uzun müddət idi ki, belə mövzular gündəmdə deyildi. Bu da onu göstərir ki, artıq Rusiyada olan qüvvələrin bir qismi Azərbaycanla qarşılıqlı maraqlar ətrafında əlaqələrin inkişaf etməsinə diqqətlə yanaşır. Ermənistan-Azərbaycan konfliktinə aid addımlar birmənalı olaraq Rusiya-Azərbaycan ələqələri ilə əlaqədar olan məsələ kimi gündəmə gəlib. Bu, çox vacib bir haldır. Hesab edirəm ki, səfərin əsas məqsədi bundan ibarətdir.

- S.Şoyqu Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silah və hərbi texnika deyil, düşmən ölkədəki hərbi bazasında tikinti işlərinin aparılması üçün tikinti materiallarının daşındığını bildirib... Bu nə dərəcədə realdır?

- Təbii ki, bu cavabdan səmimilik gözləmək olmaz. Bəlkə də ölkəmizdə buna inanan tapılmaz. Bizdə yetərincə məlumatlar var ki, müxtəlif silahların yeni növləri Ermənistana aparılıb. Artıq Rusiya o vəziyyətdədir ki, ictimaiyyətimizdə olan narazılığa cavab verməli olur. Əsas fakt budur.

- Səfərdən sonra Rusiya-Azərbaycan münasibətləri hansı müstəvidə inkişaf edəcək?

-Səfər Rusiya-Azərbaycan əlaqələrinə ciddi şəkildə təsir göstərməyəcək. Çünki Azərbaycan artıq öz siyasi xəttini müəyyən edib. Ermənistan-Rusiya əlaqələrini diqqətlə izləyəcəyik və münasibətimiz birbaşa bu məsələlərlə bağlı olacaq. Bəlkə səfər vaxtı bu fakt səsləndirilməyib. Amma taktikamız artıq Rusiyaya çatdırılıb. Rusiyanın Ermənistanda hansı işləri gördüyünü, hərbi cəhətdən hansı köməklikləri edəcəyini izləyəcəyik. Şimal qonşumuza münasibətimiz bununla bağlı olacaq. Cəmiyyətimiz açıq-aşkar başa düşür ki, Ermənistanın işğalçı siyasətinin əsas potensialı məhz Rusiyanın hərbi köməkliyi ilə bağlıdır. Yəni Moskvanın hərbi köməyi olmasaydı, İrəvan öz imkanları vasitəsilə bu cür siyasəti apara bilməzdi. Ölkəmiz öz siyasətini Rusiyanın Ermənistanda hansı siyasəti aparması ilə müəyyənləşdirəcək.

- Düşmən dünən və bu gün növbəti dəfə Goranboy, Tovuz və Tərtərdə təxribatlar törətdi. Bu, müharibəni alovlandıra bilərmi?

- Öncə bu təxribatları nə üçün daimi baş verdiyini başa düşməliyik. Paşinyanın siyasəti ondan ibarətdir ki, Moskvanın İrəvana münasibətini sınaqdan keçirib müəyyən etmək üçün təxribatlar törədir. Yəni erməni baş nazir “Rusiya Ermənistana kömək edəcək, yoxsa yox?” sualına cavab tapmaq istəyir. Bəllidir ki, hərbi əməliyyatların nəticəsindən asılı olmayaraq Rusiya kömək etməməkdə ittiham olunacaq. Və Ermənistanda baş verən hadisələrin arxasında Rusiyaya tərəf “5-ci kolon”un dayandığı deyiləcək. İttiham üçün artıq bu məsələlər müəyyənləşib.

Ermənistan məhz bu ittihamlardan sonra Rusiyadan əl çəkib, qərbyönümlü siyasətini həyata keçirmək istəyəcək. Bu, Paşinyanın taktikasıdır. Ona görə də təxribatlar ardıcıl şəkildə baş verir. İstisna etmirəm ki, yaxın günlər və ya həftələr ərzində təxribartlar davam edəcək.

Paylaş:
Digər xəbərlər

Siyasət

25-07-2020, 16:28

Daha bir ölkə Ermənistana silah veribmiş — SENSASSİON FAKT

Siyasət

23-07-2020, 15:32

Ermənistanda hərbi təlimlərə start verilib - rusiyalı hərbçilərin iştirakı ilə

Siyasət

9-07-2020, 13:16

Zakir Həsənov generalın fəaliyyətini araşdırtdırır - İDDİA

Araşdırma

24-06-2020, 11:57

“Şoyqunun zəngi olmasaydı...” – nazir o faktı niyə indi açıqladı?

Gündəm

5-06-2020, 09:31

Prezidentin Ermənistana müharibə mesajı - TƏHLİL

Hadisə

14-04-2020, 13:00

Rusiyanın Ermənistandakı bazasında yanğın olub

Siyasət

24-03-2020, 11:35

Düşmən təxribat törətdi: Bir erməni hərbçi məhv edildi

Siyasət

11-03-2020, 16:05

Azərbaycanla Misir hərbi əməkdaşlığı müzakirə etdi

Müsahibə

22-02-2020, 17:10

Ekspert: “Azərbaycanın NATO ölkəsindən hərbi təyyarələr alması Ermənistana ciddi mesajdır”

Son xəbərlər
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Daha çox
Çox oxunanlar
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
16-09-2026, 13:20
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
14-09-2026, 13:35
Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə