USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Qənirə Paşayeva: "Hərb meydanında da güclüyük, masa arxasında da"

Siyasət

10-10-2020, 18:26

Qənirə Paşayeva: "Hərb meydanında da güclüyük, masa arxasında da"

“Respublikamızın Xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Xarici işlər nazirinin ev sahibliyi və vasitəçiliyi ilə Ermənistanın Xarici işlər naziri ilə dünən Moskvada keçirdiyi görüş yerli və beynəlxalq medianın aparıcı mövzuları sırasındadır. Bu da təsadüfi sayıla bilməz”.

Bunu APA-ya Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

O bildirib ki, Görüşün 11 saat sürməsi prosesin nə qədər mürəkkəb olduğunu, necə gərgin ortamda keçdiyini bariz şəkildə göstərməkdədir:

“Bəri başdan deyək ki, bu görüş üçün biz müraciət etməmişik, əksinə, görüş, dara düşmüş, “qalib ölkə” ədası yerlə yeksan olmuş Ermənistanın israrlı xahişləri ilə baş tutub və biz orda iştirakdan imtina etməmişik. İmtina etməmişik, çünki müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə “status-kvo”nu aradan qaldırıb, “təmas xətti”ni sıradan çıxarıb və danışıqlar masasında güclü tərəf bizik. Bizim mövqeyimiz hərb meydanında da, sülh danışıqlarında da qətidir, aydındır, birmənalıdır: işğalçı qoşunlar ərazilərimizdən qeyd-şərtsiz çıxmalı, ərazi bütövlüyümüz bərpa olunmalıdır. Heç kəsə sirr deyil ki, artıq Azərbaycanda nəinki diplomatları, hətta ən sıravi vətəndaşı da erməni hiyləsi ilə aldatmaq mümkün deyil; Ermənistan dövlətinin kamil dövlət ola bilməməsi, öz cəmiyyətini və beynəlxalq ictimaiyyəti xəbiscəsinə aldatması da artıq “limit tükənməsi” mərhələsindədir. Odur ki, acı təcrübələrə bələd olan bizlər yaxşı bilirik ki, hazırkı humanitar atəşkəs yalnız birinci mərhələdir. Və gözlənildiyi kimi, qüvvəyə minməsinə dəqiqələr qalmışadək mövqelərimizə atəş açmaqda davam edən düşmən, atəşkəsin ilk saatlarından yenə öz ampluasındadır”.

Q. Paşayeva qeyd edib ki, hərbçilərimiz, mülki şəxslər, cəbhədən uzaq bölgələrimiz atəşə məruz qalmaqdadır və təbii ki sarsıdıcı cavablarını da veririk:

“Bununla bir daha sübut olundu ki humanitar məqsədə xidmət edən atəşkəslə yanaşı digər vacib proseslər paralel şəkildə aparılmalıdır ki, ordumuzun fədakarlığı nəticəsində əldə edilmiş uğurlar daha da gücləndirilsin. Artıq atəşkəs danışıqlarında, digər ikitərəfli, çoxtərəfli platformalarda şərtləri məhz Azərbaycan müəyyən edir. Bu o deməkdir ki Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsindən söhbət gedə bilməz və atəşkəs istəyən tərəf hüquqtanımazlıqdan imtina etməli, beynəlxalq hüquq normalarına dönməlidir. Bu sadə gerçəkliyi artıq hamı başa düşür və düşməlidir.

Cənab Prezidentin dünən Hadrut qəsəbəsi və digər 8 strateji önəmli kəndin azad edilməsi ilə bağlı xalqa müraciətində vurğuladığı kimi, biz “məsələnin hərbi yolu yoxdur” tezisini qəbul etməmişik və mövqeyimizin düzgünlüyünü hərb meydanında ləyaqətlə göstərmişik. Göstərmişik ki, 30 ilə yaxın danışıqlarda iştirakımız bizim gücsüzlüyümüz deyildi, dünya sülhünə, bəşəri humanitar təfəkkürə, birgəyaşayışa, xoşgörülü baxışımız, xeyirxahlığımız idi. Bir halda ki bu nəcib davranış düzgün anlaşılmadı və əksinə, “Qarabağ Ermənistandır. Nöqtə” kimi sərsəmləmələr meydana çıxdı, Tovuza qanlı hücum, Goranboya diversiya qrupu göndərildi, bunlar azmış kimi, nəhayət, 27 sentyabrda düşmənin yeni hücumuna məruz qaldıq, o zaman, bu gün hərb meydanında yaşananların günahkarı axtarılırsa, yeganə günahkar var: Ermənistan dövləti!”

Komitə sədrinin sözlərinə görə, hərb meydanındakı əməliyyatlar respublikamıza qarşı artan siyasi-diplomatik təzyiqlər fonunda həyata keçirilirdi: “Cənab Prezident bu siyasi-diplomatik təzyiqlərə sinə gərir, məharətli diplomatik addımlarla ölkəmizə qarşı olan təzyiqləri neytrallaşdırır. Belə olan halda, Moskva danışıqlarından imtina düzgün addım sayılmazdı. Bu danışıqlarda iştirak etməklə, Ermənistanın və havadarlarının bir araya gələrək, respublikamız qarşı vahid diplomatik cəbhə təşkil etməsinin qarşısını almış olduq.

Etiraf edək, siyasi-diplomatik cəbhədə yanlışlıq, hərb cəbhəsindəki üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada “Yox!” deməsi, Ermənistanın mövqeyini gücləndirmiş olardı. İndi isə açıq şəkildə deyirik: buyurun, biz hərb meydanında da, sülh masasında da birüzlüyük, sözümüz bütöv və etimadlıdır. Özü də, dövlət başçımız səviyyəsində elan edilib ki, Moskva danışıqlarında iştirakımız işğalçıya son şansdır, son şans! – Yox, əgər bu tarixi şansı da düzgün qiymətləndirə bilməsələr, zərər görən ilk növbədə özləri olacaq! O zaman, zəhmət çəkib, yeni tabutlar, yeni matəm çələngləri sifariş verməli olacaqlar”.

Q. Paşayeva vurğulayıb ki, bizim mövqeyimiz ədalətli, hüquq əsaslıdır və biz Azərbaycanın milli maraqlarını özünün həyat amalına çevirmiş bir rəhbərə malikik: “Mövqeyimiz haqlı, rəhbərimiz qətiyyətli, əhalimiz dövlətcanlı, vətəncanlı, ordumuz güclü! Belə olduğu halda, hansısa danışıqlarda iştirakdan çəkinəcəyimiz yoxdur!

Bu yerdə, Prezident İlham Əliyevin məşhur sözlərini xatırlatmaq istərdim: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik.

Bu günədək aparılan dövlət siyasəti, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçımızın fikirlərinin tam əsaslı olduğunu bir daha təsdiq edir. İstər danışıqlar masasında, istərsə hərb meydanında atılan hər bir addım düşünülüb və dəqiqdir. Bu addımlar bizi əsas hədəfə daha da yaxınlaşdırır. İşimiz haqq işidir, biz qalib gələcəyik! Dövlətimiz var olsun!”

Paylaş:
Digər xəbərlər

Siyasət

7-10-2020, 15:55

Paşinyan Rusiya liderini qıcıqlandırırdı - MHP sədri

Siyasət

6-10-2020, 18:56

"Xalqımız tarixin ən şərəfli anlarını yaşayır" - MHP sədri

Siyasət

24-09-2020, 22:05

XARİCİ İŞLƏR NAZİRİ GÜRCÜSTANA RƏSMİ SƏFƏR EDİB

Siyasət

24-09-2020, 08:40

Zərif Moskvaya getdi

Siyasət

23-09-2020, 14:53

5 rayonun geri qaytarılmasının tərəfdarıyıq - Lavrov

Siyasət

14-09-2020, 15:00

“XİN rəhbərliyi hara baxır?” - Azərbaycan bu regionu Ermənistana “uduzur”...

Siyasət

23-07-2020, 15:13

Xarici İşlər nazirindən yeni TƏYİNAT - FOTO

Siyasət

23-07-2020, 14:34

Elmar Məmmədyarovun apardığı mənasız danışıqlar... – Minsk Qrupundan imtina ideyası dəstək qazanır

Siyasət

19-07-2020, 15:30

Almaniyanın azərbaycanlı siyasətçisi Angela Merkelə erməni təxribatı ilə bağlı müraciət edib

Siyasət

16-07-2020, 14:37

Elmar Məmmədyarov istefa ərizəsi yazıb – XİN RƏHBƏRİNİN İŞƏ ÇIXMAMASININ SƏBƏBİ BƏLLİ OLDU

Siyasət

14-05-2020, 16:26

İtaliya mətbuatı: “Azərbaycan Ermənistanı küncə sıxışdırır”

Siyasət

17-04-2020, 12:19

XİN başçısı: “Gürcüstan Azərbaycana dəstək və həmrəylik mesajı göndərir”

Son xəbərlər
  • 6-08-2026, 17:50
    Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
  • 6-08-2026, 17:47
    Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
  • 4-08-2026, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
  • 26-07-2026, 19:58
    FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
  • 26-07-2026, 19:56
    İlin ilk yarısında 33 nəfər xaricdən Azərbaycana ekstradisiya edilib
  • 25-07-2026, 18:33
    Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
  • 25-07-2026, 14:15
    Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
  • 25-07-2026, 14:11
    Rumıniya hava məkanını pozan daha bir pilotsuz aparatı vurub
  • 25-07-2026, 14:08
    Əməkdar artist Elnur Kərimovu ilan sancıb
  • 25-07-2026, 14:05
    Şəmkirdə 12 yaşlı qızın ölümündə bacısı şübhəli bilinir
  • 25-07-2026, 14:04
    Hacıqabulda sərnişin qatarının vurduğu 53 yaşlı kişi ölüb
  • 24-07-2026, 00:40
    Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
Daha çox
Çox oxunanlar
2-08-2026, 12:27
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
4-08-2026, 22:23
Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
6-08-2026, 17:50
Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
6-08-2026, 17:47
Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə