USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Deputat Türkiyə filmlərinin Azərbaycan dilinə tərcüməsinə etiraz etdi

Siyasət / Mədəniyyət

1-02-2021, 16:59

Deputat Türkiyə filmlərinin Azərbaycan dilinə tərcüməsinə etiraz etdi
“Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması olduqca vacib və əlamətdar bir hadisədir. Çünki hazırkı tarixi inkişaf mərhələsində gücdən danışarkən biz həm də yumşaq güc kimi xarakterizə etdiyimiz informasiya gücündən danışırıq. Media isə bizim informasiya məkanımızın keyfiyyətini, trendini təyin edən vasitədir və əslində elə həm də milli gücümüzün tərkib hissəsi kimi çıxış edir”.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Hikmət Babaoğlu “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiqlənməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Hikmət Babaoğlunun sözlərinə görə, şanlı Vətən müharibəsi zamanı da gördük ki, informasiya nə qədər güclü silahdır və Azərbaycan Prezidenti bu silahdan da düşmənin informasiya müharibəsinə qarşı necə məharətlə istifadə etdi:

“Ona görə də qardaş Türkiyənin mediası ilə ortaq əməkdaşlıq və koordinasiya edilmiş fəaliyyət bizim qlobal informasiya məkanında gücümüzü daha da artıracaq və ortaq media platforması yaradılacaq. İmzalanan memorandumda bütün bu məsələlər öz əksini tapmaqla bir məsələ ayrıca vurğulanır. Sənəddə əlaqələrin və qarşılıqlı anlaşmanın təmin edilməsində medianın rolu xüsusi olaraq önə çəkilir və bunun inkişaf etdirilməsinin zəruriliyi qeyd edilir. Bu, çox mühüm məsələdir. Ona görə ki, qarşılıqlı dil, ünsiyyət anlaşması olmasa, birgə mediadan və onun səmərəli fəaliyyətindən də danışmaq olmaz”.

Deputatın fikrincə, dolayısıyla sənəddə elə bir ortaq ünsiyyət mühitindən danışılır ki, orada anlaşma problemi yoxdur və bu vəzifə kimi müəyyənləşdirilir.

“Ancaq çox təəssüf ki, bu çağırışlar bəzi media institutlarımız tərəfindən lazımi qədər diqqətə alınmır. Xüsusən son dövrlərdə Azərbaycan televiziya kanallarında efirə verilən və çox maraqla qarşılanan türk film və serialları Azərbaycan dilinə tərcümə edilir”.

Millət vəkilinin fikrincə, bu, əslində imzalanan memorandumda irəli sürülən məqsədlərlə bir qədər uyğun gəlmir: “Onda belə çıxır ki, hər gün televiziya efirində ekspert, şərhçi qismində çıxış edən türkiyəli mütəxəssislərin də fikirlərini tərcümə edib efirə verməliyik? Bu, doğru deyil. Böyük Mirzə Ələkbər hələ öz dövründə buna etiraz edərək, “türkcədən türkcəyə tərcümə də nə demək”, deyə fikir bəyan etmişdi. Bəzi hallarda bununla da ürəyimiz soyumur, qardaş Türkiyə Cümhuriyyətinin adını Türkiyə Respublikası kimi tələffüz edirik. Bu, əsla yolverilməzdir. Bu ölkəni quran böyük Mustafa Kamal Atatürk onun adını Türkiyə Cümhuriyyəti qoyub. Adlarsa tərcümə edilmir! O başqa məsələdir ki, ərəb sözü olan “cəmahiriyyə” və ingilis sözü olan “repablik” eyni mənanı verir. Yaxud “Zeytun dalı” əməliyyatını “Zeytun budağı”, “Barış Pınarı” əməliyyatını “Sülh bulağı” kimi yanlış tərcümələr edirik. Bunlar dil və dilçilik baxımından da təsdiq edəcəyimiz sənədin strateji məqsədləri baxımından da doğru deyil. Ona görə də fikrimcə, televiziyalarımız türk filmlərini tərcümə edərək efirə verməməlidirlər. Tam əksinə, Türkiyə televiziyaları ilə birlikdə Vətən müharibəsindən bəhs edən filmlər, seriallar çəkməlidirlər”.

Hikmət Babaoğlu bu sənəddə öz əksini tapan məqsədlərin bütün mediamızın fəaliyyət proqramına çevriləcəyinə ümidvar olduğunu söyləyib.

Paylaş:
Digər xəbərlər

Siyasət / İqtisadiyyat / Sosial

30-01-2021, 17:08

Ərdoğan Türkiyə və Azərbaycan vətəndaşlarının pasportsuz səyahəti barədə müqaviləni təsdiqlədi

Siyasət / İqtisadiyyat / Sosial / Dünya / Video

29-01-2021, 01:12

Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdi - VİDEO

Siyasət

26-01-2021, 19:03

Ziyafət Əsgərov: “Hərbçilərin statusuna yeniliklər edilməsi zərurəti yaranıb”

Siyasət / Mədəniyyət

26-01-2021, 18:57

“Xarı bülbül” festivalı və Vaqif poeziya günləri Şuşada - mədəniyyət sahəsində mühüm layihələr hazırlanır

Gündəm / Siyasət

25-01-2021, 21:24

Hikmət Hacıyev mətbuat katiblərinə ustad dərsi keçdi

Siyasət / Dünya

23-01-2021, 11:45

KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb - FOTO

Siyasət

13-11-2020, 12:42

Polad Bülbüloğlu istefa verməlidir - Çağırış

Siyasət

22-09-2020, 20:51

Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

Siyasət

20-09-2020, 15:30

Prezident İrəvana mesaj verdi, Türkiyə mediası yazdı

Siyasət

27-03-2020, 13:58

Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi davam etdirilir

Gündəm / Siyasət

24-03-2020, 14:57

Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb

Siyasət

21-02-2020, 09:23

Prezident: "İtaliya Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolunda addımlamasına dərin hisslərlə baxır"

Son xəbərlər
  • Dün, 00:40
    Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
  • 23-07-2026, 20:49
    “AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
  • 22-07-2026, 22:45
    Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur
  • 22-07-2026, 18:43
    “AzerGold” QSC-nin KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
  • 22-07-2026, 16:35
    “AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
  • 22-07-2026, 13:09
    “AzerGold” QSC-nin KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
  • 21-07-2026, 22:12
    Azərbaycan və Almaniya münasibətlərində yeni mərhələ: Berlində strateji sənədlər imzalandı
  • 20-07-2026, 21:26
    Azərbaycanda beşillik məşğulluq planı qəbul edildi
  • 20-07-2026, 21:24
    Qadını sosial şəbəkədə hədələyərək pul alan şəxs saxlanılıb
  • 20-07-2026, 17:47
    Bakı-Qazax yolunda ağır qəza: iki yük maşını aşıb
  • 20-07-2026, 17:45
    Serbiyada saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya edilib
  • 20-07-2026, 17:44
    Qazaxda faciə: ata və qızı göldə boğulub
  • 20-07-2026, 17:43
    İlham Əliyevdən İspaniya Kralına Dünya Kuboku təbriki
  • 18-07-2026, 15:46
    Polis əməliyyatlarında 14 tüfəng və digər silah-sursat aşkarlanıb
  • 18-07-2026, 15:44
    Rusiyada “Wildberries” logistika mərkəzlərinə dron hücumu: 7 nəfər ölüb, 25 nəfər yaralanıb
  • 18-07-2026, 15:42
    Ontarionun şimalında meşə yanğınları: 1600 nəfər təxliyə edilib
  • 16-07-2026, 19:25
    Abid Qafarov AŞPA deputatı İvan Raçandan müsahibə alıb
  • 16-07-2026, 13:56
    ABŞ yaşıl kart müraciətçilərindən 100 min dollaradək təminat tələb edə bilər
  • 16-07-2026, 13:54
    Azərbaycanda yanacaq satışından əldə olunan gəlir 2 milyard manatı ötüb
  • 14-07-2026, 12:55
    “AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib
  • 14-07-2026, 12:46
    Qaz qurğularının xəritələrindən istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv edilir
  • 14-07-2026, 12:44
    AMEA-da rəhbər dəyişikliyi iddiaları: İsa Həbibbəylinin mümkün varisləri müzakirə olunur
  • 13-07-2026, 01:10
    Milli Məclis qumar oyunlarına görə cəzaları sərtləşdirib
  • 12-07-2026, 14:00
    TƏBİB: Hacıqabulda avtobus qəzasında xəsarət alan 28 nəfər evə buraxılıb
  • 12-07-2026, 13:57
    Bakıda internet kabeli üstündə yaranan mübahisə qətllə nəticələnib
  • 12-07-2026, 13:55
    Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
  • 12-07-2026, 13:52
    Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
  • 10-07-2026, 20:46
    Goranboyda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
  • 10-07-2026, 20:43
    İlham Əliyev beynəlxalq maliyyə qurumlarının nümayəndələrini qəbul edib
  • 10-07-2026, 20:42
    Bakıda partlayışda ölənlərin sayı artdı
  • 10-07-2026, 14:13
    “AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
  • 8-07-2026, 00:43
    Tramp: Türkiyəyə qarşı bütün sanksiyaları qaldırırıq
  • 7-07-2026, 01:11
    Ukrayna dronları Omsk neft emalı zavodunu vurdu
  • 7-07-2026, 01:09
    HƏMAS komandiri öldürüldü
  • 6-07-2026, 12:51
    “AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib
Daha çox
Çox oxunanlar
18-07-2026, 15:42
Ontarionun şimalında meşə yanğınları: 1600 nəfər təxliyə edilib
18-07-2026, 15:44
Rusiyada “Wildberries” logistika mərkəzlərinə dron hücumu: 7 nəfər ölüb, 25 nəfər yaralanıb
18-07-2026, 15:46
Polis əməliyyatlarında 14 tüfəng və digər silah-sursat aşkarlanıb
20-07-2026, 21:26
Azərbaycanda beşillik məşğulluq planı qəbul edildi
20-07-2026, 17:47
Bakı-Qazax yolunda ağır qəza: iki yük maşını aşıb
20-07-2026, 17:43
İlham Əliyevdən İspaniya Kralına Dünya Kuboku təbriki
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı
Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə