USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Oruca aid 33 fayda

Sosial / Din

14-04-2022, 18:48

Oruca aid 33 fayda

1-cisi, hər bir müsəlmana orucun əhkamlarını öyrənmək, bunları bilmədiyi təqdirdə isə elm əhlinə müraciət etmək vacibdir. Müsəlman olan kəs orucun vaciblərini, habelə, onu batil edən amilləri bilməlidir ki, bunların sayəsində orucunu dğru-düzgün tuta bilsin və tutduğu orucu qəbul olsun.

2-cisi, oruc nə deməkdir? Oruc: dan yeri söküldüyü andan gün batanadək (yemək, içmək, yaxınlıq etmək və s. bu kimi) orucu pozan amillərdən uzaq durmaqla Allaha ibadət etməkdir.

3-cüsü, orucluq nə zaman başlayır və nə zaman başa çatır? Orucluq ayın görünməsi ilə təyin edilir, ay görünmədiyi təqdirdə isə şaban ayı otuz gün hesablanır. Həmçinin, ramazan ayının başa çatması da, ayın görünməsi ilə təyin edilir, ay görünmədiyi təqdirdə isə ramazan ayı otuz gün hesablanır. Ayın nə zaman çıxacağını təyin etmək üçün astronomik hesablamalara etimad etmək isə İslam şəriətinə ziddir.

4-cüsü, ramazan orucu İslamın rüknlərindən sayılır. Odur ki, həddi-büluğa çatmış, ağlı başında olan və orucu tutmağa qadir olan hər bir müsəlmana bu ayı oruc tutmaq vacibdir.

5-cisi, orucun səhih sayılmasına dair qoyulmuş şərtlərdir. Orucun səhih sayılması üçün oruc tutan adamın həddi büluğa çatmış və ağlı başında olan müsəlman olması, üstəlik, oruc tutmaq üçün gecədən niyyət etməsi şərtdir. Qadın üçün də, bunlardan əlavə heyzdən və nifasdan təmizlənməsi şərtdir.

6-cısı, orucun rüknləridir. Yəni o əməllər ki, onsuz oruc məqbul sayıla bilməz. Orucun iki rüknü var: gecədən niyyət etmək və bir də, dan yeri söküldüyü andan gün batanadək (yemək, içmək, yaxınlıq etmək və s. bu kimi) orucu pozan amillərdən uzaq durmaq.

7-cisi, oruc tutmaq üçün qəlbən niyyət etmək şərtdir və onu dillə tələffüz etməyə lüzum yoxdur. Gecənin istənilən vaxtı, hətta dan yeri sökülməsinə az vaxt qalmış niyyət etmək icazəlidir. Üstəlik, ramazanın birinci gecəsi bütün ramazanı oruc tutacağına dair niyyət etmək kifayətdir. Lakin hər gecə, oruc tutmağa dair niyyət etmək daha əfzəldir.

8-cisi, səhuru, yəni səhər yeməyini sübhə yaxın yemək müstəhəbdir. Bu xüsusda Peyğəmbər  belə buyurmuşdur: “Səhur yeməyini yeyin! Həqiqətən, səhurda bərəkət var.” Müsəlman səhur vaxtına qalxdıqda, həm sünnəyə riayət edir, həm də, bu yeməyi yeməklə ibadət etmək üçün özündə güc toplayır, üstəlik, gecənin axırında Rəbbinə dua etmək və niyyətini təzələmək üçün fürsət əldə etmiş olur.

9-cusu, iftarın vaxtını gecikdirməməkdir. Bu xüsusda Peyğəmbər  demişdir: “İnsanlar iftarın vaxtını gecikdirmədikcə xeyir içində olarlar.” Hədisin əks anlamından aydın başa düşülür ki, iftarı gecikdirən kəs xeyirdən məhrum ola bilər. İftar vaxtı tər xurma yemək, əgər yoxdursa, adi xurma ilə və ya su ilə orucu açmaq sünnəyə müvafiqdir.

10-cusu, orucu pozan amillərdir. Belə ki, gündüz vaxtı yemək, içmək və ya cinsi əlaqəyə girmək, habelə, bilərəkdən qusmaq və ya çox miqdarda qan vermək, eləcə də, qadınlarda heyz və ya nifas qanının gəlməsi orucu pozan amillərdir.

11-cisi, bu amillər yalnız üç şərtlə orucu pozur. Bilərəkdən, şüurlu olaraq və bir də məcburiyyət altında yerinə yetirildikdə. Məsələn, oruc vaxtının başladığını bilmədən yemək yemiş və ya su içmiş kimsənin orucu batil olmur. Unudub yemək yemiş və ya su içmış kimsə də, həmçinin, orucunu davam etməlidir. Belə olduğu təqdirdə onu yedirdən və içirdən Allahdır. Eləcə də, bunları məcburiyyət altında edən kimsənin orucu da səhih sayılır.

12-cisi, yemək-içmək kimi orucu pozan digər amillərdir. Bunlar, dərman qəbul etmək, habelə, bədənə yemək-içməyi əvəz edən vitamin tərkibli iynə vurmaqdır.

13-cüsü, az miqdarda qan vermək orucu pozmur.

14-cüsü, orucu pozmayan amillərdir. Belə ki, oruc vaxtı su ilə ağız və burunu yaxalamaq, gözə və ya qulağa dərman damcılatmaq, qulağı yumaq, müalicə məqsədilə bədənə iynə vurmaq, diş çıxartdırmaq və ya onu müalicə etdirmək, habelə, misvakla və ya diş məcunu ilə - məcunu udmamaq şərtilə dişləri təmizləmək, bədənə krem və ya maz çəkmək, habelə, müalicəvi plastırdan və şamlardan istifadə etmək icazəlidir.

15-cisi, ətirlənmək və ya onu iyləmək orucu pozamayan amillərdəndir. Lakin buxar şəklində olan ətriləri, eləcə də, sulu yeməyi iylməkdən çəkinmək məsləhətdir. Çünki, onun buxarının burunda suya çevrilib mədəyə düşmək ehtimalı var.

16-cısı, çimməyin icazəli olmasıdır. Oruc tutmuş adam başını suya salmamaq şərtilə bədənini başdan ayağadək yuya bilər.

17-cisi, oruc ikən tüpürcəyi udmağın icazəli olmasıdır. Bəlğəmi isə tüpürmək gərəkdir.

18-cisi, oruc ikən yeməyin dadına baxmağın caiz olmasıdır. Bir şərtlə ki, onu udmasın, yeməyin dadına baxdıqdan sonra onu kənara tüpürsün.

19-cusu, oruc ikən cinsi əlaqəyə girən adam məni ifraz etsə də, etməsə də, orucunu pozmuş sayılır. Beləsi, etdiyi bu böyük günaha görə tövbə etməli, sonra həmin gününü orucunu tamamlamalı, ramazandan sonrakı ayda o günün əvəzinə bir gün oruc tutmalı və üstəlik, kəfarə olaraq ya altmış gün dalbadal oruc tutmalı, ya da altmış kasıbı yedirtməlidir. Qeyd etmək lazımdır ki, əgər kişi öz qadınını buna məcbur edibsə, yəni qadın istəmidi halda əri onunla cinsi əlaqəyə giribsə, o halda, bu cəza yalnız kişiyə aid edilir, qadın isə orucunu davam edir və onun orucu səhih sayılır.

20-cisi, yuxuda ikən məni və ya məzi ifraz etmək orucu pozmur. Habelə, ayıq ikən məzi ifraz etmək də, orucu pozmur.

21-cisi, yuxuda cənabət halına düşmüş kimsənin dərhal qüsl etməsi vacib deyil. Belə ki, o, namaz vaxtına yaxın da, qüsl edə bilər. Məsələn, əgər adam sübh namazını qıldıqdan sonra yatıb yuxuda cənabət halına düşübsə, dərhal qalxıb qüsl almasına lüzum yoxdur. Belə ki, günorta namazına qədər onu təxirə sala bilər.

22-cisi, səfər əsnasında orucu pozmağın caiz olmasıdır. Qeyd edək ki, oruc pozmaq məqsədilə səfər çıxmaq hiylə hesab edilir. Bunu edən adam niyyətinə görə günah qazanır. Necə ki, oruc vaxtı cinsi əlaqəyə girmək istəyən kəs əvvəlcə orucunu yemək-içməklə pozur, sonra da, cinsi əlaqəyə girir.

23-cüsü, ağır xəstəlikdən dolayı orucu pozmağın caiz olmasıdır. Belə ki, başağrısı, öskürək, burundan seliy axması və başqa bu kimi yüngül xəstəliklədən dolayı orucu pozmaq olmaz. Qeyd edək ki, səfərdə və ya xəstələndikdə orucunu pozan adam hər günün əvəzinə bir gün onun qəzasını tutmalıdır. Bu xüsusda Uca Allah buyurur: “Xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar.”

24-cüsü, əgər oruc tutmaq xəstənin ölümünə və ya hansısa əzasını itirməsiə səbəb ola bilərsə, o halda oruc tutmaq artıq haram sayılır. Belə olduğu halda orucu pozmaq vacibdir. Çünki Uca Allah Quranda buyurur: “Canınıza qəsd etməyin!”

25-cisi, əgər oruc tutan adamın xəstəliyi sağalan xəstəlikdirsə, o zaman o gözləməli və sağaldıqdan sonra buraxdığı günlərin qəzasını tutmalıdır. Belə olduğu halda ona sağalanadək oruc tutmaq vacib deyil. Hətta bu xəstəlik aylarla uzansa belə.

26-cısı, əgər xəstəlik xronikidirsə və sağalmaq ehtimalı yoxdursa, yaxud adam çox yaşlı olduğundan oruc tuta bilmirsə, o zaman buraxdığı günlərin əvizənə oruc tutması vacib deyil, sadəcə fidyə verməsi, yəni hər günün əvəzinə bir kasıb yedirtməsi vacibdir.

27-cisi, fidyə məsələsidir. Bu da ölçü vahidi ilə yarım saa, yəni təqribən bir kilo yarım ərzaq verməkdir. Xüsusilə ilə qeyd etmək lazımdır ki, fidyə pul şəklində yox, məhz yemək şəklində verilməlidir.

28-cisi, bu fidyənin verilməsidir. Belə ki, hər gün bir kasıbı yedirtməklə, yaxud ramazanın sonunda otuz kasıba bir vaxtda yemək verməklə fidyəni vermək olar.

29-cusu, fidyəni vaxtından tez verməkdir. Alimlərin daha doğru rəyinə əsasən fidyəni vaxtından tez vermək, yəni məsələn, ay başa çatmamış əvvəlcədən fidyənin hamısını ödəmək, otuz kasıbı yedirtmək caiz deyil.

30-cusu, hamilə və ya süd verən qadının orucunu pozmasıdır. Qeyd edək ki, hamiləlik və süd vermək müddəti bitdikdən sonra qadın orucunun qəzasını tutmalıdır.

31-cisi bilərəkdən orucu pozmaq məsələsidir. Bu məsələdə İslam ümməti yekdil rəydədir ki, bilərəkdən orucu pozan adam böyük günah qazanır. Buna görə o, Allaha tövbə etməli və Ondan bağışlanma diləməlidir.

32-ci məsələ, ramazan ayının gündüzlərini yatmaqdır. Ramazan ayında gündüzləri bir qədər dincəlmək caizdir. Dincəlmək lazımdır ki, adamın gecə ibadət etməyi taqəti olsun. Gündüzün çox hissəsini yatmaq isə məkruh əməllərdəndir. Belə olduğu təqdirdə adam özünü böyük savabdan məhrum etmiş olur.

33-cüsü, bu ayda Quranı daha çox oxumaq, habelə, kasıblara daha çox sədəqə verməkdir. Bu xüsusda rəvayət edilmiş hədisdə xəbər verilir ki, Peyğəmbər  ramazan ayında Quranı o biri aylarda oxuduğundan iki dəfə çox oxuyar, habelə, daha çox sədəqə verərmiş.
Sonda hamımızın adından Allaha dua edib deyirik:

اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ فِعْلَ الْخَيْرَاتِ، وَتَرْكَ الْمُنْكَرَاتِ، وَحُبَّ الْمَسَاكِينِ، وَأَنْ تَغْفِرَ لَنَا وَتَرْحَمَنَا، وَإِذَا أَرَدْتَ فِتْنَةَ قَوْمٍ فَتَوَفَّنَا غَيْرَ مَفْتُونٍ، وَنَسْأَلُكَ حُبَّكَ، وَحُبَّ مَنْ يُحِبُّكَ، وَحُبَّ عَمَلٍ يُقَرِّبُنَا إِلَى حُبِّكَ


Əlixan Musayev

Paylaş:
Digər xəbərlər

Sosial / Hadisə

2-04-2022, 00:42

Bu gündən 11 ayın sultanı Ramazan girir.

Sosial

15-03-2022, 09:31

Ramazan ayının tarixi açıqlanıb

Sosial

1-02-2022, 13:37

QMİ məscidlərə dini rəhbər təyin edə bilməyəcək

Sosial

12-05-2021, 08:47

Partiya sədri Ramazan bayramı münasibətilə həmvətənləri təbrik etdi

Sosial

11-05-2021, 14:01

Adambaşına bu qədər fitrə zəkatı verilməlidir - Şeyx

Gündəm / Sosial

7-05-2021, 10:33

MM uşaqların dini etiqada məcbur edilməsinin qadağan olunması barədə layihəni qəbul edib

Sosial

5-05-2021, 09:19

Bu gün üçüncü Qədr gecəsidir

Sosial

4-05-2021, 10:18

QMİ: Bu il də Ramazan bayramında camaat namazı qılınmayacaq

Gündəm / Sosial

29-04-2021, 18:07

Ramazan bayramı münasibətilə 10-15 may qeyri iş günləri olacaq

Gündəm / Sosial

13-04-2021, 04:28

Xoş gəldin ayların sultanı Ramazan !

Sosial

29-03-2021, 20:16

Azərbaycanda Ramazan ayı nə zamandır?

Sosial / Səhiyyə

24-02-2021, 17:14

ÜST-dən şad xəbər: “Pandemiya nə zaman başa çatır?”

Son xəbərlər
  • Bugün, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • Bugün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • Bugün, 01:11
    Qarabağ FK yeni futbolçu aldı
  • Dün, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • Dün, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • Dün, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • Dün, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • Dün, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • Dün, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • Dün, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • Dün, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • Dün, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • Dün, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • Dün, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • Dün, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • Dün, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • Dün, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • Dün, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • Dün, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • Dün, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
  • 30-01-2026, 17:53
    AŞPA-nın qış sessiyası başa çatıb
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
27-01-2026, 19:31
Strasburqda Türkiyə mədəniyyətinə həsr olunmuş möhtəşəm sərginin rəsmi açılışı keçirilib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə