USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Azərbaycana heyranam”

Sosial

15-12-2022, 11:46

“Azərbaycana heyranam”Dipak Fulvani: “Bura mənim ikinci vətənimdir”

Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyanın bütün ölkələri ilə əlaqələr qurdu, sərhədlərimiz onların üzünə açıldı. Ölkəmizə təşrif gətirən hər bir əcnəbi Bakının gözəlliyindən, buradakı qonaqpərvərlikdən, zəngin mətbəximizdən, mədəniyyətimizdən, multikultural dəyərlərimizdən, insanların mehribanlığından məmnun qalıblar. Odlar diyarı onları heyran edib. Azərbaycandan getmək belə istəməyiblər, axı ölkəmiz dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir.

Hindistan vətəndaşı cənab Dipak Fulvani də Azərbaycana vurğun olan əcnəbilərdəndir. O, həm də Hindistan-Azərbaycan Assosiasiyasının prezidentidir. Onunla Hindistanın Konstitusiya Günü ilə bağlı keçirilən tədbirdə tanış olduq. Bir müddətdən sonra rəhbərlik etdiyi assosiyasiyanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün Fulvani ilə sahibi olduğu restoranda görüşüb, söhbətləşdik.

42 yaşı var, 22 ildir ki, Azərbaycanda yaşayır. Buranı özünün ikinci vətəni sayır. D.Fulvani dedi ki, rəhbərlik etdiyi Azərbaycandakı Hindistan Assosiasiyası 10 il əvvəl yaradılıb. Məqsədi Hindistan mədəniyyətini, filmlərini, zəngin mətbəxini, incəsənətini azərbaycanlılar arasında təbliğ etmək, tanıtmaqdır:

“Mən 22 ildir ki, Azərbaycanda yaşayıram. Əvvəl qardaşım Bakıdaydı – o, həkim idi. Məni də o gətirmişdi. Çox təəssüf ki, qardaşım sonradan dünyasını dəyişdi. Amma mən Azərbaycanda qalmağa üstünlük verdim və artıq 22 ildir buradayam. Açığını desəm bu 22 ildə Azərbaycan mənim ikinci doğma vətənim olub, burada özümü çox sakit və öz ölkəmdə olduğu kimi hiss eləmişəm. Bu iki onillikdə bir dəfə də olsun hər hansı xoşagəlməz halla, problemlə üzləşməmişəm. İşdə, küçədə – hər yerdə hörmət görmüşəm”.

O, qeyd edib ki, Bakıda öz biznesini qurub – restoran işlədir. Bundan başqa, Dubaydan ərzaq malları gətirib Bakıda mağazalara paylayır. Fulvani Azərbaycana vurğunluğundan da danışıb: “Mən çox sayda xarici ölkədə olmuşam – Türkiyədə, Amerikada, Aropada, ərəb ölkələrində və sair, tam səmimi deyirəm: dünyada elə bir ölkə yoxdur ki, Azərbaycan qədər dogma olsun mənə. Tərif üçün demirəm, Azərbaycan çox gözəl ölkədir. Burada insanı cəlb edən çox şey var – təmiz havası, mehriban və qonaqsevər adamları, təmizlik, insanların bir-birinə münasibəti, zəngin və bir-birindən dadlı yeməkləri… Təsəvvür edirsiniz, Hindistana gedəndə özümü qonaq hiss edirəm, burada isə əksinə, sanki Azərbaycanda doğulub-böyümüşəm. Azərbaycanda daha çox dostum var, nəinki Hindistanda. Ora gedəndə yaxınlarımdan yalnız valideynlərimi görürəm. Dostlarımın çoxu indi xaricdə yaşayır. Zarafat deyil, 42 illik ömrümün 20 ilini Hindistanda, 22 ilini Azərbaycanda yaşamışam”.
Həyat yoldaşının hindistanlı olduğunu deyən həmsöhbətimiz orada evləndiyini, toydan sonra xanımını da götürüb Bakıya qayıtdığını vurğuladı. Hətta dedi ki, amma biz hindistanlı olduğumuz qədər də azərbaycanlı sayılırıq. Bu gün onların Azərbaycanda doğulub böyümüş 14 yaşında oğlu da var.

Fulvani dedi ki, burada yaşayan və işləyən hindistanlıların bir qismi qeyd etdiyiniz Hindistan Assosiasiyasının üzüdür: “Mən də burada ən uzunmüddətli yaşayan hindistanlılardan biri kimi, əlbəttə assosiasiyada fəalam. Təşkilatın daxili nizamnaməsinə görə sədr vəzifəsinə seçilən şəxs bir ilini başa vurandan sonra yenisi seçilir. Budur, indi də rəhbərliyi mən edirəm”.

Söhbətimizdə Azərbaycanda yaşayan hindistanlılardan da söz açdıq. Fulvani dedi ki, rəsmi məlumata görə, Azərbaycanda 1450 hindistanlı qeydiyyatdadır: “Onların çoxu neft şirkətlərində işləyir, uniersitetlərdə təhsil alan tələbələr var, şəxsi biznesini quranlar da. Amma onu da deyim ki, bu saya ancaq rəsmi qeydiyyata düşənlər daxildir. Bundan əlavə, Hindistandan Azərbaycana minlərlə turist gəlir ki, onları hər yerdə görə bilərsiniz. Məlumat üçün deyim ki, bu gün Bakıda 6-7 hind restoranı fəaliyyət göstərisr, biri də Qəbələdə var”.

Azərbaycanın bütün bölgələriniz gəzdiyini deyən D.Fulvani heyranlığını da gizlətmədi: “Demək olar hər yerdə olmuşam – Qəbələdə, Şamaxıda, Şəkidə , Qusarda, Lənkəranda… Bakıətrafı bölgələri də gəzmişəm: Atəşgah məbədini, Qobustan təbiət muzeyini, Yanardağda, şəhərdəki başda Milli Xalça Muzeyi olmaqla muzeylərdə və sair. Bayaq qeyd etdiyim kimi, Azərbaycanın hər bölgəsinin özünəməxsus gözəlliyi ə xüsusi özəllikləri var. Bura heyran olmuşam”. Azərbaycan dilini necə öyrənməyinə gəlincə is dedi ki, özü sərbəst, müəllimsiz öyrənib: “Dedim axı, 22 ildir buradayam, azərbaycanlı dostlarla danışa-danışa öyrənmişəm. Mən Azərbaycana ilk gələndə rusca danışa bilirdim, indi isə görürsünüz, Azərbaycan dilində də danışıram”.

Burada heç bir problem, çətinliklə üzləşmədiyini deyən Fulvani vurğuladı ki, Azərbaycan müsəlman ölkəsi olsa da, bura elə bir ölkədir ki, bütün millətlərin və dinlərin nümayəndələri tam təhlükəsiz və rahat yaşaya bilirlər. Sadəcə qanunları pozma, hər şey axarında gedəcək: “Hesab edirəm ki, Azərbaycanın qanunlarına hörmətlə yanaşmaq lazımdır. Əgər bu ölkədə yaşayıramsa, o qanunlara əməl etməliyəm, vəssalam”.
“Azərbaycana heyranam”
Sahibi olduğu restoranda ancaq hind mətbəxinə aid təamların hazırladığını dedi: “Hind mətbəxi ilə maraqlanan hər kəs gəlir.Yəni təkcə buradakı hindistanlılar deyil, yerli azərbaycanlılar da müntəzəm şəkildə müştərimiz olurlar. Ancaq qeyd edim ki, menyumuza yalnız Hindistan mətbəxindən olan ləziz yeməklər daxildir. Ancaq sizing yeməklərin dadına da söz ola bilməz. Biz Azərbaycan yeməklərini restoranlarda yeyirik. Əlbəttə, yoldaşım Azərbaycan yeməklərini hazırlamağı bacarır, amma səmimi desəm, sizin kimi yox. Sac yeməklərini, çığırtma, dolmanı xoşlayıram. Ətli yeməklərlə o qədər də aram yoxdur. Mal ətini ümumiyyətlə yemirəm, düşəndə toyuq kababı yeyirəm. Bizimki tərəvəzdən hazırlanmış yeməklərdir. Axı mən Krişnaya sitayiş edirəm. Əlbəttə, bizim ölkə çoxmillətli və çoxdinlidir. Mən yemirəm o demək deyil ki, Hindistanda heç kim ət yemir, yeyirlər. Hindistanda Krişnaçılarla yanaşı müsəlmanlar, xristianlar, atəşpərəstlər – çox dinin ardıcılları yaşayır”.

D.Fulvani Hindistana qonaq gedəndə əzizləri üçün Azərbaycandan daha çox mürəbbə, paxlava və hətta Lənkəran çayı aparır: “Lənkəran çayı döyülməmiş yarpaqdır deyə Hindistanda onu çox sevirlər. Soruşa bilərsiniz ki, Hindistanda mürəbbə olmurmu, buradakı kimiləri yox. Bizdə daha çox meyədən mürəbbə yox, cem bişirilir”.

Fulvani onu da qeyd etdi ki, hindistanlılar arasında burada evlənib-ailə quranlar da olur. Hindistanlı oğlanlar var ki, azərbaycanlı qızlarla ailə qurublar və çox da xoşbəxt evlilikləri var.

Yeri gəlmişkən, söhbət əsnasında Fulvani dekabrın 16-da Bakıda növbəti dəfə “Böyük Hindistan” adlandırılan hind məhsullarının satış-sərgisi açılacağını da dedi. Dekabrın 26-dək davam edəcək “Böyük Hindistan” sərgisində Hindistanın müxtəlif vilayətlərini təmsil edən fərqli sahələr üzrə ixtisaslaşmış şirkətlər öz istehsalları olan məhsulları azərbaycanlı alıcılara təqdim edəcəklər.
Böyük Hindistan sərgisinin təşkilatçısı, Hindistanın tanınmış AVM Expo İndia şirkətinin prezidenti Aşok Şarmadır. Şərq Bazarında açılacaq sözügedən sərgidə Hindistandan gətirilmiş əsasən əl işlərindən ibarət məhsullar təqdim edilıəcək. Eyni zamanda, burada hind mətbəxinin əvəzsiz nümunələrindən sayılan düyü, çay, keyfiyyətinə söz olmayacaq xalis ədviyyatlar, təmiz və keyfiyyətli şərab, bundan əlavə əl işi olan mebellər, geyim nümunələri, qadınlar üçün bəzək əşyaları, suvenirlər və sair sərgilənəcək.

İlk sərgi Bakıda açılsa da, gələcəkdə bu tədbiri Azərbaycanın bölgələrinə də daşımaq fikirləri var. Məsələn, ölkənin ikinci iri şəhəri olan Gəncədə, hətta Qəbələdə satış-sərgisi təşkil etmək istəyirlər.

Avrasiya.net

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

2-12-2022, 07:37

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Sosial

7-12-2021, 19:51

Hindistan səfirliyində vebinar təşkil olunub

Sosial

29-10-2021, 11:53

Naqif Həmzəyev Hindistana gedir

Sosial

13-10-2021, 22:26

Hindistan Səfirliyi əczaçılıq məhsulları üzrə vebinar təşkil etdi

Sosial

6-10-2021, 10:35

Hindistan geyim sənayesi üzrə vebinar təşkil edib

Sosial

21-09-2021, 18:02

Hindistan səfirliyi telekommunikasiya sektoru ilə bağlı görüş təşkil edib

Sosial

6-08-2021, 20:57

Hindistan səfiri baş həkimi mükafatlandırıb - Fotolar

Sosial

16-07-2021, 21:41

"Hindistan bir çox sahələrdə uğurlar qazanıb"

İqtisadiyyat / Sosial

8-02-2021, 01:28

Azərbaycana xaricdən turist axını 4 dəfə azalıb

İqtisadiyyat / Sosial / Dünya

29-01-2021, 01:15

2020-ci ildə Azərbaycana ən çox hansı ölkənin vətəndaşları səfər edib?

Sosial

19-05-2020, 15:52

Azərbaycana səfər edənlərin sayı 36%-dan çox azalıb

Son xəbərlər
  • Bugün, 11:49
    “AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib
  • Dün, 18:44
    AŞPA-nın Strasburq sessiyasında Azərbaycanda transmilli repressiyalar məsələsi gündəmə gələ bilər
  • Dün, 18:30
    ABŞ-ın F-35B qırıcıları ilk dəfə Finlandiyada yerləşdirildi
  • Dün, 18:29
    Evinə oğurluğa girən şəxsi bıçaqlayaraq öldürən şəxsə 10 il həbs cəzası verildi
  • Dün, 18:26
    Azərbaycanda məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli tətbiq ediləcək
  • Dün, 18:25
    Ermənistanda Misir Mərdanovun Dilican səfəri barədə yazılıb
  • Dün, 18:24
    Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşdi
  • Dün, 13:16
    Rusiyada şok: “Bütün Moskva yanır!”
  • Dün, 00:28
    İrandan Ermənistanla bağlı sərt açıqlama yayıldı
  • 18-06-2026, 18:15
    Rusiya Gümrüdəki hadisəyə görə Ermənistana etiraz notası göndərib
  • 18-06-2026, 18:13
    PUA hücumunda Moskvada yaralananların sayı 17-yə çatıb
  • 18-06-2026, 18:11
    Zelenski: “Ukrayna yanırsa, Moskva da yanacaq”
  • 18-06-2026, 18:10
    Sertifikasiya imtahanında 3548 müəllim iştirak edib
  • 18-06-2026, 18:09
    Neftçalada Xəzərə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
  • 18-06-2026, 18:07
    Ermənistan parlamentinin 8-ci çağırışının fəaliyyəti başa çatdı
  • 18-06-2026, 18:02
    Pezeşkian ABŞ-la tarixi memorandumu imzaladı
  • 18-06-2026, 16:15
    Dələduzluqda ittiham olunan Namizəd Səfərovun işi məhkəmə baxışına verildi
  • 18-06-2026, 15:01
    Moskvanın “Sadovod” bazarında dron hücumu sonrası yanğın baş verib
  • 18-06-2026, 13:12
    Azərbaycanda ilin ilk 4 ayında 11 mindən çox nikah, 6 mindən çox boşanma qeydə alınıb
  • 18-06-2026, 13:10
    Polis bir gündə 42 şübhəlini saxlayıb
  • 18-06-2026, 13:08
    Moskva istiqamətində 180-ə yaxın PUA vurulduğu bildirilib
  • 18-06-2026, 13:07
    Ukrayna Moskvaya kütləvi PUA hücumu həyata keçirib: neft emalı zavodunda yanğın baş verib
  • 18-06-2026, 13:00
    Merz: G7 Kiyevə dəstəyi artıracaq, Moskvaya təzyiqi gücləndirəcək
  • 18-06-2026, 12:58
    İlham Əliyev: “Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik”
  • 18-06-2026, 12:52
    Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib
  • 18-06-2026, 11:27
    Pezeşkian ABŞ-la tarixi memorandumu imzaladı
  • 17-06-2026, 22:41
    “Qarabağ” Mozambik millisinin müdafiəçisini heyətinə qatıb
  • 17-06-2026, 22:37
    III ixtisas qrupu üzrə ən yüksək nəticə: 690 bal toplayan məzun fərqlənib
  • 17-06-2026, 22:35
    II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb
  • 17-06-2026, 22:33
    Lukaşenko Zelenski ilə bağlı tonunu dəyişdi: ekspertlər səbəbləri izah edir
  • 17-06-2026, 22:30
    Almaniya XİN rəhbəri: Avropanın təhlükəsizliyi Rusiya ilə qarşıdurmadan keçir
  • 17-06-2026, 21:52
    Ormuz boğazında təhlükə hələ davam edir: gəmiçilik dərhal normallaşmaya bilər
  • 17-06-2026, 21:47
    Prezident İlham Əliyev səhiyyə işçilərini təltif etdi
  • 17-06-2026, 19:50
    Hörmüz boğazının tam açılması ilin sonuna qədər uzana bilər – ekspert xəbərdarlıq etdi
  • 17-06-2026, 15:36
    ABŞ–İran arasında mümkün sülh razılaşmasının detalları üzə çıxıb
Daha çox
Çox oxunanlar
14-06-2026, 14:17
İran Hörmüz boğazını ödənişsiz açmağa razılaşıb – ABŞ-la razılaşma müzakirə olunur
14-06-2026, 14:19
Ələt yaxınlığında yeni yük hava limanı tikilir
15-06-2026, 13:30
Şüvəlanda it iki nəfərə hücum edib
15-06-2026, 13:34
Türkmənistan Prezidenti Azərbaycana səfər edəcək
14-06-2026, 14:16
Bakı-Naxçıvan-Bakı aviareysləri ləğv olunub
15-06-2026, 13:24
İlham Əliyev Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib
Ağdamda çobanlar arasında mübahisə ölümlə nəticələnib
“86 47” kodu nə deməkdir? Trampı narahat edən gizli mesajın arxasında nə dayanır?
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Köçəryanın ölkədən qaçarkən saxlanıldı

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə