USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Professor Qubad İbadoğlunun ittiham məsələsi dərinləşir

Gündəm / Sosial / Hadisə / Müsahibə / Araşdırma

7-10-2023, 20:18

Professor Qubad İbadoğlunun ittiham məsələsi dərinləşir
Toğrul yazır:

“Bu gün Bakı İstintaq Təcridxanasında Qubad müəllimlə görüşdüm. Dünən istintaq qrupunun rəhbəri baş müstəntiq Yusif Yusifovun rəhbərliyi, qardaşımın qanunsuz həbsinə hüquqi don geyindirilməsinə dəstək məqəsdilə avqustun əvvəlində Türkiyədən oğurlanaraq gətirilmiş Fazil Qasımovun iştirakı ilə keçirilən istintaq hərəkətinin təfərrüatlarını öyrəndim.

2 ay psixoloji təzyiq altında saxlanılan, üstəlik ciddi mədə ağrılarından əziyyət çəkən Fazil Qasımov artıq Qubad müəllimin üzünə durmaq üçün tamamilə hazır vəziyyətə gətirilib.

Əvvəla, onu deyim ki, istintaq hərəkəti ciddi prosessual pozuntularla müşayiət olunub, baş müstəntiq Yusif Yusifov Fazil Qasımovun ifadəsini bütünlüklə elan etməyib, bir neçə epizod üzrə ifadəni səsləndirdikdən sonra istintaq hərəkətini yekunlaşdırıb, vəkillərin və Qubad müəllimin sualları qarşısında özünü itirən, gözlərini döşəməyə dikərək döyükən, əksər sualları cavablandırmaqdan imtina edən Fazil Qasımovu tez-tələsik ordan uzaqlaşdırıb.


Qeyd olunan pozuntu halları üzrə vəkillər tərəfindən müvafiq qeydlər edilərək təkrar istintaq hərəkəti (üzləşdirmə) aparılması tələb olunub.

Qayıdaq üzləşdirməyə.
Fazil Qasımov ifadəsində Qubad müəllimi 2020-ci ildə bir qrup tanınmış ziyalı ilə birlikdə Mübariz Mənsimovun həbsindən sonra Türkiyə Prezidenti Ərdoğana müraciətindən sonra tanıdığını və Qubad müəllimin fetoçu olduğu üçün müraciətə imza atdığını deyib.

Qeyd edim ki, həmin müraciət internet resurslarında var, axtarış verib müraciətin mətni və ona imza atanların kimlikləri ilə tanış ola bilərsiniz. Qısaca eyim ki, müraciətə Qubad müəllimlə yanaşı, tanınmış şair Rüstəm Behrudi, professorlar Qulu Məhərrəmli, Kamil Vəli, Anar Əhmədov, Cəmil Həsənli, Nəsiman Yaqublu və Əli Əsgərli kimi dünyanın müxtəlif nüfuzlu universitetlərində çalışan azərbaycanlı ziyalılar imza atıb.

Fazil Qasımov vəkillərin “O zaman belə çıxır ki, həmin müraciətə imza atan digər ziyalılar da fetoçudur” sualına əvvəlcədən öyrədildiyi kimi “Mən bu suala cavab verməkdən imtina edirəm” cavabını verib.

Yeri gəlmişkən, əvvəlcədən təlimatlandırılmış Fazil Qasımov üzləşmə zamanı çətinə düşən kimi “bu hüququndan” çox ustalıqla yararlanıb, dəfələrlə Qubad müəllimin və vəkillərin suallarını cavablandırmaqdan imtina edib.

İstintaq hərəkəti zamanı Fazil Qasımov yuxarıdakına oxşar gülünc ittihamlar səsləndirib.
Məsələn, o, deyib ki, guya Qubad müəllim İstanbulda ona deyib ki, məndə əslindən fərqlənməyən çoxlu saxta dollarlar var, bu pullar vasitəsilə Azərbaycanda hakimiyyət əleyhinə fəaliyyətlər həyata keçirəcəm.

Və yaxud digər bir düzməcə iddia.
Fazil Qasımov bildirib ki, təhsillə bağlı yaradılmış fondun təqdimatından sonra o, fondun maliyyələşmə şərtlərinin fetonun mexanizmlərinə oxşadığı qənaətinə gəlib.
“Hansı şərti nəzərdə tutursan” sualına cavabında Fazil Qasımov deyib ki, fondun maliyyələşmə şərtlərində nəzərdə tutulurdu ki, iddiaçılar sonradan Azərbaycan qayıdıb Vətəndə çalışsınlar.

İddianın gülünclüyünə, ittihamın cılızlığına baxın!

Eyni şərt xaricdə təhsillə bağlı əvvəlki və indiki dövlət proqramlarında da nəzərdə tutulub. O zaman eyni məntiqlə yanaşsaq, belə çıxır ki, xaricdə təhsillə bağlı dövlət proqramlarını hazırlayan, “maliyyələşmə bitdikdən sonra 5 il Azərbaycanda işləmək” şərtini proqrama daxil edən Azərbaycan hökumətinin və Təhsil Nazirliyinin rəhbərləri də fetoçudur.


Uzatmaq istəmirəm, dünənki istintaq hərəkəti Fazil Qasımovun bu cür gülünc iddialarla “zəngin” ifadələri üzərində qurulub (səhnələşdirilib).

Üzləşmə zamanı Qubad müəllimin dəfələrlə “Fazil, üzümə, gözlərimə bax, danış” deməsinə baxmayaraq, Fazil Qasımov bir dəfə də olsun gözlərini döşəmədən ayırıb, Qubad müəllimin üzünə baxmayıb, buna cəsarəti çatmayıb.
Bu faktı bu gün mənə Qubad müəllim dedi.

“Fazil Qasımov, nə qədər gec deyil, vicdanının səsinə qulaq as, şərdən-böhtandan əl çək.
Lap tutaq ki, bu şər-şəbədə xidmətlərinin müqabilində hakimiyyət səni azadlığa buraxdı, lap mədəni də müalicə etdirib sağaltdılar, bəs, sən ömrün boyu sızlayacaq vicdanının ağrısına necə dözəcəksən?!
Unutma, vicdan ağrısı, indi əziyyət çəkdiyin mədə ağrısına bənzəməz, onun ağrısı daha dözülməz və hətta öldürücü olur!”

Bunu isə mən deyirəm, şərlənərəq həbs olunmuş dünya şöhrətli alim, örnək ziyalı Qubad İbadoğlunun qardaşı.”

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

26-09-2023, 01:57

QUBAD İBADOĞLUNUN SƏHHƏTİ KƏSKİN PİSLƏŞİB

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-09-2023, 19:48

Professor Qubad İbadoğluna qarşı işgəncələr bitmir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

6-09-2023, 22:38

Galib Toghrul: "Qubad İbadoğlunun tibbi göstəriciləri saxtalaşdırılır"

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

4-09-2023, 14:00

Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarına professor Qubad İbadoğlu ilə görüşə icazə verilmir

Gündəm / Siyasət / Sosial / Hadisə / Səhiyyə / Araşdırma

28-08-2023, 22:14

Qubad İbadoğlunun cinayət işinə Dövlət Təhlükəsizlik Xidməti (DTX) də cəlb olunub

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Hadisə / Müsahibə / Araşdırma

27-08-2023, 02:59

Galib Toğrul: "Gecələr işıqların yanılı saxlanılması qardaşıma qarşı fiziki işgəncə vasitəsidir."

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

25-08-2023, 13:13

Galib Toğrul: "Qubad İbadoğluna psixoloji təzyiqlər və fiziki işgəncə verilir."

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

18-08-2023, 23:20

Bu gün keçirilən məhkəmədə Qubad İbadoğlunun şikayəti qismən təmin edilib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

11-08-2023, 21:29

Qalib Togrul yazır: "Qubad İbadoğluna qarşı psixoloji təzyiq davam edir"

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

10-08-2023, 14:28

Vəkil: Qubad İbadoğlunun ailə üzvləri ilə görüşünə məhdudiyyət tətbiq olunub

Siyasət / Sosial / Hadisə

30-07-2023, 16:28

Qubad İbadoğlunun qardaşı Qalib Toğrul yazır:

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

28-07-2023, 19:00

Vəkil Zibeyda Sadıqova Qubad İbadoğlu ilə Bakı İstintaq Təcribxanasında görüşünə icazə verilib

Son xəbərlər
  • Dün, 21:45
    Beynəlxalq Cinayət Məhkəməsi Taliban lideri Heybətullah Axundzadə barəsində həbs qərarı çıxardı
  • Dün, 21:36
    Rusiya Elşən İbrahimovu deportasiya etdi
  • Dün, 21:33
    Paşinyanın BƏƏ-yə səfəri başlayıb – Əliyevlə görüş gözlənilir
  • Dün, 21:26
    Jurnalist Ramin Deko yenə həbsdə qaldı
  • Dün, 16:25
    Hüquq müdafiəçisi Fikrət Cəfərli təqsirləndirilən şəxs kimi tanınıb
  • Dün, 16:20
    Hüquq müdafiəçisi Fikrət Cəfərliyə qarşı xüsusi ittiham qaydasında cinayət işi başlanıb
  • Dün, 16:13
    Bakıdan sərt reaksiya - İran səfiri: “Xankəndi Kommünikesi” rəsmi Tehranın mövqeyini əks etdirmir
  • Dün, 16:08
    Almaniya Çin hərbi gəmisini lazer hücumunda ittiham edir – Pekin təkzib edir
  • Dün, 15:39
    AİHM: MH17 təyyarəsini Rusiya vurub, 298 nəfərin ölümünə görə məsuliyyət daşıyır
  • Dün, 15:30
    Prezident İlham Əliyev BƏƏ-də işgüzar səfərdədir
  • Dün, 13:01
    Xaçmazda şaftalı və nektarin yığımına start verildi – məhsul bol, satış zəif
  • Dün, 12:53
    Abdullah Öcalan PKK-nın buraxıldığını elan etdi: 1999-dan bəri ilk videogörüntü
  • Dün, 12:48
    Hüquq müdafiəçisinə qarşı xüsusi ittiham üzrə cinayət işi icraata götürüldü
  • 8-07-2025, 20:52
    Akif Qurbanov məhkəmədə: “Dövlət bir ailənin mülkiyyəti ola bilməz”
  • 8-07-2025, 20:46
    Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
  • 8-07-2025, 20:42
    Məhkəmə Ülviyyə Əlinin də apellyasiya şikayətini təmin etmədi
  • 8-07-2025, 16:55
    Aysel Umudovanın apellyasiya şikayəti təmin olunmayıb
  • 8-07-2025, 15:05
    DTX kibermüdaxilə əməliyyatı keçirdi – Xaricdən müşahidə kameralarına icazəsiz qoşulma halları aşkarlanıb
  • 8-07-2025, 14:55
    Çin Almaniyanın hərbi təyyarəsinə lazerlə hücum edib – Almaniya XİN
  • 8-07-2025, 14:53
    Hacı Vəliyevin səhhəti ağırlaşıb – 16 gündür aclıq aksiyası keçirir
  • 8-07-2025, 14:02
    Azərbaycanda kazinolar leqallaşdırıldı – Yalnız Xəzərdə süni torpaq sahələrində
  • 8-07-2025, 13:50
    Almaniyadan Azərbaycana kütləvi deportasiya
  • 7-07-2025, 22:58
    SOCAR İsrailin “Tamar” qaz layihəsində 10%-lik pay əldə etdi
  • 7-07-2025, 21:51
    Elon Musk Yeni Siyasi Partiya Yaratdı: “America Party” Rəsmi Olaraq Təsis Edildi
  • 7-07-2025, 21:44
    Araz Musayevdən Eduarta sərt cavab: “Ged, əvvəl adını milliləşdir!“
  • 7-07-2025, 18:49
    Sabiq rusiyalı nazir Roman Starovoyt avtomobilində ölü tapılıb
  • 7-07-2025, 16:59
    Şalva Papuaşvili: “Saakaşviliyə əfv şamil olunmayacaq”
  • 7-07-2025, 16:57
    İran Prezidenti Pezeşkian: İsrail mənə qarşı sui-qəsd cəhdi etdi
  • 7-07-2025, 11:48
    Polis son iki gündə 52 cinayət şübhəlisini saxlayıb
  • 7-07-2025, 11:46
    Qaxda istirahətə gedən iş adamının meyiti tapılıb
  • 7-07-2025, 11:43
    Qobustanda dəhşətli qətl: Qayınata gəlinini öldürdü
  • 7-07-2025, 11:41
    Ötən həftə azad edilmiş ərazilərdə 59 mina aşkarlanıb
  • 7-07-2025, 11:39
    Prezident İlham Əliyev Pakistan Milli Assambleyasının sədrini qəbul edib
  • 7-07-2025, 11:37
    Rusiyada daha 8 nəfər azərbaycanlı saxlanılıb
  • 7-07-2025, 00:18
    Putin Azərbaycanla münasibətləri yumşaltmaq üçün Bakıya nümayəndə heyəti göndərir
Daha çox
Çox oxunanlar
3-07-2025, 13:44
Hakim Sülhanə Hacıyevanın səlahiyyətlərinə xitam verildi
7-07-2025, 00:11
Astarada pir yanıb
8-07-2025, 13:50
Almaniyadan Azərbaycana kütləvi deportasiya
5-07-2025, 14:55
Ukraynanın qatı tərəfdarı olan ABŞ generalı NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı təyin olunub
5-07-2025, 13:22
​“AzerGold” qiymətli metalların yerli və xarici bazarlarda satışını uğurla davam etdirir
7-07-2025, 11:46
Qaxda istirahətə gedən iş adamının meyiti tapılıb
Müsahibə
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
10-10-2024, 19:37
"Heç kim bizə heç nə edə bilməz!"
6-10-2024, 19:14
Aclıq edən vicdan məhbusu Famil Xəlilov həbsxana rəhbəri tərəfindən “mükafatlandırılıb”
4-10-2024, 23:43
Fransa mətbuatında Qənimət Zahid, qətlə yetirilən Vidadi İsgəndərli barədə məqalə dərc edib
Araşdırma
Dün, 21:26
Jurnalist Ramin Deko yenə həbsdə qaldı
Dün, 16:25
Hüquq müdafiəçisi Fikrət Cəfərli təqsirləndirilən şəxs kimi tanınıb
Dün, 16:20
Hüquq müdafiəçisi Fikrət Cəfərliyə qarşı xüsusi ittiham qaydasında cinayət işi başlanıb
Dün, 12:48
Hüquq müdafiəçisinə qarşı xüsusi ittiham üzrə cinayət işi icraata götürüldü
8-07-2025, 20:52
Akif Qurbanov məhkəmədə: “Dövlət bir ailənin mülkiyyəti ola bilməz”
8-07-2025, 20:42
Məhkəmə Ülviyyə Əlinin də apellyasiya şikayətini təmin etmədi
Sosial
Jurnalist Ramin Deko yenə həbsdə qaldı
Hüquq müdafiəçisi Fikrət Cəfərli təqsirləndirilən şəxs kimi tanınıb
Hüquq müdafiəçisi Fikrət Cəfərliyə qarşı xüsusi ittiham qaydasında cinayət işi başlanıb
Məhkəmə Ülviyyə Əlinin də apellyasiya şikayətini təmin etmədi
Hacı Vəliyevin səhhəti ağırlaşıb – 16 gündür aclıq aksiyası keçirir
Azərbaycanda kazinolar leqallaşdırıldı – Yalnız Xəzərdə süni torpaq sahələrində

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə