USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

QHT-lər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına cavab olaraq bəyanat yayıb

Gündəm / Siyasət / Araşdırma

29-12-2022, 14:37

QHT-lər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına cavab olaraq bəyanat yayıb

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası ilə bağlı 27 dekabr tarixində yaydığı məlumata dair vətəndaş cəmiyyəti nümayəndələri bəyanat yayıblar.

Bəyanatda deyilir:

“Biz, qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına və ekoloji terrora qarşı keçirilən dinc etiraz aksiyası ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi “Twitter” hesabında 27 dekabr tarixində edilən paylaşımla bağlı təəssüf hissimizi ifadə edirik.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından daha obyektiv, qərəzsiz və ədalətli yanaşma gözlənilsə də, qurumun sosial şəbəkə vasitəsilə paylaşdığı fikirlər həqiqəti əks etdirməməklə yanaşı, regionda sülh quruculuğu fəaliyyətinə kölgə salmaqdadır.

Məsələ ilə bağlı bildiririk ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində Ermənistan tərəfindən faydalı qazıntı yataqlarının qanunsuz istismarı, habelə nəticədə həmin ərazidə yaranan ciddi ekoloji fəsadlar vətəndaş cəmiyyəti nümayəndələrində narahatlıq yaratmaqdadır. Bu səbəbdən faydalı qazıntı yataqlarımızın qanunsuz istismarını dünya ictimaiyyətinin diqqətini çatdırmaq məqsədilə dinc aksiya keçirilir.

Eyni zamanda onu da vurğulamaq istəyirik ki, televiziya kanalları üzərindən müntəzəm birbaşa yayımlardan, habelə sosial şəbəkələr və mətbuatda yayılmış videolardan aşkar görünür ki, sözügedən dinc aksiya humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yaratmır. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlər üçün zəruri qida vasitələrinin təminat maşınları, sərnişin daşıyan nəqliyyat vasitələri, təcili tibbi yardım, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələrinin Xankəndi - Laçın yolu vasitəsilə sərbəst keçidinə aksiya iştirakçıları tərəfindən gündəlik əsasda şərait yaradılır.

Həmçinin hər hansı zəruri ehtiyaclar yaranarsa, aksiya iştirakçıları tərəfindən ərazilərimizdə yaşayan erməni əsilli sakinlərə kömək göstərilməsinə hazır olduğumuzu da dəfələrlə bəyan etmişik. Bu yanaşmanı sübut edən təşəbbüslərdən biri də Azərbaycanın Qarabağ iqtisadi rayonunda humanitar yardımla bağlı ehtiyaclar üçün QHT-lər tərəfindən qaynar xəttin (+994702779911) yaradılmasıdır.

Bu bəyənatı imzalayan vətəndaş cəmiyyəti üzvləri olaraq, qərəzli yanaşmalardan çəkinməyin zəruriliyini vurğulayaraq, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını həqiqəti əks etdirməyən məlumatları yayımlamaqdan çəkinməyə və bölgədə sülhün bərpasına dəstək verməyə, qarşılıqlı etibarın artırılmasına təşəbbüs göstərməyə çağırırıq.

İmzaladı:

Rəsul Cəfərov- Bakı İnsan Hüquqları Klubu İctimai Birliyi
Qəmzə Yusubova - Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi
Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondu
Qorxmaz İbrahimli - Biosfer İctimai Birliyi
Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi
Rəfail Becanov - İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi
Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu
Ayaz Mirzəyev - Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi
Anar Xəlilov - Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi
Ramil İsgəndərli - Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi
Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi
İlqar Hüseynli - Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial

27-12-2022, 07:49

Xankəndi-Laçın yolundakı etiraz aksiyası 16 gündür davam edir

Gündəm / Siyasət

26-12-2022, 07:23

Azərbaycanlılar ABŞ-da BMT-nin qarşısında aksiya keçiriblər

Siyasət

15-12-2022, 15:48

Şuşa-Xankəndi yolundakı aksiya Moldova mətbuatında

Siyasət

14-12-2022, 14:18

Şuşa-Xankəndi yolundakı aksiya Pakistan mətbuatında

Gündəm / Sosial

12-12-2022, 21:00

Azərbaycanlılar Şuşada Laçın yolunu bağlayıb

Gündəm / Siyasət

7-12-2022, 10:59

Azərbaycanlı mütəxəssislər sülhmıəramlılarla Xocalıda danışıqları davam etdirəcək

Gündəm / Sosial

18-07-2022, 14:36

Ombudsman Lənkəranda zorakılığa məruz qalan məktəbli və onun anası ilə görüşüb

Siyasət / Hadisə

8-04-2022, 22:57

Rusiya BMT-nin insan hüquqları assambleyasından da qovuldu

Siyasət

2-03-2022, 07:02

"Rusiya BMT-nin İnsan Hüquqları Şurasından çıxarılmalıdır"

Gündəm / Siyasət

25-01-2022, 17:38

Avropa Məhkəməsi ötən il Azərbaycanla bağlı 79 qərar çıxarıb

Siyasət

16-09-2021, 10:06

Oxçuçay problemi BMT iclasında

Son xəbərlər
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
  • 26-07-2026, 19:58
    FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
  • 26-07-2026, 19:56
    İlin ilk yarısında 33 nəfər xaricdən Azərbaycana ekstradisiya edilib
  • 25-07-2026, 18:33
    Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
  • 25-07-2026, 14:15
    Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
  • 25-07-2026, 14:11
    Rumıniya hava məkanını pozan daha bir pilotsuz aparatı vurub
  • 25-07-2026, 14:08
    Əməkdar artist Elnur Kərimovu ilan sancıb
  • 25-07-2026, 14:05
    Şəmkirdə 12 yaşlı qızın ölümündə bacısı şübhəli bilinir
  • 25-07-2026, 14:04
    Hacıqabulda sərnişin qatarının vurduğu 53 yaşlı kişi ölüb
  • 24-07-2026, 00:40
    Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
  • 23-07-2026, 20:49
    “AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
  • 22-07-2026, 22:45
    Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur
  • 22-07-2026, 18:43
    “AzerGold” QSC-nin KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
Daha çox
Çox oxunanlar
28-07-2026, 14:29
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
30-07-2026, 14:32
“Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
28-07-2026, 12:55
Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
28-07-2026, 12:58
Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
30-07-2026, 14:35
İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
31-07-2026, 11:06
Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə