USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salınıb.
Xalq şairi ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib. Mərasimdə dövlət və ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, ziyalılar, ailə üzvləri və sənətsevərlər iştirak ediblər.
Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olub. O, “Heydər Əliyev” mükafatına layiq görülmüş, Əməkdar incəsənət xadimi fəxri adına sahib olmuş və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Vida mərasimindən sonra Xalq şairi torpağa tapşırılıb.