USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Sabunçuda 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu

Gündəm / Siyasət / Araşdırma

21-12-2024, 23:08

Sabunçuda 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu

Göyüşovların Azərbaycandan Almaniyaya qədər uzanan biznes şəbəkəsi

İpoteka və Kredit Zəmanət Fondu “Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması” tenderinin nəticələrini elan edib.

Satınalma portalının məlumatına görə, tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC (VÖEN- 3100026151) olub.

Qalib şirkətlə ümumilikdə dəyəri 138 milyon 800 min 96 manat məbləğində müqavilə imzalanıb.

Şirkət haqqında daha ətraflı
Sabunçuda 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumata görə “Körpü-Bina-Tikinti” MMC şirkəti 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 300 min manat təşkil edir.

Şirkətin hazırda qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.

Hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1 ünvanında yerləşir. Şirkət yarandığı tarixdən etibarən Bakıda və bölgələrdə çox milyonluq dövlət sifarişli layihələri həyata keçirib.

Şirkətin əsas sahibləri kimdir?

Şirkətin tarixçəsində MMC-nin ilk qanuni təmsilçisinin Xəlil Əbdül oğlu Göyüşov olduğu görünür.

Ölkədə bina-yol-körpülərin tikinti maqnatı kimi tanınan Xəlil Göyüşov 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Bundan əlavə, reyestrdə Xəlil Göyüşovun adına daha 4 şirkət mövcuddur: “Çaytumas” MMC, “İnkişaf” MMC, “Qərb Ulduzu – Mənzil Tikiniti Koorperativi” MMC və “M.Füzuli” MMC.

Xəlil Göyüşovun adı mütəmadi şəkildə “MTN işi” ilə bağlı səs-küylü məhkəmədə Eldar Mahmudovun adamı kimi çəkilib.
Sabunçuda 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu

Oğlu Ramiz Göyüşovun da Azərbaycanda “Göyüş İnşaat MMC” adlı şirkəti var. Həmçinin Almaniyanın kommersiya qurumlarının dövlət reyestri bazasına istinadən görmək olur ki, Ramiz Xəlil oğlu Göyüşovun adına 2014-cü ildə qeydiyyatdan keçmiş 4 şirkət mövcuddur:

“AGO Park Hotel Betriebs GmbH” (aktivləri 420 min avro), “AGO Management GmbH” (aktivləri 157 min avro), “AGO Betreibergesellschaft mbH” (aktivləri 826 min avro) və “AGO GmbH” şirkətləri.

Şirkətlərin nəzdində isə Almaniyanın Hamburq şəhərində iki otel mövcuddur: biri 40 milyon avro dəyərində hesablanan “Park Hotel Hamburg Arena” adlı dəbdəbəli hoteldir. Üç ulduzlu hotelin 105 qonaq otağı, 2 banket otağı, mehmanxana barı və yay bağı var, digəri isə 4 ulduzlu “Park Hotel am Berliner Tor” adlı hoteldir.

Almaniyada 2014-cü ildə yaranan, nizamnamə Kapitalı 100.000 avro olan “AGO GmbH” şirkətinin icraçı direktoru Xaliq Göyüşovdur.

Bu yuxarıda adı hallanan həmin “Körpü-Bina-Tikinti” MMC şirkətinin hazırki qanuni təmsilçisi kimi görünən Göyüşov Xaliq Avdil oğludur.

Bundan əlavə, oğul Ramiz Göyüşovun adına Bakıda “90GR009, 90OV849, 90GR108, 90OX872” dövlət nişanlı bir neçə bahalı avtomobil kolleksiyası mövcuddur.

Kolleksiyaya “Mercedes-Benz G-Class”, “LEXUS”, “Range Rover”, “BMW X6”, “Cadillac”, “Bentley”, “Maserati” kimi luks markalı avtomobillər daxildir.

Şirkət haqqında əlavə nələri bilirik?

Şirkətin saytında qeyd olunub ki, 1997-ci ildən Azərbaycanın hər yerində avtomobil yollarının, körpülərin, tunellərin, yol ötürücülərinin, binaların tikintisi ilə məşğul olan şirkətdir.

Oktyabrın 22-də Bakının Sabunçu rayonu ərazisində yağan yağışlara görə sel sularının tunelə dolması nəticəsində iki nəfər vətəndaş bataraq həlak olmuşdu.

Daha sonra Baş Prokurorluq Sabunçu tunelindəki faktla bağlı araşdırma aparıldığını, cinayət işinin açıldığını bildirmişdi.

Jurnalistlərin “Niyə tunellərdə, küçələrdə sular bu qədər yığılır?” – sualına isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, işlər görülərkən qüsurlara yol verilib.

O, bu məsələlərin araşdırılacağını bildirmişdi. Sonradan məlum olmuşdu ki, bu tunel 2019-cu ildə “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında “Körpü Bina Tikinti” MMC tərəfindən inşa edilib.

Şirkətin direktor müavini Rüfət Göyüşov (şəxsin adı Almaniyadakı şirkətlərin sənədlərində də hallanır) ittihamları rədd edərək mətbuata bu açıqlamanı verib:

“Tunel dövlət layihəsidir, sifariş əsasında tikilib. Layihəni tərtib edən də, sifarişi verən də müvafiq dövlət orqanıdır (“Azərbaycan Dəmir Yolları” QSC). Sifarişdə nə göstərilibsə, iş buna uyğun yerinə yetirilib. Körpü, onun konstruksiyası, betonu dayanıqlıdır. Tuneldəki motorlar da layihədə iki ədəd göstərilibsə, 3 ədəd qoyulub. Şirkət motor istehsalçısı deyil. Tunel uçmayıb, anbar aşmayıb. Hamısı yerindədir. Qoyulan motorlar Azərbaycan bazarında sertifikatlaşdırılmış motorlardır. Tikinti zamanı heç bir nöqsan olmayıb. İstər su motoru olsun, istərsə də saç qurudan fen, bu, qurğudur, içində motor işləyirsə, nə vaxtsa xarab olmalıdır. Fövqəladə vəziyyət yaranıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı necə analiz edib, bunu deyə bilmərəm. Motorlar işlək vəziyyətdə olub”.

Dövlət qurumları və şirkət günahı bir-birinin üstünə atsa da, həyatını itirən şəxslərin ailələri məsul şəxslərin cəzalanmasını tələb edirdi. Lakin hadisənin üzərindən 3 ay keçməsinə baxmayaraq, araşdırma aparıldığı bildirilsə də, indiyə qədər heç bir yekun nəticə ictimaiyyətə açıqlanmayıb. Əvəzində məlum şirkət hələ də dövlət əhəmiyyətli tenderləri udmağa davam edir.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

23-10-2024, 01:15

Rüşvətxor korrupsioner məmurların üzündən iki nəfər boğularaq öldü

Siyasət / Sosial

22-07-2023, 18:18

Priqojin Belarusda şirkət qurub

Siyasət

14-07-2023, 12:00

Vergi borcu olan "VNM SERVİS" yenidən qanunu "çeynədi" - Daha iki tender (FOTOFAKT)

Gündəm

16-09-2020, 13:32

6 gün əvvəl yaranan şirkəti kimlər tenderin qalibi elan edib? – MÜƏMMA

Siyasət

3-09-2020, 15:33

Əli Həsənovun “atasına rəhmət oxutdurur…” - İTTİHAM

Araşdırma

20-08-2020, 09:59

Kürdəmirin icra başçısı büdcəni bu yolla talan edirmiş - FAKTLAR

Araşdırma

18-08-2020, 16:00

Bir aylıq şirkət tenderin qalibi oldu – 48 min manat pul alıb

Araşdırma

5-08-2020, 12:38

BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi - FOTOFAKT

Gündəm

30-07-2020, 18:00

Alatavada "cücərdilən" şirkətlər, silinən milyonlar – Dini Komitənin tender maxinasiyaları

Siyasət

27-06-2020, 17:09

Fəhlələr nazirdən Prezidentə şikayət etdi - "Körpü-Bina-Tikinti" fəhlələri aldadıb

Araşdırma

16-06-2020, 14:11

6 manatlıq şirkət milyonluq tenderləri necə udur? - Hacıqabulda ŞÜBHƏLİ DURUM

Araşdırma

15-04-2020, 15:00

Sumqayıtda zibil qutusu korrupsiyası - FAKT

Son xəbərlər
  • Dün, 17:57
    Ramiz Mehdiyevə görə Zahid Orucun “vurulacağının” anonsu verildi
  • Dün, 16:49
    İran molla rejiminin yüksək ranqlı məmurun qızının dəbdəbəli toyu müzakirələrə səbəb olub
  • Dün, 16:45
    Eldar Mahmudovun həbsi gündəmdə – Baş Prokurorluqdan İspaniyaya məktub
  • 18-10-2025, 21:07
    Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanılıb
  • 18-10-2025, 21:06
    Şabranda məktəbdə ər arvadını bıçaqlayıb
  • 18-10-2025, 21:04
    Ramiz Mehdiyevin məhkəməsi onlayn keçirilib
  • 18-10-2025, 21:03
    Prezident Ramiz Mehdiyevi Təhlükəsizlik Şurasının üzvlüyündən qovuldu
  • 18-10-2025, 21:01
    Gəncədə yol qəzası — piyada xəsarət alıb
  • 18-10-2025, 14:21
    Qanunsuz orden və medal hazırlayan QHT rəhbərləri cinayət məsuliyyətinə cəlb olundu
  • 17-10-2025, 21:23
    Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
  • 17-10-2025, 21:21
    Tahir Kərimli: “Ramiz Mehdiyevlə ömrümdə bir dəfə rastlaşmışam”
  • 17-10-2025, 16:09
    Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
  • 17-10-2025, 16:03
    İlham Əliyevin “Tərəqqi” medalı ilə təltif etdiyi diaspora rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
  • 17-10-2025, 13:30
    Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb
  • 17-10-2025, 13:28
    Taksi sürücüləri üçün növbəti imtahan noyabrda keçiriləcək
  • 17-10-2025, 12:39
    “AzerGold” QSC 5-ci “Rebuild Karabakh” sərgisində iştirak edib
  • 17-10-2025, 10:47
    Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
  • 16-10-2025, 18:38
    Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanılıb
  • 16-10-2025, 18:37
    Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək
  • 16-10-2025, 16:22
    Paşinyan Əliyevin tələbi ilə Konstitusiyanı dəyişməyə hazırlaşır – Sasunyan
  • 16-10-2025, 15:51
    Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək
  • 16-10-2025, 15:47
    Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirib
  • 16-10-2025, 15:45
    Yasamalda iki nəfər güllələnib: vəziyyətləri açıqlanıb
  • 16-10-2025, 15:44
    İlham Əliyev Qazaxıstana səfər edəcək
  • 16-10-2025, 15:43
    Prezident İlham Əliyev Anaklaudia Rossbaxı qəbul edib
  • 16-10-2025, 15:37
    Dələduzluq və oğurluq edən şəxs saxlanılıb
  • 16-10-2025, 15:36
    Sabirabad sakini itkin düşüb
  • 16-10-2025, 13:30
    Saakaşvili: “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu”
  • 16-10-2025, 13:27
    Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
  • 16-10-2025, 13:26
    Ramiz Quliyevlə vida mərasimi keçirilib
  • 16-10-2025, 13:24
    Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanılıb
  • 16-10-2025, 13:23
    Azərbaycanda qatarın ləngiməsinə görə işə gecikənlərə arayış veriləcək
  • 16-10-2025, 13:21
    İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul etdi
  • 16-10-2025, 13:17
    Əli Zeynala yalnız şüşə arxasından görüşə icazə verilib
  • 16-10-2025, 12:31
    Zakir İbrahimov “Boston Consulting Group”un regional direktoru ilə görüşüb
Daha çox
Çox oxunanlar
14-10-2025, 00:59
Azərbaycan səfərdə Ukrayna millisinə məğlub oldu
13-10-2025, 16:57
Həbsdə olan jurnalist Ülviyyə Əliyə anası ilə görüşməyə icazə verilməyib
13-10-2025, 20:25
Ələsgər Məmmədli: “İstintaq metro kartını bank kartı kimi sənədləşdirib”
13-10-2025, 22:18
Tramp: “Bu gün təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün inanılmaz bir gündür”
13-10-2025, 16:23
AQTA Bakıda ərzaq mağazasında ciddi nöqsanlar aşkarladı
14-10-2025, 10:57
Çində Xiaomi elektrik avtomobilində faciə: “ağıllı” sistem sürücünün həyatına son qoydu
Müsahibə
11-06-2025, 21:40
68 Milyonluq Korrupsiya: Dövlət Gömrük Komitəsinin Yeni İnzibati Binasi
19-04-2025, 15:04
Saytımıza son iki ildə 5-ci hücum olunub
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
15-01-2025, 10:50
Deputat Elnam Nəsirov xaricdə yaşayan siyasi mühacirləri, jurnalist və blogerləri ölüm ilə hədələdi
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
Araşdırma
17-10-2025, 21:23
Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
17-10-2025, 10:47
Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
16-10-2025, 13:17
Əli Zeynala yalnız şüşə arxasından görüşə icazə verilib
15-10-2025, 16:56
Avropa Məhkəməsi Azərbaycanda həbsdə olan jurnalistin xeyrinə qərar verib
15-10-2025, 14:32
Ramiz Mehdiyevin varidatı haqqında məlumatlar yayıldı
14-10-2025, 22:02
Ramiz Mehdiyev həbs olundu
Sosial
Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb
Taksi sürücüləri üçün növbəti imtahan noyabrda keçiriləcək
Ramiz Quliyevlə vida mərasimi keçirilib
Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanılıb
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə