USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Amnesty İnternational”: “Azərbaycanda müstəqil səslərin bir çoxu ya həbsdə, ya da sürgündədir”

Gündəm / Siyasət / Sosial / Araşdırma

28-01-2025, 10:33


  “Amnesty İnternational”: “Azərbaycanda müstəqil səslərin bir çoxu ya həbsdə, ya da sürgündədir”
Təşkilat vurğulayır ki, hökumət tənqidçiləri Azərbaycandan kənarda da repressiya və risklərlə üzləşirlər

“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı uzun müddətdir ki, Azərbaycanda insan hüquqlarının vəziyyətindən, ifadə, birləşmək və dinc toplaşmaq azadlığı hüquqlarına qoyulan əsassız məhdudiyyətlərdən narahatdır.

Təşkilatın yanvarın 23-də yaydığı geniş hesabatda qeyd olunur ki, Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti təşkilatları bağlanıb, hakimiyyəti tənqid edənlər ya həbs olunub ya da sürgünə məcbur edilib.

Hesabatda yerli hüquq müdafiəçilərinə istinadla Azərbaycanda təqribən 300 nəfərin siyasi motivlərlə həbs olunduğu deyilir.

Bura beynəlxalq standartlara cavab verməyən şəraitdə saxlanılan hüquq müdafiəçiləri, jurnalistlər, dinc etirazçılar və başqaları daxildir.

“2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçirilən COP29-da Azərbaycanın müstəqil səsləri yox idi. Onların bir çoxu dəmir barmaqlıqlar arxasında, ya da sürgündədir. “Amnesty International”ın nümayəndələri Azərbaycanda olarkən həbsdəki fəallar və jurnalistlərlə görüşmək istəmişdi. Lakin buna icazə verilməmişdi. Azərbaycan hakimiyyəti COP29 zamanı və ondan sonrakı dövrdə də həbslərə davam edir”, – təşkilatın hesabatında bildirir.

Hesabatda Anar Məmmədli, Qubad İbadoğlu, Tofiq Yaqublu, Bəxtiyar Hacıyev, Rüfət Səfərov, Teymur Kərimov, Afiəddin Məmmədov, Kamran Məmmədli, İqbal Əbilov və Bəhruz Səmədovun həbs edildikləri yada salınır.

“Amnesty İnternational“ vurğulayır ki, hökumət tənqidçiləri Azərbaycandan kənarda da repressiya və risklərlə üzləşirlər.

“Ötən ilin sentyabrında Azərbaycan hakimiyyətini və Prezidentini kəskin tənqidi ilə tanınan hüquq müdafiəçisi Vidadi İsgəndərli Fransada yaşadığı mənzildə bıçaqlanandan 2 gün sonra xəstəxanada vəfat etdi”, – hesabatda qeyd edilir.

Bildirilir ki, Azərbaycan hakimiyyəti siyasi motivli həbslərlə müstəqil medianı sistemli şəkildə susdurur.

“20-dən çox jurnalist, media işçisi və müstəqil qurumların təsisçiləri həbs olunub ya da ölkədən çıxışına qadağa qoyulub. “AbzasMedia”, “Kanal13” “Toplum TV” kimi müstəqil qurumlar qaçaqmalçılıq və vergidən yayınma ittihamları ilə üzləşiblər.

Qurum 2024-cü ilin dekabrın 6-da “Meydan TV” əməkdaşları Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko) və Aysel Umudova, eləcə də Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovun haqsız yerə həbs edildiyini qeyd edir.

Hesabatın “İşgəncə, pis rəftar və tibbi adekvat müayinədən imtina” bölümündə deyilir ki, Azərbaycan həbsxanlarında işgəncə, pis rəftar geniş yayılıb və bununla bağlı istintaq orqanlarının üzvləri və məsul şəxslər demək olar ki, heç vaxt məsuliyyətə cəlb edilmirlər.

“Hökumət tənqidçiləri həbsdə işgəncələrə və pis rəftara məruz qaldıqlarını müntəzəm olaraq bildirsələr də, bu iddialar bir qayda olaraq effektiv şəkildə araşdırılmır. Jurnalistlər Sevinc Vaqifqızı və Nərgiz Absalamova həbsxanada pis şəraitin, o cümlədən təmiz su çatışmazlığını işıqlandırandan sonra qisasla üzləşdiklərini bildiriblər. Ülvi Həsənli də Prokurorluğa işgəncələrin geniş yayılması ilə bağlı məktub ünvanlayandan sonra hədələndiyini bildirib”, – hesabatda qeyd olunur.

“Amnesty İnternational” III Respublika Platformasının spikeri Akif Qurbanovun da həbsdə işgəncə ilə hədələndiyindən söz açır:

“Akif Qurbanovu təcridxanada ziyarət edən yüksək vəzifəli dövlət məmuru ölkə rəhbəri haqqında tənqidi bəyanatlar verməkdən əl çəkməyəcəyi halda onu işgəncə ilə təhdid edib”.

Hüquq-müdafiə təşkilatı Anar Məmmədlinin səhhətinin pisləşməsi səbəbi ilə özəl tibbi müayinələrdən keçməsi tələbinin rədd edildiyini, Tofiq Yaqublunun xroniki astma xəstəliyindən əziyyət çəkdiyini və həbsxana şəraitinin pis olması, adekvat tibbi xidmətin olmaması səbəbindən səhhətinin getdikcə pisləşdiyini ayrıca vurğulayır:

“Media eksperti Ələsgər Məmmədli 2024-cü il martın 8-də şübhəli tiroid xərçəngi ilə müayinə olunmalı olduğu klinikanın yaxınlığında həbs edilib. Yaxınlarının dediyinə görə, o, adekvat müayinə ilə təmin edilməyib və vəziyyəti pisləşməkdə davam edir, həmçinin yuxu zamanı nəfəs almaqda çətinlik çəkir. Şəkərli diabet və öd daşları xəstəliyindən əziyyət çəkən Ruslan İzzətli də tibbi yardımdan məhrum edildiyini bildirib”, – hesabatda deyilir.

Təşkilat onu da qeyd edir ki, Azərbaycanda bəzi hökumət tənqidçilərinin həbsindən sonra hakimiyyət onların ailələrini və yaxınlarını hədəfə alıb – onların maaş və pensiya kartları deaktiv edilib.

“Sevinc Vaqifqızının anasının pensiya kartı deaktiv edildiyindən o zəruri dərmanları ala bilmədiyini deyib. “Abzas Media” direktoru Ülvi Həsənli və “Kanal13”-ün rəhbəri Əziz Orucovun ailələri də eyni problemdən əziyyət çəkirlər”.

Hesabata görə, Azərbaycanda on ildən artıqdır ki, dinc etiraz aksiyaları faktiki olaraq qadağan edilib:

“2023-cü ilin iyununda Gədəbəy rayonunun Söyüdlü kəndində polis qızıl yatağının genişləndirilməsinə etiraz edən yerli əhalinin dinc ekoloji aksiyasında qanunsuz güc tətbiq edib, etirazları işıqlandıran jurnalistləri saxlayıb. Ən azı səkkiz etirazçı kənd inzibati qaydada cəzalandırılıb, daha 3 nəfər isə uydurma narkotik ittihamları ilə həbs edilib. Onların arasında etirazlara açıq dəstək verən sabiq deputat Nazim Bəydəmirli də var”.

Azərbaycan hakimiyyəti bir qayda olaraq beynəlxalq qurumların tənqidi hesabatları ilə razılaşmır, bunu ölkənin daxili işlərinə müdaxilə kimi dəyərləndirir. Rəsmilər ölkədə heç kimin siyasi mövqeyinə və ya peşə fəaliyyətinə görə təqib edilmədiyini, bütün hüquq və azadlıqların təmin edildiyini bildirirlər.

Paylaş:
Digər xəbərlər

Siyasət

19-12-2024, 19:43

Avropa parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

19-12-2024, 19:32

Avropa parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib

Siyasət

6-11-2024, 15:01

Beynəlxalq təşkilatlar Aİ-ni COP29 dövründə Azərbaycanda siyasi məhbusların azad edilməsini tələb etməyə çağırıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

8-10-2024, 22:43

Hüquq-müdafiə təşkilatları hakimiyyəti siyasi məhbusların azad edilməsinə çağırıb

Gündəm / Siyasət / Araşdırma

18-09-2024, 19:44

Beynəlxalq təşkilatlar Aİ -na Azərbaycanda siyasi məhbusların azad edilməsi üçün müraciət ediblər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

5-08-2024, 22:41

Amnesty İnternational Gürcüstanı azərbaycanlı jurnalistinin ekstradisiyasını dayandırmağa çağırır

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

9-03-2024, 13:39

Amnesty İnternational: “Hakimiyyət müstəqil mediyanı hədəfə almağı dayandırmalıdır”

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

9-03-2024, 01:19

Fransa Xarici İşlər Nazirliyi Azərbaycanda həbs olunan jurnalistləri azad etməyə çağırıb və bu həbsləri pisləyib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

24-01-2024, 15:13

Avropa İttifaqı Azərbaycanda insan hüquqları və KİV azadlığı sahəsində vəziyyətdən çox narahatdır

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

14-12-2023, 08:28

"Amnesty International": "Azərbaycan hökuməti müstəqil mediaya qarşı təzyiqləri artırır"

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

17-06-2023, 03:48

DAS təşkilatı Almaniyada siyasi məhbusların azad edilməsini tələb edir

Siyasət / Sosial

13-09-2022, 22:38

Avropa Şurasının İnsan Hüquqları Üzrə Komissarı Dünya Miyatoviç Elçin Sadıqov və Əvəz Zeynallıya azadlıq tələb edib

Son xəbərlər
  • Bugün, 10:54
    Gədəbəydə 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
  • Bugün, 10:52
    Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb
  • Bugün, 10:50
    Saxta sənədlərlə dələduzluq edən şəxs saxlanılıb
  • Bugün, 10:47
    34 nəfər Almaniyadan Azərbaycana deportasiya olunub
  • Bugün, 10:42
    Əli Kərimli həyat yoldaşı ilə təcridxanada görüşüb
  • Dün, 23:41
    Naxçıvanda elektrik işçiləri iş yükünün artdığını və maaşlarının kəsildiyini bildirir
  • Dün, 23:37
    Beynəlxalq təşkilatlar Bəhruz Səmədovun azad edilməsini tələb edib
  • Dün, 23:34
    Göyçayda yol-nəqliyyat hadisəsi: xəsarət alan var
  • Dün, 23:33
    Ərdoğan Rusiyanı və Ukraynanı Qara dənizdə xəbərdar etdi
  • Dün, 23:28
    Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanılıb
  • Dün, 23:27
    Türkiyənin Hatay vilayətində 4 maqnitudalı zəlzələ olub
  • Dün, 23:25
    Yanacaqdoldurma və qaz təchizatı obyektlərinə lisenziya blanklarının formaları təsdiqləndi
  • Dün, 23:23
    İrandan Azərbaycana 24 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb
  • Dün, 23:21
    Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
  • Dün, 23:19
    Naxçıvanda 26 yaşlı gənc özünə xəsarət yetirib
  • Dün, 23:17
    Aİ Gürcüstana maliyyə yardımını dayandırıb, regionda əməkdaşlıq prioritetlərini yenidən nəzərdən keçirir
  • Dün, 23:16
    Macarıstan Ermənistana 20 milyon avroluq hərbi yardıma veto qərarını ləğv edib
  • Dün, 23:13
    MTV kanalına rəsmi xəbərdarlıq edilib
  • Dün, 23:11
    Baş nazir beynəlxalq ikili diplom proqramları ilə bağlı sərəncam imzalayıb
  • Dün, 23:10
    Əbülfəs Qarayevin qızı “Məhsəti” filmi ilə bağlı üzr istəyib
  • Dün, 23:08
    Bakıda mənzildə meyit aşkarlanıb
  • Dün, 23:06
    Ağdamda mülki şəxs minaya düşərək xəsarət alıb
  • Dün, 23:04
    Mirmahmud Mirəlioğlunun nəvəsinin meyiti tapılıb
  • Dün, 23:03
    İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
  • Dün, 22:57
    Avropa Məhkəməsi FETÖ ittihamı ilə mühakimə olunan şəxslərin hüquqlarının pozulduğunu tanıyıb
  • 16-12-2025, 17:46
    Musa Quliyev: “Məktəblərin yaxınlığında köşklərdə siqaretlər hətta dənə-dənə satılır”
  • 16-12-2025, 17:43
    20 gün əvvəl sədr seçilən Kamran Əsədov vəzifəsindən kənarlaşdırılıb
  • 16-12-2025, 14:03
    Bakıda min dollarlıq qızıl oğurlayan şəxs saxlanılıb
  • 16-12-2025, 14:00
    Cəmil Həsənli yenidən DTX-yə çağırılıb
  • 16-12-2025, 12:23
    “TikTok” paylaşımına görə oğurluq və zorakılıq – dəstə üzvünə 10 il həbs cəzası verilib
  • 16-12-2025, 12:18
    İlham Əliyev Bəhreyn Kralını milli bayram münasibətilə təbrik edib
  • 16-12-2025, 12:16
    Aqil Abbas: “Arzulayıram ki, amnistiya jurnalistlərə də şamil olunsun”
  • 16-12-2025, 12:13
    Abbas Abbasov axtarışa verilib – Ramiz Mehdiyev işi üzrə istintaq davam edir
  • 16-12-2025, 12:08
    “Reuters”: Ukrayna son bir həftədə üçüncü dəfə Rusiyanın Xəzərdəki neft platformasını vurub
  • 15-12-2025, 19:41
    Prezident amnistiya elan olunması təşəbbüsü ilə çıxış edib
Daha çox
Çox oxunanlar
11-12-2025, 22:16
İşdən çıxarılmış elmi işçi: “Adıma vəzifə, əməkhaqqı yazıb, pul siliblər”
12-12-2025, 11:39
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər
12-12-2025, 11:37
Bolqarıstanda etirazlardan sonra hökumət istefa verdi
12-12-2025, 19:52
AXCP İmişli fəalının saxlanıldığı bildirilir
12-12-2025, 18:21
"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12-12-2025, 19:57
Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarə qəzaya uğrayıb
Müsahibə
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
23-11-2025, 04:01
Ekspert: “Subsidiyaların böyük hissəsini oliqarx məmurlar əldə edir”
Araşdırma
Dün, 23:37
Beynəlxalq təşkilatlar Bəhruz Səmədovun azad edilməsini tələb edib
15-12-2025, 19:37
Gültəkin Hacıbəyli Türkiyədən deportasiya edilə bilər
12-12-2025, 19:58
Əli Kərimlinin saxlanılması ilə bağlı AXCP-nin bəyanatı
12-12-2025, 19:52
AXCP İmişli fəalının saxlanıldığı bildirilir
9-12-2025, 21:44
Hüquqşünas Namizəd Səfərovun saxlanıldığı bildirilir
9-12-2025, 16:31
Qənimət Zahidin cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Sosial
Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Saxta sənədlərlə dələduzluq edən şəxs saxlanılıb
34 nəfər Almaniyadan Azərbaycana deportasiya olunub
Əli Kərimli həyat yoldaşı ilə təcridxanada görüşüb
Naxçıvanda elektrik işçiləri iş yükünün artdığını və maaşlarının kəsildiyini bildirir
İrandan Azərbaycana 24 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə