USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Beynəlxalq təşkilatlar Aİ -na Azərbaycanda siyasi məhbusların azad edilməsi üçün müraciət ediblər

Gündəm / Siyasət / Araşdırma

18-09-2024, 19:44

Beynəlxalq təşkilatlar Aİ -na Azərbaycanda siyasi məhbusların azad edilməsi üçün müraciət ediblər
Beynəlxalq təşkilatlar Avropa Şurasının baş katibini Azərbaycanda siyasi məhbusların azad edilməsinə nail olmağa çağırıblar.

18 beynəlxalq insan hüquqları təşkilatı Avropa Şurasının yeni baş katibi Alen Berseyə məktub ünvanlayaraq Azərbaycanda insan hüquqlarının vəziyyəti, jurnalist və fəalların kütləvi həbsinə diqqət çəkiblər.

“Hesab edirik ki, Azərbaycanda insan haqları böhranı ofisinizin yüksək prioriteti olmalıdır”, - beynəlxalq hüquq müdafiə təşkilatlarının sentyabrın 18-də baş katibə ünvanladıqları məktubda qeyd edilir.

Beynəlxalq insan hüquqları təşkilatları qeyd edirlər ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsindən sonra, həmçinin Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində Azərbaycanda repressiyalar nəzərəçarpacaq dərəcədə intensivləşib.

“Ölkədə demək olar ki, heç bir müstəqil vətəndaş cəmiyyəti subyekti qalmayıb. Müstəqil media qurumlarının rəhbərləri həbs ediliblər, hakimiyyət orqanları hüquq müdafiəçilərinə, eləcə də akademiklərə və tədqiqatçılara təzyiqləri artırıb. Repressiya getdikcə daha çox gənc fərdlərə yönəlir”, -məktubda vurğulanıb.

Tanınmış azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədlinin aprel ayında saxta ittihamlarla yenidən həbs edildiyini qeyd edən müəlliflər onun həbsinin Azərbaycanda 2024-cü ildə repressiyaların artmasının rəmzi göstəricisi olduğunu bildirirlər.

Aprelin 29-da mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədlinin barəsində növbəti gün məhkəmə “qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçib. O, ittihamı qondarma adlandırıb.

Seçki hüququ və seçkilərin müşahidəsi üzrə tanınmış ekspert Anar Məmmədli həmçinin bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 - Ədalət Mühiti Təşəbbüsünün təsisçilərindəndir.

Beynəlxalq təşkilatlar Məmmədlinin həbsinin fevral ayında Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin nəticələrini dərc etməsindən və Ədalət Mühiti Təşəbbüsünün yaradılmasınının elan edilməsindən dərhal sonra baş verməsinə diqqət çəkib.

“Buna baxmayaraq, Anar Məmmədli Azərbaycanda yeganə siyasi məhbus deyil. Azərbaycan vətəndaş cəmiyyətinin məlumatına görə, ölkədə 300-dən çox siyasi məhbus var”, -müəlliflər əlavə ediblər.

Bu xüsusda məktubda fəal Famil Xəlilov, tədqiqatçı Bəhruz Səmədov, iqtisadçı Qubad İbadoğlu, Həmkarlar İttifaqı fəalı Afiəddin Məmmədovun adları çəkilir.

Azərbaycan hakimiyyəti müstəqil KİV-ləri təqib etməyə başlayıb, reydlər edib və “Abzas Media”, “Toplum” TV və “Kanal 13”ü bağlayıb. Jurnalistlər – “Abzas Media”nın direktoru Ülvi Həsənli, redaktor Sevinc Abbasova, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Akif Qurbanov, “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədli, “Kanal 13”ün direktoru Əziz Orucov və jurnalistlər Şamo Eminov, Elnarə Qasımova, Nərgiz Absalamova və Əli Zeynal, həmçinin siyasi fəallar Tofiq Yaqublu və Ruslan İzzətli araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.

Beynəlxalq təşkilatlar vurğulayıblar ki, Avropa Şurası baş katibi bütün vasitələrdən istifadə edərək Azərbaycan hakimiyyətini Anar Məmmədli və siyasi motivlərlə həbs edilmiş digər hüquq müdafiəçiləri, fəallar və jurnalistləri azad etməyə çağırmalıdır.

Bununla yanaşı, Azərbaycan hakimiyyəti hüquq müdafiəçilərini və vətəndaş cəmiyyətini hədəf alan və onların fəaliyyətini cinayət hesab edən qanunvericiliyi Venesiya Komissiyasının rəylərinə əsaslanaraq yenidən hərtərəfli nəzərdən keçirməyə çağırılmalıdır.

Baş katib Alen Berse həmçinin COP29-da iştirakı zamanı Azərbaycan hakimiyyətinə siyasi dəstək verməkdən çəkinməyə, Azərbaycanın AŞPA deputatları da daxil olmaqla müstəqil qrupların konfransda iştirakına məhdudiyyət qoymasını pisləməyə çağırılıb.

Müraciəti imzalayıblar: Azərbaycanda Repressiyaların Dayandırılması Kampaniyası, Vətəndaş Azadlıqları Mərkəzi (Ukrayna), Dayaq Vətəndaş Şəbəkəsi (Ukrayna), Avropa Mübadiləsi, Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzi, Demokratik Seçkilər Naminə Avropa Platforması, Helsinki İnsan Hüquqları Fondu (Polşa), İnsan Hüquqları Mərkəzi (Gürcüstan), Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), Beynəlxalq İnsan Hüquqları Tərəfdaşlığı (İPHR), Hollandiya Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, Siyasi Məsuliyyət Fondu (Polşa), Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi (Moldova), işgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT), ZMİNA İnsan Hüquqları Mərkəzi ( Ukrayna) və başqaları.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Hadisə

31-08-2024, 14:42

Beynəlxalq akademik icma Bəhruz Səmədovun azad edilməsinə çağırır

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

2-07-2024, 17:59

Apellyasiya Məhkəməsi kanal 13-ün baş redaktoru, jurnalist Əziz Orucovu yenə də həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

18-05-2024, 12:14

Almaniya deputatları Azərbaycanda siyasi məhbusları azad etməyə çağırıblar

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Araşdırma

25-03-2024, 22:56

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Azərbaycanı jurnalistləri və fəalları təqib etməyi dayandırmağa çağırıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

24-01-2024, 15:13

Avropa İttifaqı Azərbaycanda insan hüquqları və KİV azadlığı sahəsində vəziyyətdən çox narahatdır

Siyasət

16-10-2023, 11:57

Avropa Şurasının insan hüquqları üzrə komissarının regiona səfəri edəcək

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

12-10-2023, 22:18

Qubad İbadoğlunun partiyası hakimiyyəti repressiyalara son qoymağa və siyasi məhbusları azad etməy tələb edib

Gündəm / Siyasət / Sosial / Araşdırma

11-02-2023, 21:08

ABŞ Dövlət Departamentin rəsmisi Ned Prays Bəxtiyar Hacıyevin azad olunmasını tələb edib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

31-01-2023, 09:47

DAS ( Wähle das demokratische Aserbaidschan ) təşkilatı haqqında qısa MƏLUMAT

Siyasət / Sosial

13-09-2022, 22:38

Avropa Şurasının İnsan Hüquqları Üzrə Komissarı Dünya Miyatoviç Elçin Sadıqov və Əvəz Zeynallıya azadlıq tələb edib

Son xəbərlər
  • Bugün, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • Bugün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • Bugün, 01:11
    Qarabağ FK yeni futbolçu aldı
  • Dün, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • Dün, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • Dün, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • Dün, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • Dün, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • Dün, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • Dün, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • Dün, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • Dün, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • Dün, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • Dün, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • Dün, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • Dün, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • Dün, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • Dün, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • Dün, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • Dün, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
  • 30-01-2026, 17:53
    AŞPA-nın qış sessiyası başa çatıb
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
27-01-2026, 19:31
Strasburqda Türkiyə mədəniyyətinə həsr olunmuş möhtəşəm sərginin rəsmi açılışı keçirilib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə