USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Avropa parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib

Siyasət

19-12-2024, 19:43

Avropa parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib
Avropa parlamenti öz qətnaməsində Azərbaycanda vətəndaş cəmiyyətinə və KİV-ə qarşı repressiyaları pisləyib.

Dekabrın 19-da Avropa parlamenti hakimiyyətin vətəndaş cəmiyyətinə və KİV-ə qarşı repressiyalarını pisləyən qətnamə qəbul edib.

Sənədin preambulasında deyilir ki, 2023-cü ildən Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə, siyasi müxalifətə, hüquq müdafiəçilərinə, LGBTİ+ icmasına və müstəqil mediaya qarşı sistemli repressiyalarla məşğuldur və bu, COP29 ətrafında güclənir. Azərbaycanda 300-dən çox siyasi məhbus və 23 erməni əsir var;

Siyasi məhbus, 2024-cü il Saxarov mükafatının finalçısı Qubad İbadoğlu isə ev dustaqlığında saxlanılır, halbuki, Avropa İnsan Hüquqları Məhkəməsi onun səhhətinin kritik olduğunu müəyyən edib, xəstəxanaya yerləşdirilməsini və təcili ürək əməliyyatının aparılmasını tələb edib;

Vətəndaş cəmiyyəti fəalı Anar Məmmədli 2024-cü ilin aprelindən saxta ittihamlarla ilkin həbsdədir, tibbi yardım göstərilmədiyi üçün onun səhhəti pisləşib;

2024-cü il dekabrın əvvəlində Azərbaycan hakimiyyəti “Meydan” TV-nin jurnalistləri Aynur Qənbərova, Aytac Əhmədova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Aysel Umudovanı, jurnalistlər Ramin Cəbrayılzadə və Əhməd Muxtarı həbs edib;

Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov, siyasi fəal Azər Qasımlı və hüquq müdafiəçisi Rüfət Səfərov da həbs ediliblər. Onlara qarşı siyasi motivli ittihamlar irəli sürülüb;

Ətraf mühit fəalı Kamran Məmmədli COP29-da mühafizəçilər tərəfindən hücuma məruz qalıb və ona səfər etmək qadağan edilib;

Yuxarıda göstərilənlərlə əlaqədar Avropa parlamenti:

1.Azərbaycan rejiminin insan hüquqlarını, o cümlədən ifadə, birləşmək və dinc toplaşmaq azadlıqlarının davamlı şəkildə pozmasını və cinayət mühakiməsi sistemindən siyasi motivli sui-istifadə etməsini qəti şəkildə pisləyir;

2. Azərbaycan hakimiyyətini bütün dissident qruplara qarşı repressiyaları dərhal dayandırmağa və qondarma, siyasi motivli ittihamlarla təqib edilən hüquq müdafiəçiləri, jurnalistlər, siyasi və digər fəalları qeyd-şərtsiz azad etməyə, və bütün ittihamları ləğv etməyə çağırır;

3. Hakimiyyət orqanlarından İbadoğluya qarşı səfər qadağasını dərhal aradan qaldırmağı, ona qarşı irəli sürülən bütün ittihamları qeyd-şərtsiz ləğv etməyi və xaricdə təcili müalicə almasına icazə verməyi tələb edir. İbadoğlunun Saxarov mükafatının təqdimetmə mərasimində iştirakına və ya uzaqdan əlaqə saxlamasına icazə verilməməsindən təəssüflənir;

4.Azərbaycanı qeyri-hökumət qruplarının və medianın qeydiyyatı və maliyyələşdirilməsi ilə bağlı qanunlarını Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırmaqla müstəqil mediaya qoyulan yersiz məhdudiyyətləri aradan qaldırmağa çağırır, hakimiyyətdən “Meydan” TV, “Toplum” TV, “Abzas Media” və “Kanal13”ə qarşı repressiyalara son qoyulmasını tələb edir;

5. Avropa İttifaqının qlobal insan haqları sanksiya rejiminə uyğun olaraq, Fuad Ələsgərov, Vilayət Eyvazov və Əli Nağıyev də daxil olmaqla, ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiqinə çağırır;

6. Təkid edir ki, Avropa İttifaqı-Azərbaycan tərəfdaşlıq sazişində, o cümlədən enerji sahəsində - əsas hüquqlara hörmət və bütün siyasi məhbusların azad edilməsi şərti olmalıdır. Komissiyanı enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci il anlaşma memorandumunu dayandırmağa çağırır.

434 deputat qətnamənin lehinə, 30 nəfər əleyhinə səs verib, 89 deputat səsvermədə iştirak etməyib.

Paylaş:
Digər xəbərlər

Siyasət

19-12-2024, 19:32

Avropa parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib

Siyasət

18-12-2024, 21:17

Avropa Parlamentinin sədri Qubad İbadoğluna qarşı ittihamları ləğv etməyə çağırıb

Siyasət

24-10-2024, 21:22

Avropa Parlamenti Azərbaycana sanksiya tələb edib

Gündəm / Siyasət / Hadisə / Araşdırma

20-01-2023, 22:43

Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib

Siyasət

15-03-2022, 07:50

"Avropa Parlamenti ədalətsiz qurumdur"

Son xəbərlər
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Daha çox
Çox oxunanlar
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
16-09-2026, 16:10
Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
16-09-2026, 13:20
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
15-09-2026, 19:40
“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
17-09-2026, 17:06
Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
17-09-2026, 16:04
Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə