USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Əbülfəs Qarayev və Müşfiq Hətəmovun 65 MİLYONLUQ FIRILDAĞI

Gündəm

10-06-2020, 13:16

Əbülfəs Qarayev və Müşfiq Hətəmovun 65 MİLYONLUQ FIRILDAĞI

Ənvər Börüsoy: “Sabiq mədəniyyət naziri və komandası “vurulan” kimi, bu dəfə onları əvəz edəcək saxta qrup peyda olub”

Mədəniyyət Nazirliyi ətrafından son iki həftədə baş verən qalmaqallar tükənib bitmir. Bu yöndə artıq cəsarətə gələn sənət adamları, özəlliklə də kino və teatr sahəsinin mütəxəssisləri müxtəlif səviyyədə problemləri qabartmağa başlayıblar. “Hürriyyət” qəzeti bu məsələdə illərdir həyəcan təbili çalsa da, Mədəniyyət Nazirliyi və onun müxtəlif sahələr üzrə qurumları isə heç nə olmamış kimi susurdular. Əməkdaşımız sənətşünas Ənvər Börüsoy bu dəfə ən yeni faktlarla bağlı redaksiyamıza müsahibə verib.

– Ənvər bəy, sabiq nazir Əbülfəs Qarayev və nazirliyin müxtəif qurumları ilə bağlı cəmiyyətdə ilginc faktlar səslənməkdədir. Sizcə, bu faktlar indiyə kimi niyə açıqlanmırdı?



– Prezident İlham Əliyev 2008-2018-ci illərdə Azərbaycan kinosunun inkişafı ilə bağlı “Dövlət Proqramı” haqqında sərəncam imzalayıb. Proqrama əsasən büdcədən 65 milyon manat vəsait ayrılmışdı. Həmin paralar nazir Əbülfəs Qarayev, nazirliyin kino idarəsinin rəisi Cahangir Məmmədov və “C. Cabbarlı adına Azərbaycan Dövlət Film Kinostudiyası”nın sabiq direktoru Müşfiq Hətəmov tərəfindən havaya “sovrulub”. Süni hesabatlar hazırlayaraq, guya ötən on ildə 44 tammetrajlı bədii, yüzlərlə sənədli, 10-15 cizgi və bir uşaq filminin çəkilməsi qeyd olunub. Kinostudiyanın maddi-texniki bazasının müasir standartlara uyğun təşkil edilməsi ilə bağlı heç bir addım atılmayıb. Kinematoqrafiyanın inkişafı tamamilə kölgədə qalıb. Bütün bunlar azmış kimi, kino-teatrları, kino klubları satışa çıxararaq milyardlar əldə ediblər…

– Bu barədə faktlarınız varmı?

– Paytaxr Bakıda “Araz”, “Vətən”, “Dostluq”, “Qələbə”, “Sevinc”, “N. Nərimanov”, “Şuşa” və digər kino-teatrların binalarını satıblar və əldə olunan gəlirlərin hara xərclənməsi qaranlıqdır. Şəhərin tən mərkəzində yerləşən “Vətən” kino-teatrının ərazisi əmlak bazarının qiymətlərinə görə dəyəri 150 milyon manat təşkil edir. Faktiki olaraq, rayonların çoxunda mədəniyyət evlərinin, klubların binaları və onların əraziləri nazirlikdə yüksək vəzifə tutan mədəniyyət feodalları tərəfindən satılıb. Ləğv edilən klublar, mədəniyyət evləri, kino-teatrlardan əldə olunan “qazanc”ın ümumi dəyəri 4-5 milyard manata bərabərdir. Kinostudiyanın ərazisinin yarısının inşaat baronlarına satılması, çəkiliş pavilyonlarının ləğv edilməsi, teatrlara üçün dekorasiyalar, geyim və butaforların hazırlanması istiqamətində keçmiş “Qaraşəhər”də bədii istehsalat kombinatının 5 hektarlıq ərazisinin satılması, daha sonra bu müəssisənin tamamilə ləğv edilməsi ən ciddi korrupsiya hallarından biridir. Bu gün “Qaraşəhər” dövlət proqramı olaraq “Ağşəhər” adlanır. Orada bir sot torpağın əmlak bazarında dəyəri azından 400-500 min manat təşkil edir.

– Bəs nədən indiyə kimi sənət adamları susublar? Prezident İlham Əliyev nazirlikdəki neqativ halları qabartdıqdan sonra, çoxları danışmağa başlayıblar.

– Biz dəfələrlə dirketor teatrı, direktor kinosu və digər mənfi halların ictimai və sosial yönlərini “Hürrəyyət” qəzetinin vasitəsilə işıqlandırmışıq. İnkişaf etməkdə olan ölkələrdə Avropa İttifaqına bağlı “Eurimages” Fondu və “Europa Cinemas” şəbəkəsi Azərbaycan tərəfinə təklif edib ki, onların layihələrində iştirak edin və sizlər maliyyə dəstəyi alın. Bunun üçün standrtlar da var. Hər bir kino-teatrda ildə orta hesabla 520 seans olmalıdır. Gürcüstan demək olar ki, hər il 10-15 layihəsini bu strukturların əli ilə həyata keçirərək dünya standartları səviyyəsində sənədli, tammetrajlı, cizgi və sair filmləri çəkir. Bununla da bir yandan kino sahəsi inkişaf edir, başqa bir tərəfdən də əlavə qazanc əldə edirlər. Azərbaycanda kinoun inkişafına dövlət dəstəyi olub və digər yandan beynəlxalq kino təşkilatlarının qrant layihələrini təklif ediblər. Əbülfəs Qarayevin əlaltısı olan Müşfiq Hətəmov və Cahangir Məmmədov isə, bu sahəni diz üztə çökdürmək siyasəti yürüdüblər. Problem budur. İndi canfəşanlıq edərək kinonun problemlərini süni şəkildə qabardaraq, özlərini gözə soxan əndrabadi zümrə peyda olub. Onların əslində heç birinin peşəkar kino sənətinə aidiyyatı yoxdur. Kino sənəti ilə bar-bağıranlar da onlardır.

– Bəs nədən “Eurimages” Fondu və “Europa Cinemas”ın təklifləri qəbul edilməyib?

– Ona görə ki, həmin qurumların ayırdığı qrant layihələr əsasında çəkilən filmlər həm də gəlir gətirməlidir. Prezident İlham Əliyevin “Kinonun inkişafı ilə bağlı 2008-2018-ci illər Dövlət Proqramı”nda qeyd olunan əsas maddələrdən biri də, yeni nəsil rejissor, ssenarist, operator, prodüsser, səs rejissoru, musiqi rejissoru, montajçı, qrim ustası, qaffer, kranmeystr, sinxron ustası, fotoqraf, dekorator, butrafor ustası, kaskader, geyim rəssamı, dekorasiya texnoloqu, xoreoqraf, sensitometrist, rekvizitçi, redaktor və sair sahələr üzrə kadrlar hazılanmalı idi. Dövlət büdcəsindən ayrılan 65 milyon manat dəyərindəki layihədə bunlar yer alırdı. Demək olar ki, bunların heç birinə əməl olunmayıb. Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev və komandası “vurulan” kimi, bu dəfə onları əvəz edəcək saxta qrup peyda olub. Bu, kinomuzun bir daha gələcəyinin faciəsi ilə sonlanacağına açıq şəkildə işarədir.

– Həmin qrup kimlərdən ibarətdir?

– Faktiki olaraq, milli kinomuzun bürokratlarına çevrilmiş məmurlar ordusu cildlərini dəyişərək fərqli görünümdə cəmiyyəti aldatmaq yolunu tutublar. Onlar “Kino Şurası” yaratdıqlarını elan edərək özləri üçün öncələr olduğu kimi, milli kinomuzun bəlasının səbəbkarı olacaqlar. “Azərbaycanfilm”in indiki direktoru Nazim Hüseynov uzun illər “Səlnaməfilm”in rəhbəri olub. Onun bu sahədə hansısa sənət uğuru olmayıb. “Kino Şurası”nın sədri statusu ilə gözə kül üfürmək taktikasını tutub. Bundan əlavə, ixtisasca hüquqşünas olan Fikrin Bektaşi, maliyyəçi Orxan Əliyev, Şəki Dövlət Teatrının rejissoru Mirbala Səlimli, Milli Konservatoriyanın xarici əlaqələr şöbəsinin müdiri Cahangir Səlimxanov, qroteks Roman Orkodaşvili, “ANS TV”nin sabiq əməkdaşı Fariz Əhmədov, teatrşünas Aydın Talıbzadə, “İTV” kanalının direktoru Balakişi Qasımov, “Park Sinema”nın nümayəndəsi Rüstəm Fətəliyev, kino sahəsində uğursuzluq zolağından çıxa bilməyən Orxan Abbasov, Mansur Şəfiyev, İlqar Nəcəf, Rüfət Həsənov, Elmar İmanov və başqalarının adlarını çəkmək olar. Şurada təmsil olunan “Bakı Media Mərkəzi”nin direktoru Orman Əliyev və “Mozalan” studiyasının direktoru Əli Səttar Quliyevin statuslarının nədən ibarət olacağı da bəlli deyil. Qətiyyətlə qeyd edər bilərik ki, şuranın adından çıxış edənlər milli kinomuzun inkişafında hər hansı təsirləri olmayacaq. Sadəcə kinomuzun yeni nəsil bürokratları adından çıxış edəcəklər.

– Bu qədər problemlərin olduğu bir dönəmdə yaranmış böhrandan çıxış yolu varmı?

– Əlbəttə var. İlk öncə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində kino sahəsi üzrə təhsil alan tələbələr üçün laboratoriyalar yaradılmalıdır. Gənclərin hər il çəkdikləri filmlərin festivalları keçirilməlidir. Gürcüstanda olduğu kimi, bu festivallarda istedadı ilə parlayan gənclərin xarici ölkələrdə təhsillərini təkmilləşdirməsi üçün şərait yaradılmalıdır. Unutmayın ki, 1990-cı illərə kimi Türkiyə kino sənayesində heç daxili bazarda uğurlar əldə edə bilmirdi. İndi dünyanın kino sənayesində illik gəlirləri 500 milyon dollara yaxınlaşıb. Kino həm yaradıcılıq, həm də istehsalatla yanaşı, xüsusi sənaye deməkdir.

– Bəs nədən Azərbaycanda böyük ənənələri olan milli kinomuz iflic durumundadır?

– Prezident İlham Əliyev üç-dörd ay bundan öncə Azərbaycanda dövlətimizin inkişafı üçün ən böyük əngəlin “5-ci Kalon”un olduğunu açıq şəkildə gündəmə gətirdi. O da bəllidir ki, həmin şəbəkələrdən biri də mədəniyyət nazirliyində uzun illərdir kök salmış “mədəniyyət feodalları” adlı bir zümrə formalaşmışdı. Onlar milli mədəniyyətimizin adına hansı addımların atılmasını deyil, özlərinin komprador maraqları çərçivəsində iş görürdülər. Son günlər aparılan araşdırmalar nəticəsində bəlli olub ki, təkcə kino sahəsi üzrə dövlət büdcəsindən ayrılan 65 miyon manat mənimsənilib. Yüzlərlə kino-teatrlar, mədəniyyət evləri, klublar, istirahət parkları, kitabxanalar, musiqi məktəbləri və digər mədəni-sosial obyektlərin binaları və onların əraziləri ləğv edilərək satılıbdır.
Milli qürur mənbəyimiz ola biləcək arxeoloji və maddi-mədəniyyət abidələlərimizin çoxu ləğv edilib və əraziləri işbazlara satılıb. Mədəniyyətimizin gələcəyini nəzərə alaraq yeni nəslin yetişdirilməsi siyasəti isə, ümumiyyətlə olmayıb. Ona görə də milli kinomuzun inkişafı ilə bağlı tələb olunan baza yox dərəcəsindədir.

– Kino sənayesi ifadəsini işlətdiniz. Gürcüstan və Türkiyədən örnəklər dediniz. Bunu Azərbaycanda tətbiq etmək mümkündürmü?

– Yaxından tanıdğım və kinematoqrafiyamızın inkişafına tövhə verə biləcək çoxlu istedadlı gənclər var. Onlar Azərbaycan kinosunun gələcəyi ola bilərlər. Bunun üçün, ilk öncə gənclərin çəkdikləri filmlərin festivalı keçirilməli və kimin istedadlı olmasına dəyər verilməlidir. Türkiyədə hər il “Altun Portakal” festivalının keçirilməsi sayəsində milli teleseriallar, tammetrajlı filmlər və kinonun digər sahələrində istedadlı gənclər üzə çıxdılar. İndi bu gənclərin sayəsində kino sənayesi inkişaf edir. “Qırğızfilm”, “Qazaxfilm” artıq kino sənayenin bir parçasına çevrilib. Əgər bizdə kino sənayesi yaradılarsa, korrusiya və digər mənfi halları bazar iqtisadiyyatının özü aradan təbii yolla aradan qaldıracaq. Mədəniyyət feodallarına isə, ümumiyyətlə yer qalmayacaq.

Söhbətləşdi: İ.SABİRQIZI,

Hurriyyet.org

Paylaş:
Digər xəbərlər

Gündəm

25-05-2020, 09:30

Nazir olma sevdasına düşən İcra başçısı – Yaxın çevrəsi ilə birgə öz kabinetində şampan məclisi düzənlədi

Bölgə

16-05-2020, 17:05

Əbülfəs Qarayevin Sabirabaddakı kadrı da şübhə doğurur... - Əgər araşdırma aparılarsa...

Mədəniyyət

14-05-2020, 13:40

Əbülfəs Qarayev nazirlikdəki QARƏTDƏN xəbərdardırsa da, deyilsə də, getməlidir... - Hər iki halda pis nazirdir

Siyasət

13-05-2020, 12:40

DTX nazirliyin mətbuat katibini saxlayıb? - Açıqlama

Mədəniyyət

12-05-2020, 11:22

“Mədəniyyətimizin oğurlanması” filmi: - Baş rolda Əbülfəz Qarayev...

Siyasət

12-05-2020, 10:56

26 ilin naziri: O, toxunulmazdır? - həbs edilməsə də...

Gündəm / Siyasət

8-05-2020, 15:50

DTX əməliyyat apararkən nazir də orada olub - YENİLƏNİB + FOTO

Araşdırma

3-03-2020, 11:46

Əbülfəs Qarayev ata yurduna da biganədir — Fatmayıda tarixi abidələr məhv olur (VİDEO/FOTOLAR)

Mədəniyyət

27-02-2020, 13:50

Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub

Son xəbərlər
  • Bugün, 22:27
    İlham Əliyev İrəvandakı sammitdə onlayn çıxış edib
  • Bugün, 19:27
    İlham Əliyev İrəvandakı sammitdə onlayn çıxış edib
  • Bugün, 19:24
    Azərbaycan üzərindən Ermənistana gübrə göndəriləcək
  • Bugün, 19:23
    Kaya Kallas Azərbaycana səfər edəcək
  • Bugün, 19:22
    İlham Əliyev Giorgia Meloni ilə təkbətək görüş keçirir
  • Bugün, 19:20
    İtaliyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
  • Bugün, 19:18
    “AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub
  • Bugün, 12:02
    “AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub
  • Dün, 22:38
    3 May – Ümumdünya Mətbuat Azadlığı Günü: Azad sözün dəyəri və artan çağırışlar
  • Dün, 01:15
    Məhkəmə Muaytay Federasiyası ilə bağlı iddiaları rədd etdi
  • 2-05-2026, 21:12
    Cevdet Yılmaz Ermənistana səfər edəcək
  • 2-05-2026, 21:09
    Milli Məclis Avropa Parlamenti ilə əlaqələri dayandırır
  • 2-05-2026, 21:07
    AZAL Dubaya uçuşları bərpa edir
  • 2-05-2026, 21:06
    İtaliya Azərbaycanda minatəmizləməyə 1,5 milyon avro ayırıb
  • 2-05-2026, 21:04
    Gürcüstanda 3,3 bal gücündə zəlzələ qeydə alınıb
  • 2-05-2026, 15:30
    AZAL Təl-Əvivə uçuşları bərpa edir
  • 1-05-2026, 21:13
    DİN Maştağa psixiatriya mərkəzi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib
  • 1-05-2026, 21:12
    Vahid Ələkbərovun sərvəti artıb: Bloomberg yeni reytinq açıqladı
  • 1-05-2026, 21:11
    Azad edilmiş ərazilərdə 7 788 hektardan çox sahə minalardan təmizlənib
  • 1-05-2026, 21:09
    Hikmət Hacıyev: “Azərbaycan bütün qonşularla dostluq münasibətləri qurub”
  • 1-05-2026, 21:08
    Prezident İlham Əliyev yenidən qurulan İslam Səfərli küçəsinin açılışında iştirak edib
  • 1-05-2026, 21:04
    İran XİN: ABŞ-ın İrana hücum xərcləri 100 milyard dolları keçib
  • 1-05-2026, 21:03
    BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında gərginlik arta bilər
  • 1-05-2026, 21:01
    Polis qanunsuz silah-sursat aşkarladı
  • 1-05-2026, 20:59
    TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.
  • 1-05-2026, 20:58
    iPhone 17-yə rekord tələbat: “Apple” səhmləri yüksəldi
  • 1-05-2026, 20:56
    İran sülh təklifini yenilədi: sənəd Pakistan vasitəsilə təqdim olunub
  • 1-05-2026, 20:54
    Bərdədə narkotik əməliyyatı: kiloqramlarla vasitə dövriyyədən çıxarıldı
  • 1-05-2026, 20:53
    Ceyhun Bayramov iranlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
  • 1-05-2026, 20:51
    Neft bahalaşır: “Brent” 111 dolları keçdi
  • 1-05-2026, 20:50
    İsrail BƏƏ-yə dron aşkarlama sistemi təqdim edib
  • 1-05-2026, 20:43
    Oqtay Əsədov 22 ildən sonra federasiya rəhbərliyindən getdi
  • 1-05-2026, 00:55
    İsrail İrana qarşı zərbələri bərpa edə bilər – Katzdan mesaj
  • 1-05-2026, 00:53
    Prezident Avropa çempionu olan güləşçilərlə görüşdü
  • 1-05-2026, 00:50
    Onkologiya Mərkəzində partlayış: həkimi öldürməyə cəhd edən xəstə ölüb, cinayət işi açılıb
Daha çox
Çox oxunanlar
29-04-2026, 00:28
Böyük Britaniya İran səfirini XİN-ə çağırdı, nota təqdim olundu
29-04-2026, 00:33
Ermənistan Baş Qərargah rəisi Hindistanda səfərdədir
29-04-2026, 00:25
Bakıda mənzildə yanğın: yaşlı qadın həyatını itirdi
1-05-2026, 00:50
Onkologiya Mərkəzində partlayış: həkimi öldürməyə cəhd edən xəstə ölüb, cinayət işi açılıb
1-05-2026, 00:53
Prezident Avropa çempionu olan güləşçilərlə görüşdü
1-05-2026, 00:55
İsrail İrana qarşı zərbələri bərpa edə bilər – Katzdan mesaj
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
Sosial
“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub
“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub
3 May – Ümumdünya Mətbuat Azadlığı Günü: Azad sözün dəyəri və artan çağırışlar
Məhkəmə Muaytay Federasiyası ilə bağlı iddiaları rədd etdi
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.
iPhone 17-yə rekord tələbat: “Apple” səhmləri yüksəldi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə