USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Rüfət Səfərovun həbsdən anasına məktubu

Siyasət / Hadisə / Araşdırma

14-04-2025, 14:27

Rüfət Səfərovun həbsdən anasına məktubu
Əziz və sevimli Anam!

Doğum gününü təbrik edir, sağlıqlı həyat, qayğısız gün-güzəran arzulayır, nəvələrinin xeyir işlərində bolluca rəqs etməyini diləyirəm!

Təəssüf ki, doğum günündə yanında deyiləm. Son 10 ildə dördüncü dəfədir ki, məhbəs divarları arasından təbriklərimi çatdırmağa məhkumam.

Yadındadırmı, 2018-ci ilin bu günündə məhbəsdən zəng edib, ürək sözlərimi çatdırmışdım. “Ana, kaş keçmişə dönməyə imkan verən “zaman maşını” olaydı, əlimdən bərk-bərk yapışıb, İrəvan şəhərindəki zooparka, sirkə, kinoteatra, Zəngibasardakı hovuza aparardın…”, - deyə uşaqlıq illərimin xiffətini çəkmişdim.
Sən də əvəzində, “Üfülü, sən yenə də mənim üçün balaca bəbəsən. İnşallah, tezliklə azadlığa çıxarsan, İrəvan mümkün olmasa da, Bakıdakı sirkə, zooparka, kinoteatra apararam…”, - deyə gülmüşdün.
O zaman məni də xeyli güldürmüşdün.

Əziz və sevimli Anam!
Bu sətirləri yazarkən bir saata yaxın qələmi kənara qoyub, fasiləsiz olaraq, sənin barəndə düşündüm. Köhnə məhəlləmizin yaxınlığındakı yarmarkada baş verən “kələm söhbətini” xəyalımda elə hey təkrar-təkrar canlandırdım. Bir zamanlar dərs verdiyin internatda bəzən səninlə bərabər səhərdən axşamadək qalmağımı, 90-cı illərin əvvəllərində birlikdə bazarlığa getməyimizi, “Nəsimi bazarı”nda şuluqluq salmağımı, sənin möhkəm əsəbiləşməyini, başını dəng eləyəndən sonra məni və uşaqlıq dostlarımı Pirşağıdakı çimərliyə aparmağını, dəcəl yoldaşlarımla birlikdə 11-ci binanın yaxınlığındakı apteki yandırmağımı, məni həftələrlə məhəlləyə buraxmamağını, orta məktəb müəllimlərimin davamlı şikayətlərini, daha nələri-nələri düşündüm…
Bəzən xoş, bəzənsə acılı həyat hekayələrini dönə-dönə vərəqlədim. Təbii, bütün mənfi xüsusiyyətlərə görə yalnız və yalnız özümü – nənəsinin və babasının son dərəcə ərköyün böyüyən “Üfülü”sünü qınadım.

Sonradan qazandığım hansısa müsbət tərəflər varsa, yalnız və yalnız sənə borcluyam. Yeniyetməlik və gənclik illərimdə ədalət, haqq və vicdan barədə usanmadan öyüd və dərs verdin, sevimli Anam!
44 yaşım var, ömrümün əhəmiyyətli hissəsində səni incitmişəm, zülmə, əzaba, həsrətə düçar eləmişəm. Lakin bircə dəfə də olsun, üstümə gəlməmisən, “ufuldamamısan”, deməmisən ki, “bəsdir, yetər!”. Tam əksinə, daim yanımda, arxamda olub, idealist dəyərlərə təhrik etmisən. “Qorxma, Üfülü!”, “Ədalətli ol, Üfülü!”, “Cəsur ol, Üfülü!” – səndən bunları eşitmişəm.

Əlbəttə, bu məqamda mənim üçün bənzərsiz stimul və ibrətamiz olan 4 çağırışını göstərməyə bilmərəm:

1. 2015-ci ilin dekabrı idi. Bəyanatla çıxış edib, prokurorluq orqanlarından ayrılmışdım. Daha əvvəl bu niyyətim barədə heç kəsi, o cümlədən səni də xəbərdar etməmişdim. Həyat və fəaliyyətimi kəskin dəyişən bu informasiyanı mediadan oxuyar-oxumaz Bakıdan Zərdaba zəng eləyib demişdin: “Bildiyim Üfülü elə belə də eləməliydi. Səninləyəm!”

2. 2016-cı ilin sentyabrı idi. 9 il müddətinə azadlıqdan məhrum edilməyim barədə xəbəri Məkkədə Həcc ziyarətində olarkən aldın. İki gün sonra telefonla danışa bildik. Sən yüksək səslə dedin: “Səninləyəm, Üfülü! Qəti təşvişə düşmə! Davam elə!”

3. 2020-ci ilin yayı idi. Gecə saatlarında xeyli vətəndaş Bakının mərkəzində toplaşıb, “Qarabağ yürüşü”nə başlamışdılar. Həmin vaxt Bilgəhdə idik. Mən avtomobilə əyləşib, paytaxta tələsdim. Sən isə təkid elədin: “Bu vaxt mənsiz gedə bilməyəcəksən, mütləq bərabər getməliyik”. Ana-bala şəhərin mərkəzinə çatdıq, Hökumət Evinin qarşısından Milli Məclisin önünədək yürüdük. Yolda dedin: “Üfülü, elə elə ki, müəyyən etdiyin prinsiplər poladlaşsın. Tam şəkildə arxandayam!”

4. Günün birində növbəti dəfə “karsa” salıb, möhkəmcə əzişdirmişdilər. Deyəsən, 2017-ci il idi. İlk görüşümüzdə başıma gətirilənləri sənə danışmalı oldum ki, cəmiyyətə çatdırasan. Həmin gün sən ayağa qalxdın, ətrafa qışqırdın: “Mənim oğlumu məhv edə bilərsiniz, amma sındıra bilməzsiniz! Oğlum, bura bax, yarımçıq qalmış məqaləni – “Hüququn qətli”nin üçüncü hissəsini bitir, yayaq. İndiki halda, ən yaxşı cavab bu olar!” Bundan sonra da təkbaşına aclıq aksiyasına başladın. Telefon danışığı zamanı dedin: “Möhkəm olmağa məhkumsan, oğlum!”

Mənim qürurlu, cəsarətli və möhtəşəm Anam!
Çətin dövrdə ailəmizin ağır yükünü təkbaşına, heç bir dəstək ummadan çiyinlərində daşıyan fədakar Anam!

Ürəyim çox doludur, amma çox uzatmayım. Bilirəm ki, onsuz da bu sətirləri oxuyarkən ağlayırsan, ağrıyırsan, həsrətimi çəkirsən…
Sevimli Anam, bu an gözlərindəki o yaşları öpürəm, bağrıma basıram… Bir daha təbrik edirəm, sağlıqlı və firavan həyat diləyirəm!
Bəlkə də düzgün şəkildə yazmadığım belə təbrik mətninə görə məni əfv elə…
Qələmi yerə qoymamışdan əvvəl dustaq yoldaşlarıma dedim: “Mən anamı intəhasız şəkildə sevirəm!”

Bununla kifayətlənməyib, kameranın qarşısındakı sərçələrə, hörümçəyə, tarakanlara, milçəklərə, ağcaqanadlara səssizcə xitab elədim: “Ey canlılar, Tanrı sizi analarınızdan ayırmasın! Mən anamı çox sevirəm…”

Paylaş:
Digər xəbərlər

Hadisə

9-11-2024, 20:15

Gəncədə 68 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

13-09-2024, 19:08

Ruslan izzətlinin oğluna məktubu

Gündəm / Siyasət / İqtisadiyyat / Hadisə / Araşdırma

15-06-2024, 16:07

Bəxtiyar Haciyev həbsdən təbrik mesajı göndərib

Sosial / Hadisə

15-05-2024, 13:39

Xırdalanda sirkə turşusu içən kişi öldü

Sosial / Hadisə

5-12-2023, 11:45

Oğuzda sirkə turşusu içən kişi xəstəxanada ölüb

Gündəm / Sosial / Hadisə

7-09-2023, 09:13

Bu gün əziz həmkarımız Elçin Rəhimzadənin doğum günüdür

Sosial / Hadisə

19-08-2023, 12:36

Sərxoş kişi sirkə turşusu içərək ölüb

Sosial / Hadisə

30-05-2023, 22:29

Bakıda sirkə turşusu içərək kişi intihar etdi

Siyasət

24-12-2022, 15:43

MHP sədri Prezidenti təbrik edib

Gündəm / Siyasət

24-12-2022, 11:58

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Gündəm / Siyasət / Sosial

22-12-2022, 19:03

Özbəkistan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

Siyasət

24-05-2022, 19:55

Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

Son xəbərlər
  • Dün, 17:57
    Ramiz Mehdiyevə görə Zahid Orucun “vurulacağının” anonsu verildi
  • Dün, 16:49
    İran molla rejiminin yüksək ranqlı məmurun qızının dəbdəbəli toyu müzakirələrə səbəb olub
  • Dün, 16:45
    Eldar Mahmudovun həbsi gündəmdə – Baş Prokurorluqdan İspaniyaya məktub
  • 18-10-2025, 21:07
    Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanılıb
  • 18-10-2025, 21:06
    Şabranda məktəbdə ər arvadını bıçaqlayıb
  • 18-10-2025, 21:04
    Ramiz Mehdiyevin məhkəməsi onlayn keçirilib
  • 18-10-2025, 21:03
    Prezident Ramiz Mehdiyevi Təhlükəsizlik Şurasının üzvlüyündən qovuldu
  • 18-10-2025, 21:01
    Gəncədə yol qəzası — piyada xəsarət alıb
  • 18-10-2025, 14:21
    Qanunsuz orden və medal hazırlayan QHT rəhbərləri cinayət məsuliyyətinə cəlb olundu
  • 17-10-2025, 21:23
    Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
  • 17-10-2025, 21:21
    Tahir Kərimli: “Ramiz Mehdiyevlə ömrümdə bir dəfə rastlaşmışam”
  • 17-10-2025, 16:09
    Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
  • 17-10-2025, 16:03
    İlham Əliyevin “Tərəqqi” medalı ilə təltif etdiyi diaspora rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
  • 17-10-2025, 13:30
    Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb
  • 17-10-2025, 13:28
    Taksi sürücüləri üçün növbəti imtahan noyabrda keçiriləcək
  • 17-10-2025, 12:39
    “AzerGold” QSC 5-ci “Rebuild Karabakh” sərgisində iştirak edib
  • 17-10-2025, 10:47
    Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
  • 16-10-2025, 18:38
    Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanılıb
  • 16-10-2025, 18:37
    Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək
  • 16-10-2025, 16:22
    Paşinyan Əliyevin tələbi ilə Konstitusiyanı dəyişməyə hazırlaşır – Sasunyan
  • 16-10-2025, 15:51
    Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək
  • 16-10-2025, 15:47
    Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirib
  • 16-10-2025, 15:45
    Yasamalda iki nəfər güllələnib: vəziyyətləri açıqlanıb
  • 16-10-2025, 15:44
    İlham Əliyev Qazaxıstana səfər edəcək
  • 16-10-2025, 15:43
    Prezident İlham Əliyev Anaklaudia Rossbaxı qəbul edib
  • 16-10-2025, 15:37
    Dələduzluq və oğurluq edən şəxs saxlanılıb
  • 16-10-2025, 15:36
    Sabirabad sakini itkin düşüb
  • 16-10-2025, 13:30
    Saakaşvili: “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu”
  • 16-10-2025, 13:27
    Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
  • 16-10-2025, 13:26
    Ramiz Quliyevlə vida mərasimi keçirilib
  • 16-10-2025, 13:24
    Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanılıb
  • 16-10-2025, 13:23
    Azərbaycanda qatarın ləngiməsinə görə işə gecikənlərə arayış veriləcək
  • 16-10-2025, 13:21
    İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul etdi
  • 16-10-2025, 13:17
    Əli Zeynala yalnız şüşə arxasından görüşə icazə verilib
  • 16-10-2025, 12:31
    Zakir İbrahimov “Boston Consulting Group”un regional direktoru ilə görüşüb
Daha çox
Çox oxunanlar
14-10-2025, 00:59
Azərbaycan səfərdə Ukrayna millisinə məğlub oldu
13-10-2025, 16:57
Həbsdə olan jurnalist Ülviyyə Əliyə anası ilə görüşməyə icazə verilməyib
13-10-2025, 20:25
Ələsgər Məmmədli: “İstintaq metro kartını bank kartı kimi sənədləşdirib”
13-10-2025, 22:18
Tramp: “Bu gün təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün inanılmaz bir gündür”
13-10-2025, 16:23
AQTA Bakıda ərzaq mağazasında ciddi nöqsanlar aşkarladı
14-10-2025, 10:57
Çində Xiaomi elektrik avtomobilində faciə: “ağıllı” sistem sürücünün həyatına son qoydu
Müsahibə
11-06-2025, 21:40
68 Milyonluq Korrupsiya: Dövlət Gömrük Komitəsinin Yeni İnzibati Binasi
19-04-2025, 15:04
Saytımıza son iki ildə 5-ci hücum olunub
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
15-01-2025, 10:50
Deputat Elnam Nəsirov xaricdə yaşayan siyasi mühacirləri, jurnalist və blogerləri ölüm ilə hədələdi
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
Araşdırma
17-10-2025, 21:23
Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
17-10-2025, 10:47
Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
16-10-2025, 13:17
Əli Zeynala yalnız şüşə arxasından görüşə icazə verilib
15-10-2025, 16:56
Avropa Məhkəməsi Azərbaycanda həbsdə olan jurnalistin xeyrinə qərar verib
15-10-2025, 14:32
Ramiz Mehdiyevin varidatı haqqında məlumatlar yayıldı
14-10-2025, 22:02
Ramiz Mehdiyev həbs olundu
Sosial
Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb
Taksi sürücüləri üçün növbəti imtahan noyabrda keçiriləcək
Ramiz Quliyevlə vida mərasimi keçirilib
Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanılıb
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə