USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Turan” İnformasiya Agentliyi böhtanlara qarşı bəyanat yaydı

Gündəm / Siyasət / Sosial / Araşdırma

20-02-2025, 15:20

“Turan” İnformasiya Agentliyi böhtanlara qarşı bəyanat yaydı
“Bu, dövlət tərəfindən maliyyələşdirilməyən yeganə müstəqil informasiya agentliyi olan “Turan”a qarşı məqsədyönlü hücumdur”

“Turan” İnformasiya Agentliyi bəyanat yayıb. Agentlik bəyanatında bildirir ki, 2025-ci il fevralın 15-də və 18-də “Day.Az” saytında “Turan”ın fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib.

Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edib.

Agentlik bəyan edir ki, bu məqalələr “Turan”ın nüfuzdan salınmasına yönəlmiş dezinformasiyadır.

Həmçinin bildirilir ki, “Turan” müstəqil media qurumu kimi yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində və peşəkar, etik jurnalistika prinsiplərinə uyğun fəaliyyət göstərib və məqalələrdə təqdim olunan rəqəmlər, ittihamlar həqiqətə uyğun deyil.

““Turan” heç vaxt ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyindən (USAID) maliyyə almayıb. Müəlliflərin 2010-2020-ci illər arasında agentliyin hesablarına guya ən azı 2 milyon dollar köçürüldüyü barədə iddiaları tamamilə yalandır. 2015-2023-cü illər arasında agentliyin insan haqları və mətbuat azadlığı ilə bağlı “müstəqil” hesabatlar hazırlamaq üçün Milli Demokratiya Fondundan (NED) iri məbləğdə vəsait aldığı iddiası da əsassızdır. Turan NED-dən heç bir maliyyələ almayıb və göstərilən dövrdə bu qurum tərəfindən maliyyələşdirilməyib”, – Agentlik bildirir.

Əlavə olunur ki, məqalədə qeyd edilən maliyyə vəsaitləri ilə bağlı iddialar da əsassızdır:

“Məqalədə 2024-cü ildə “Turan” Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən 18,771 manat alındığı qeyd olunub. Müəlliflər həmçinin “Turan”ın Çexiyanın hərbi attaşesindən 68,946 manat aldığını və bu vəsaitin “abunəlik” adı altında gizlətdiyi barədə iddia irəli sürüb. Yazırlar ki, 2023-cü ildə Turanın gəliri 600,000 manatdan çox olub və bunun əhəmiyyətli hissəsi Avropa səfirlikləri və fondları, o cümlədən Avropa Demokratiya Fondu (EED), USAID və Qərb kəşfiyyat xidmətləri ilə əlaqəli strukturlardan daxil olub. Yazılanlar açıq şəkildə saxtakarlıq və böhtandır. Agentliyin gəliri qeyd olunan məbləğdən dəfələrlə az olub və yalnız informasiya məhsullarının satışı nəticəsində formalaşıb. “Turan” bu strukturlardan heç bir maliyyə almayıb”.

“Avropa Demokratiya Fondunun (EED) guya 2022-ci ildə agentliyə analitik materialların hazırlanması üçün 120 min avro ayırdığı iddiası tamamilə yalandır. EED heç vaxt “Turan”ı maliyyələşdirməyib. Məqalədə bildirilir ki, Fransa strukturları “Turan”ı fəal şəkildə dəstəkləyib, xüsusilə 2021-ci ildə agentlik “Mediazona” fondundan 50,000 avro alıb. Bu da növbəti saxta iddiadır- “Turan” “Mediazona” və ya oxşar qurumlardan heç vaxt maliyyə almayıb” , – bəyanatda deyilir.

Bildirilir ki, “Day.Az” fevralın 18-də yaydığı məqalədə “Turan”ın xidmətlərinin satışından əldə etdiyi qanuni gəliri “xarici maliyyələşmə” kimi təqdim etməyə çalışıb:

“Məqalədə 2020-2024-cü illər arasında “Turan”ın guya xaricdən 180,596 manat aldığı qeyd edilir və bu, xarici müdaxilənin sübutu kimi təqdim olunur. Lakin, əslində, bu agentliyin xəbər və analitik materiallarının satışından əldə etdiyi qanuni kommersiya gəlirləridir. “Turan”ın bank hesabına daxil olan bütün vəsaitlər tam şəffafdır və Azərbaycan qanunvericiliyinin tələblərinə tam uyğundur. Bu, dövlət tərəfindən maliyyələşdirilməyən yeganə müstəqil informasiya agentliyi olan “Turan”a qarşı məqsədyönlü hücumdur. “Day.Az” “Turan”ın mövqeyini öyrənmədən bu cür ciddi ittihamları dərc etməklə “Media haqqında” qanunu və jurnalist etikası prinsiplərini pozub”.

“Turan” “Media haqqında”qanuna uyğun olaraq “Day.Az”-dan cavab hüququnun təmin edilməsini və bu bəyanatı saytında dərc etməsini tələb edib.

“Biz agentliyin nüfuzunu qorumaq üçün hüquqi addımlar atmaq hüququmuzu özümüzdə saxlayırıq”, – bəyanatda qeyd edilib.

“Turan” İnformasiya Agentiyi 2025-ci il fevralın 13-də fəaliyyətini dayandırması barədə açıqlama yayıb.

Agentliyin direktoru Mehman Əliyev maliyyə çətinlikləri ilə üzləşdiklərini bildirib.

“Turan” 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən Bakıda yaradılıb.

Agentlik xəbərlər, Azərbaycanla bağlı analitik məqalələr və icmallar hazırlayır. İnformasiya məhsulları siyasət, iqtisadiyyat, energetika, maliyyə, kommunikasiya, market, qanunvericilik, din, mədəniyyət, idman, fotomaterillar, məlumat və arxiv materiallarından ibarət bloklar şəklində təqdim olunur.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Araşdırma

16-02-2025, 20:26

Mehman Əliyev Turan İA bağlanmasından danışdı

Gündəm / Siyasət / Sosial / Araşdırma

13-02-2025, 18:50

Tutan informasiya agentliyi bağlandı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

4-02-2025, 00:32

Məhkəmə Hafiz Babalanın Qafqazinfo.az saytına qarşı iddiasına baxmır

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma / foto

30-01-2025, 00:44

Medianın İnkişafı Agentliyi daha bir xəbər saytın bloklanmasını istəyib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

5-09-2024, 01:31

ABŞ Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı ATƏT-in rəyi ilə razıdır

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

10-08-2024, 01:04

Məhkəmə Hafiz Babalının ATV telekanalı ilə məhkəmə çəkişməsi prosesinə baxıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

10-01-2024, 05:35

Jurnalist Hafiz Babalı hökumətyönlü KİV-lərdən onu nüfuzdan salan məlumatları təkzib etməyi tələb edir

Gündəm / Sosial

21-11-2022, 22:49

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir!

Gündəm / Siyasət

20-10-2022, 23:19

Türk dünyası "Turan"-nın güclü liderləri

Gündəm / Siyasət

13-10-2022, 17:38

İstəsəniz də, istəməsəniz də "Turan" qurulacaq!

Siyasət

3-02-2022, 08:34

Ermənilər bizi “Böyük Turan”la qorxudur, özləri isə...

Son xəbərlər
  • Bugün, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • Bugün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • Bugün, 01:11
    Qarabağ FK yeni futbolçu aldı
  • Dün, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • Dün, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • Dün, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • Dün, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • Dün, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • Dün, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • Dün, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • Dün, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • Dün, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • Dün, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • Dün, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • Dün, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • Dün, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • Dün, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • Dün, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • Dün, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • Dün, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
  • 30-01-2026, 17:53
    AŞPA-nın qış sessiyası başa çatıb
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
27-01-2026, 19:31
Strasburqda Türkiyə mədəniyyətinə həsr olunmuş möhtəşəm sərginin rəsmi açılışı keçirilib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə