USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
[
ABŞ 1 sentyabrda Azərbaycanda keçirilmiş və müstəqil müşahidəçilərin “rəqabətsiz müsabiqə" adlandırdığı parlament seçkilərini Çərşənbə günü tənqid edib. Bu barədə TURAN-ın Vaşinqton müxbiri məliumat verir.
“Biz Sentyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı ATƏT-in missiyasının hesablamaları və narahatlığı ilə bölüşürük", - Dövlət Departamentinin sözcüsü Met Miller gündəlik mətbuat konfransında TURAN-ın suallarına cavabda deyib.
"Biz Azərbaycanı ATƏT-in əvvəlki və sonrakı tövsiyələrini yerinə yetirməyə və ölkənin Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq əhalinin əsas azadlıqlarını təmin etməyə çağırırıq" sözçü deyib.