USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Norveç Qəzetində Toplum TV-yə Dəstək: “Avtoritar ölkədə mətbuat azadlığı adına qeyd ediləcək çox şey yoxdur”

Gündəm / Siyasət / Araşdırma

3-05-2025, 21:13

Norveç Qəzetində Toplum TV-yə Dəstək: “Avtoritar ölkədə mətbuat azadlığı adına qeyd ediləcək çox şey yoxdur”
3 may – Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə Norveçin “Narvesen” şirkətinin təşəbbüsü və Nobel Sülh Mərkəzi ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “The Forbidden Times” qəzetində Azərbaycanın müstəqil media platforması olan Toplum TV-yə həsr olunmuş geniş məqalə dərc edilib.

“Avtoritar ölkədə mətbuat azadlığı adına qeyd ediləcək çox şey yoxdur” başlıqlı məqalədə Azərbaycanda mətbuat azadlığının vəziyyəti, müstəqil jurnalistlərin üzləşdiyi təzyiqlər və xüsusilə “Toplum TV”nin hədəfə alınması ətraflı şəkildə təqdim olunub. Məqalə anonim jurnalistlər tərəfindən hazırlanıb və həmrəyliyin bir forması olaraq beynəlxalq oxuculara Azərbaycan reallığını çatdırmaq məqsədi daşıyır.

Məqalədə vurğulanır ki, Azərbaycanda ənənəvi media resursları hökumətin ciddi nəzarəti altındadır və müstəqil jurnalistika ilə məşğul olmaq həyati risklər daşıyan bir fəaliyyətə çevrilib. “Toplum TV” bu mənada simvolik nümunə kimi təqdim olunur – ofisi bağlanmış, əməkdaşları həbs edilmiş, bir çox jurnalisti ölkəni tərk etmək məcburiyyətində qalmış media qurumu olaraq.

Məqalədə bildirilir ki, Azərbaycan hakimiyyətinin 2023-cü ildən etibarən daha da sərtləşən repressiv siyasəti nəticəsində hazırda təxminən 25 müstəqil jurnalist həbsdədir və onlardan 8 nəfəri birbaşa “Toplum TV” işi çərçivəsində saxlanılıb.

Xatırladılır ki, 2023-cü ilin martında “Toplum TV”nin Bakıda yerləşən ofisinə reyd təşkil olunub və əməkdaşları saxlanılıb. Sonradan azadlığa buraxılan şəxslər olsa da, 8 jurnalist barəsində ilkin olaraq qaçaqmalçılıq, daha sonra isə vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ağırlaşdırılmış ittihamlarla cinayət işi açılıb.

Qəzetdə prezident İlham Əliyevin rejiminin tənqidçiləri hədəfə aldığı, onları “dövlət düşməni” və “anti-Azərbaycan qüvvələrinin əlaltısı” kimi təqdim etdiyi qeyd olunur. Məqalədə deyilir: “Hökumətin məqsədi açıqdır – tənqidi səsləri boğmaq, yeni jurnalistlərin bu peşəyə gəlməsinə mane olmaq və medianı tam nəzarət altına almaq.”

Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədlinin boğazında onkoloji şiş olması və bu səbəbdən ev dustaqlığına buraxılması tələbi ilə etdiyi çıxış da məqalədə yer alıb. O, məhkəmədə belə deyib: “Bu, mənim yaşamaq hüququmla bağlıdır. İş artıq başa çatıb. Mənim azadlıqda ola-ola məhkəməyə gəlməyimə nə mane ola bilər?”

Toplum TV-nin tarixinə də toxunulan yazıda, qurumun 2016-cı ildə Demokratik Təşəbbüslər İnstitutu çərçivəsində yaradıldığı və daha sonra müstəqil fəaliyyətini davam etdirdiyi qeyd olunur. Məqalədə Toplum TV-nin peşəkar jurnalistikanın prinsiplərinə sadiq qalaraq minlərlə obyektiv və qərəzsiz material dərc etdiyi bildirilir.

Sonda isə qeyd olunur ki, Toplum TV təqiblərə və təzyiqlərə baxmayaraq fəaliyyətini ölkə xaricində olan jurnalistləri ilə davam etdirir. “Biz kiçik bir komanda olsaq da, insanlara doğru xəbəri çatdırmaq üçün əlimizdən gələni edirik. Susmayacağıq,” – deyə Toplum TV əməkdaşları məqalədə vurğulayır.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

3-05-2025, 19:32

Jurnalist Teymur Kərimov və Nurlan Libre “Ümumdünya Mətbuat Azadlığı Günü”-də aclıq aksiyasına başladı

Gündəm / Siyasət / Sosial / Araşdırma

3-05-2025, 19:10

Telefonlarına Zəng Çatmayan Jurnalistlərdən Oxuculara Müraciət: “Bir gün o telefonlar açılacaq”

Gündəm / Siyasət / Sosial / Araşdırma

3-05-2025, 19:02

3 May – Beynəlxalq Mətbuat Azadlığı Günü qeyd olunur

Gündəm / Siyasət / Hadisə / Araşdırma

3-05-2025, 01:55

Azərbaycan “Mətbuat azadlığı” indeksində 167-ci yerdə: Dünya sıralamasında son sıralarda

Gündəm / Siyasət / Sosial / Araşdırma

24-04-2025, 14:44

“Toplum TV işi” üzrə növbəti məhkəmə olacaq

Gündəm / Siyasət / Sosial / Araşdırma

10-02-2025, 00:25

Toplum TV fəaliyyətini artıq xaricdə davam etdirəcək

Gündəm / Sosial / Hadisə / Araşdırma

4-05-2024, 08:57

Mətbuat Azadlığı Günündə Co Bayden həbsdə olan bütün jurnalistlərin dərhal azad olunmasına çağırıb

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

9-03-2024, 13:39

Amnesty İnternational: “Hakimiyyət müstəqil mediyanı hədəfə almağı dayandırmalıdır”

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

9-03-2024, 13:35

Frank Şvabe: “Toplum TV-yə hücum Azərbaycanda müstəqil mediaya qarşı təhdid kampaniyasının davamıdır”

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

8-03-2024, 18:35

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Azərbaycan hakimiyyətini həbs olunmuş jurnalistləri azad etməyə çağırıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

8-03-2024, 10:19

Aİ rəsmi Bakını ifadə azadlığının təmin olunmasına çağırır

Gündəm / Siyasət / Sosial / Araşdırma

31-01-2024, 14:39

Hakimiyyət özlərinə məxsus saytlarda müstəqil mediya və vətəndaş cəmiyyəti arasında cəsus axtarışındadır

Son xəbərlər
  • Dün, 21:07
    Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanılıb
  • Dün, 21:06
    Şabranda məktəbdə ər arvadını bıçaqlayıb
  • Dün, 21:04
    Ramiz Mehdiyevin məhkəməsi onlayn keçirilib
  • Dün, 21:03
    Prezident Ramiz Mehdiyevi Təhlükəsizlik Şurasının üzvlüyündən qovuldu
  • Dün, 21:01
    Gəncədə yol qəzası — piyada xəsarət alıb
  • Dün, 14:21
    Qanunsuz orden və medal hazırlayan QHT rəhbərləri cinayət məsuliyyətinə cəlb olundu
  • 17-10-2025, 21:23
    Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
  • 17-10-2025, 21:21
    Tahir Kərimli: “Ramiz Mehdiyevlə ömrümdə bir dəfə rastlaşmışam”
  • 17-10-2025, 16:09
    Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
  • 17-10-2025, 16:03
    İlham Əliyevin “Tərəqqi” medalı ilə təltif etdiyi diaspora rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
  • 17-10-2025, 13:30
    Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb
  • 17-10-2025, 13:28
    Taksi sürücüləri üçün növbəti imtahan noyabrda keçiriləcək
  • 17-10-2025, 12:39
    “AzerGold” QSC 5-ci “Rebuild Karabakh” sərgisində iştirak edib
  • 17-10-2025, 10:47
    Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
  • 16-10-2025, 18:38
    Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanılıb
  • 16-10-2025, 18:37
    Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək
  • 16-10-2025, 16:22
    Paşinyan Əliyevin tələbi ilə Konstitusiyanı dəyişməyə hazırlaşır – Sasunyan
  • 16-10-2025, 15:51
    Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək
  • 16-10-2025, 15:47
    Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirib
  • 16-10-2025, 15:45
    Yasamalda iki nəfər güllələnib: vəziyyətləri açıqlanıb
  • 16-10-2025, 15:44
    İlham Əliyev Qazaxıstana səfər edəcək
  • 16-10-2025, 15:43
    Prezident İlham Əliyev Anaklaudia Rossbaxı qəbul edib
  • 16-10-2025, 15:37
    Dələduzluq və oğurluq edən şəxs saxlanılıb
  • 16-10-2025, 15:36
    Sabirabad sakini itkin düşüb
  • 16-10-2025, 13:30
    Saakaşvili: “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu”
  • 16-10-2025, 13:27
    Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
  • 16-10-2025, 13:26
    Ramiz Quliyevlə vida mərasimi keçirilib
  • 16-10-2025, 13:24
    Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanılıb
  • 16-10-2025, 13:23
    Azərbaycanda qatarın ləngiməsinə görə işə gecikənlərə arayış veriləcək
  • 16-10-2025, 13:21
    İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul etdi
  • 16-10-2025, 13:17
    Əli Zeynala yalnız şüşə arxasından görüşə icazə verilib
  • 16-10-2025, 12:31
    Zakir İbrahimov “Boston Consulting Group”un regional direktoru ilə görüşüb
  • 15-10-2025, 20:29
    Deputatlar Ramuz Mehdiyevi baltalamağa başladılar
  • 15-10-2025, 18:17
    Ramiz Mehdiyevin qızı Bakı Dövlət Universitetində vəzifə tutur
  • 15-10-2025, 16:56
    Avropa Məhkəməsi Azərbaycanda həbsdə olan jurnalistin xeyrinə qərar verib
Daha çox
Çox oxunanlar
12-10-2025, 16:18
Prezident İlham Əliyev İspaniya Kralını təbrik etdi
12-10-2025, 23:07
Fərid İsmayılov aclıq aksiyasını dayandırıb
14-10-2025, 00:59
Azərbaycan səfərdə Ukrayna millisinə məğlub oldu
12-10-2025, 23:03
Rəsul Quliyevin ailə üzvləri 30 il sonra Bakıda
12-10-2025, 23:06
Prezident İlham Əliyev Misirə səfər edib
13-10-2025, 16:57
Həbsdə olan jurnalist Ülviyyə Əliyə anası ilə görüşməyə icazə verilməyib
Müsahibə
11-06-2025, 21:40
68 Milyonluq Korrupsiya: Dövlət Gömrük Komitəsinin Yeni İnzibati Binasi
19-04-2025, 15:04
Saytımıza son iki ildə 5-ci hücum olunub
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
15-01-2025, 10:50
Deputat Elnam Nəsirov xaricdə yaşayan siyasi mühacirləri, jurnalist və blogerləri ölüm ilə hədələdi
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
Araşdırma
17-10-2025, 21:23
Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
17-10-2025, 10:47
Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
16-10-2025, 13:17
Əli Zeynala yalnız şüşə arxasından görüşə icazə verilib
15-10-2025, 16:56
Avropa Məhkəməsi Azərbaycanda həbsdə olan jurnalistin xeyrinə qərar verib
15-10-2025, 14:32
Ramiz Mehdiyevin varidatı haqqında məlumatlar yayıldı
14-10-2025, 22:02
Ramiz Mehdiyev həbs olundu
Sosial
Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb
Taksi sürücüləri üçün növbəti imtahan noyabrda keçiriləcək
Ramiz Quliyevlə vida mərasimi keçirilib
Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanılıb
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə