USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

KİV haqqında qanun: Azərbaycan Respublikasında kütləvi informasiya azaddır.

Gündəm / Sosial

14-12-2021, 21:20

KİV haqqında qanun:  Azərbaycan Respublikasında kütləvi informasiya azaddır.

Maddə 1. Kütləvi informasiya azadlığı

Azərbaycan Respublikasında kütləvi informasiya azaddır.

Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onlardan istifadə, onların idarə olunması, kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyində nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz.

,.......................

Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ

Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.

Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər.

İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.

Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.

...............................

Maddə 46. Jurnalistin hüquqları
Jurnalistin aşağıdakı hüquqları vardır:

1) informasiya axtarmaq, toplamaq, hazırlamaq, istehsal etmək və yaymaq;

2) öz peşə vəzifəsini yerinə yetirmәsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə, idarə, müəssisə və təşkilatlara, ictimai birliklərə, siyasi partiyalara, vəzifəli şəxslərə müraciət etmək və ya sorğu vermək;

3) qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, hər hansı faktı hər vasitə ilə, o cümlədən audiovizual vasitələrdən və kino-foto çəkilişindən istifadə etməklə qeydə almaq;

4) əqidəsinə zidd olan məlumat və materialları hazırlamaqdan və öz imzası ilə dərc etdirməkdən imtina etmək;

5) redaktə zamanı, onun fikrincə, məzmunu təhrif olunmuş məlumat və materiallardan öz imzasını çıxarmaq;

6) baş redaktorun (redaktorun) və ya redaksiyanın verdiyi tapşırıq qanunun pozulması ilə əlaqədar olduqda belə tapşırıqdan imtina etmək;

7) hazırladığı materialı öz imzası, təxəllüsü ilə, yaxud imzasız dərc etdirmək;

8) jurnalist vəsiqəsini təqdim etməklə qəza, təbii fəlakət zonalarında, fövqəladə vəziyyət elan olunmuş yerlərdə, mitinqlərdə və nümayişlərdə olmaq;

9) öz imzası ilə dərc edildiyi materiallarda şəxsi fikir söyləmək və qiymət vermək;

10) qanunla qorunan sirlər istisna olmaqla, sənəd və materiallarla tanış olmaq, onların surətini çıxarmaq.

Jurnalist həmçinin Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər hüquqlardan da istifadə edə bilər.

...,....................

Maddə 47. Jurnalistin vəzifələri
Jurnalistin aşağıdakı vəzifələri vardır:

1) əmək münasibətlərində olduğu kütləvi informasiya vasitəsi redaksiyasının nizamnaməsinə riayət etmək, onun fəaliyyət proqramını həyata keçirmək;

2) ona verilən informasiyanın doğru-dürüstlüyünü yoxlamaq;

3) informasiya ilk dəfə elan edilirsə, onu vermiş şəxslərin kimliyini göstərib-göstərməmək barədə onların xahişlərini yerinə yetirmək;

4) hazırladığı xəbər və materialların yayılması ilə əlaqədar irəli sürülə biləcək iradlar və qanunla nəzərdə tutulmuş digər tələblər barədə baş redaktorla (redaktora) məlumat vermək;

5) öz imzası, imzasız və ya təxəllüslə doğru-dürüstlüyü təsdiq olunmamış, yaxud böhtan və təhqir xarakterli informasiya və materialları yaymamaq;

6) dərc etdirdiyi (efirə verdiyi) mətnlərdə peşə etikasına riayət etmək, dövlətin, vətəndaşların və təşkilatların şərəf və ləyaqətinə, qanuni mənafelərinə hörmətlə yanaşmaq;

7) peşə fəaliyyətini həyata keçirərkən təşkilatlarda, müəssisələrdə və rəsmi tədbirlərdə tələb olunduqda, redaksiya vəsiqəsini və ya şəxsiyyətini, jurnalist səlahiyyətini təsdiq edən digər sənədi göstərmək;

8) vətəndaşlardan, vəzifəli şəxslərdən, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin nümayəndələrindən, siyasi xadimlərdən məlumat alarkən audio-video vasitələrdən və kino-foto çəkilişindən istifadə etmək barədə onların razılığını almaq;

9) vətəndaşın şəxsi həyatı haqqında məlumat yaymaq barədə onun özündən və ya qanuni nümayəndəsindən icazə almaq (ictimai maraqları müdafiə etmək üçün lazım olan hallardan başqa);

10) informasiyanın, yaxud onun mənbəyinin məxfiliyini gözləmək.

11) öz məlumatlarında konkret iş üzrə məhkəmə baxışının nəticələrini qabaqcadan müəyyən etməmək, yaxud qətnamə və ya hökm qanuni qüvvəyə minənədək məhkəməyə başqa tərzdə təzyiq göstərməmək;

Jurnalist həmçinin Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər vəzifələr də daşıyır.
,......................

Qanun haqqında ətraflı məlumat

www.e-qanun.az/framework/30#_ednref64

Paylaş:
Digər xəbərlər

Siyasət / Sosial

14-12-2021, 17:13

Parlament yeni “Media haqqında” qanun layihəsi 1-ci oxunuşda qəbul edildi.

Sosial

23-07-2021, 10:07

Bu gün Vüqar Səfərlinin məhkəməsi başlayır

Sosial

22-07-2021, 17:51

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir

Sosial

9-07-2021, 08:02

Dövlət Komitəsi müsabiqəyə sənəd qəbulu elan edir

Gündəm / Sosial

25-06-2021, 11:45

Xəzər dənizində balıqlar kütləvi şəkildə tələf olur.

Sosial

8-06-2021, 13:55

MEDİA müsabiqə elan etdi

Sosial

4-05-2021, 08:20

Azərbaycanın bir qrup dini icma üzvünün Kəlbəcərə səfəri başlayıb

Sosial

8-02-2021, 00:07

Bakıda metronun açılması xəbərinə aydınlıq gətirildi - RƏSMİ

Gündəm

21-01-2021, 22:11

Azərbaycanda kütləvi vaksinasiyaya start verildi

Gündəm

17-07-2020, 12:00

“Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər” - Prezident İlham Əliyev

Gündəm

11-06-2020, 09:00

Vüqar Səfərlinin həbsinə TƏDARÜK GEDİR - Hesablama Palatası KİVDF ilə bağlı Baş Prokurorluğa müraciət etdi

Gündəm

4-04-2020, 16:59

İlham Əliyev Vüqar Səfərlini vəzifəsindən azad etdi

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
24-10-2026, 23:24
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
26-10-2026, 20:01
Azad Balayev DTX tərəfindən həbs edilib
27-10-2026, 13:37
Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
28-10-2026, 16:45
Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
28-10-2026, 16:49
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
28-10-2026, 16:42
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə