USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Dövlət Komitəsi müsabiqəyə sənəd qəbulu elan edir

Sosial

9-07-2021, 08:02

Dövlət Komitəsi müsabiqəyə sənəd qəbulu elan edirAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) müsabiqəyə sənəd qəbulu elan edir.

AQUPDK-nin mətbuat xidmətindən bildirilib ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu 2018-ci il 30 dekabr tarixində qəbul edilib və 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 5.3-cü maddəsində qeyd olunub ki, informasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz.

Qanunun 13.1-ci maddəsinə əsasən, yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən ixtisas attestatı almış fiziki şəxslər (ekspertlər) tərəfindən Qanunun 14-cü maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (ekspert təşkilatı) bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edir.

İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertin bilik səviyyəsinin müəyyən edilməsi komitə tərəfindən müsabiqə üsulu ilə həyata keçirilir.

Beləliklə, AQUPDK informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert olmaq istəyən şəxslərə ixtisas attestatının verilməsi üçün müsabiqəyə sənəd qəbulu elan edir.

Müsabiqə 2 mərhələdən, test imtahanından və müsahibədən ibarət olacaq. Test imtahanının keçirildiyi vaxt və yer barədə məlumat 3 (üç) gün əvvəl komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdiriləcək və namizədlərə sifarişli poçt bildirişi və ya elektron qaydada göndəriləcək.

Müsabiqənin proqramı komitənin rəsmi saytında yerləşdirilib.

Müsabiqədə iştirak etmək üçün şərtlər aşağıdakılardır:

- Namizədin işlədiyi hüquqi şəxs (ekspert təşkilatı) bu barədə komitəyə müraciət edir.

- Namizəd pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahəsində ali təhsilə malik olan şəxs olmalıdır.

- Həyat və sağlamlıq əleyhinə ağır və xüsusilə ağır cinayətlər, yaxud şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri və ya ictimai mənəviyyat əleyhinə cinayətlər törətməyə görə məhkum edilmiş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

- İxtisas attestatının verilməsi üçün müraciət edən ekspert təşkilatı yuxarıda qeyd olunmuş tələblərə cavab verən ən azı 3 (üç) ekspert ştatına malik olmalıdır.

- Ekspert təşkilatı qaydaların 1 nömrəli əlavəsində (Keçid 3.) göstərilən müraciət formasını doldurmaqla və aşağıda göstərilən sənədləri əlavə etməklə, elektron qaydada ( z.info-qanun@scfwca.gov.az elektron poçt ünvanına) göndərə bilər.

Paylaş:
Digər xəbərlər

Sosial

14-06-2021, 11:18

Kolleclərə tələbə qəbulu elan edilib

Sosial

9-06-2021, 15:10

Ali məktəb və kolleclərə sənəd qəbulu başa çatdı

Sosial

8-06-2021, 13:55

MEDİA müsabiqə elan etdi

Gündəm / Sosial

7-05-2021, 10:33

MM uşaqların dini etiqada məcbur edilməsinin qadağan olunması barədə layihəni qəbul edib

Gündəm / Siyasət / Sosial / foto

3-03-2021, 15:47

Azərbaycanda ilk dəfə olaraq “İlin Press Fotosu” adlı fotomüsabiqə keçirilir

Sosial

22-02-2021, 00:30

Pensiyaya çıxmaq istəyənlərin nəzərinə...

Gündəm / Siyasət / Sosial

19-02-2021, 16:47

Yaşı 16-dan aşağı olanlar metal tullantılarını təhvil verə bilməyəcək - QƏRAR

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial

8-02-2021, 16:29

Nazirlər Kabineti yeni qərarların izahını verib

Sosial / Təhsil

8-02-2021, 16:13

Təhsil Nazirliyindən direktor olmaq istəyənlərə MÜRACİƏT

Sosial / Hadisə

5-02-2021, 00:53

Qayınatası tərəfindən öldürülüb zibil qabına atılan qadının övladları nəzarətə götürüldü

Gündəm / Siyasət / Sosial

3-02-2021, 18:43

Gənc ailələr, boşanmalar, vətəndaş nikahları - Deputatlar iclasa TOPLANDI

Sosial

20-09-2020, 15:18

Kimlər təhsil haqqı ödəməkdən azaddırlar? - SİYAHI

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə