USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Rəsmi Bakı Borçalı türklərinə niyə sahib çıxmır? - AKTUAL

Siyasət

12-06-2020, 17:11

Rəsmi Bakı Borçalı türklərinə niyə sahib çıxmır? - AKTUALGürcüstanın Borçalı bölgəsində Azərbaycan türklərinə hökumətin təzyiqləri yenidən gündəmin mövzusuna çevrilib. Zaman-zaman müxtəlif əsassız ittihamlarla Borçalıdakı soydaşlarımızı sıxışdıran Gürcüstan hüquq mühafizə orqanları oradakı azərbaycanlı fəalları get-gələ salıb.

Belə ki, bu günlərdə Gürcüstan parlamentinin keçmiş deputatı, “Qeyrət” Xalq Hərəkatının təsisçilərindən olan Zümrüd Qurbanlı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. O, DTX-nın irqi diskriminasiya üzrə apardığı istintaq çərçivəsində sorğu-sual olunub. DTX-ya dindirilmə üçün bir neçə azərbaycanlı ictimai fəal və din xadimi də dəvət olunub. DTX mayın 30-da Kvemo Kartli və Kaxeti bölgələrində azərbaycanlılara qarşı ayrı-seçkiliklə bağlı istintaqa başlayıb.

Son günlərin hadisələri üzrə AYNA-nın suallarını “Qeyrət” Xalq Hərəkatının digər təsisçisi Əlibala Əsgərov cavablandırıb. Beləliklə:

- Onları DTX-da uzun-uzadı sorğu-suala tutub, sonra hamısını sərbəst buraxdılar. İstintaq getdiyi müddətdə onların verdiyi sualların, araşdırmalarının açıqlanmaması haqqında dindirilənlərdən iltizam alıblar. İstintaq bitəndən sonra Gürcüstan DTX özləri açıqlama yayacaqlarını bildirib.
- Birdən-birə bu, hardan qaynaqlandı ki, sizin təşkilat üzvlərini, digər şəxsləri DTX dindirdi? Yayılan məlumatda bildirilir ki, irqi ayrı-seçkilik məsələsi ilə bağlı dindirmədir. Bu adamlar irqi ayrı-seçkilik edəcək hansı addımları ata bilərlər?

- 2017-2018-ci illərdə biz Gürcüstan türkləri olaraq Marneuli rayonunun mərkəzində Nəriman Nərimanovun baxımsız qalmış, bərbad hala düşmüş abidəsinin bərpa-təmir işlərinin aparılması xahişi ilə rayon bələdiyyəsinə müraciət etdik. Müraciətdə Borçalıdan olan bir çox fəalların imzası var idi. Bizim müraciətimiz əsasında Marneuli Bələdiyyəsinin sədri Zaur Darğalı çox az məbləğdə bələdiyyənin büdcəsindən pul ayırdı. Üç həftə ərzində Nərimanovun heykəlinin bərpa edilməsi və ətrafının abadlaşdırılması istiqamətində işlər gördü. Təmir-bərpa başa çatdıqdan sonra Marneulinin yepiskopu çox ultimativ şəkildə rayonun icra başçısına müraciət etdi. İcradan tələb etdi ki, “Nərimanovun abidəsi sökülüb zibilliyə atılmalıdır, Nərimanov kommunist olub, Gürcüstan ərazisində bu ideologiyaya qulluq etmiş şəxslərin xatirəsi əbədiləşdirilə bilməz” və s. Ultimatumunda yepiskop bildirmişdi ki, əks təqdirdə gəlib özləri abidəni sökəcəklər. Nərimanovun heykəlinin sökülməsi məsələsi zaman-zaman gündəmə gəlib. 1990-cı ildən bu yana hər il Nərimanovun heykəlinin sökülməsi məsələsi qaldırılıb, amma yerli camaatın, Borçalı türklərinin etirazına görə, söküntünü həyata keçirə bilmirlər. Yepiskopun 2018-ci ildə müraciəti əsasında abidəni sökmək istəsələr də, yenə də yerli əhali etiraz etdi. Bildirdik ki, yepiskop niyə gedib dini işləri ilə məşğul olmur ki, Nərimanovun heykəlinin götürülməsi üçün canfəşanlıq göstərir.

- Kimlər etirazı təşkil etdi?

- Yerli camaat, ictimai fəallar, bizim “Qeyrət” Xalq Hərəkatının üzvləri. Hərəkatın İdarə Heyətinin üzvü Zümrüd bəy də etiraz edənlərin içərisində idi. O zaman aktivlik nümayiş etdirən fəalların hamısını DTX-ya çağırıb, sorğu-suala tutublar. Guya, biz millətlərarası ədavət yaradırıq, ədavəti qızışdırırıq. Bu ad altında DTX istintaq başladıb, indi də bu çərçivədə araşdırma aparırlar. Bizim fəalların bugünə qədər olan bəyanatlarını, açıqlamalarını əsas götürürlər və bildirirlər ki, “bu cür çağırışların qarşısı alınmalıdır, türklər bəyanat verməməlidirlər” və s. Biz bu hökumətə anlatmaq istəyirik ki, Nərimanov Borçalı türkləri üçün də, Gürcüstan üçün də böyük işlər görüb, burada məktəb yaradıb, Gürcüstanın inkişafında rolu olub. Həm də Nərimanovun abidəsi Marneulidə yaşayan Azərbaycan türklərinin bayramlarda, şənliklərdə, əlamətdar günlərdə üz tutduğu, ziyarət etdiyi yeganə yerdir. O abidə bizim üçün bir istinadgahdır. Ona görə də abidənin sökülməsinə ciddi etiraz edirik. Bu etirazları Gürcüstan DTX istəmir, ona görə də, fəalları incidirlər, get-gələ salırlar. Biz əvvəlcə bunu profilaktik tədbir kimi qəbul etdik. Təbii ki, əgər qızışdırıcılıq, millətlərarası nifaq yaratmaq cəhdləri olarsa, biz də bunun qarşısının alınmasında maraqlıyıq. Amma görünən odur ki, Gürcüstan hökumətinin niyyəti heç də belə deyil. Çünki, qızışdırıcılıq edən gürcülər qalıb kənarda, Azərbaycan türklərini istintaqa cəlb edirlər. Bölgənin söz sahibi olan aktivistlərin sorğu-suala alınmasını gözdağı kimi qəbul edirik. Fəallarımızın bəziləri bunu DTX-nın sorğusunda deyiblər. Bildiriblər ki, “əgər bu, bir gözdağıdırsa, qorxutmaq üçün atılan addımdırsa, çox səhv yoldasınız, biz bu fikrimizdən geri çəkilən deyilik”. Çox şükürlər olsun ki, bu hadisələrə Türkiyənin Gürcüstandakı səfiri Fatma Yazqan reaksiya verdi. O, Türkiyə Cümhuriyyətinin mövqeyini açıqladı, Nərimanovun Atatürklə münasibətlərini unutmadı. Nərimanovun Marneulidəki abidəsi ilə bağlı əllərindən gələni edəcəklərinə söz verdi. Çox təəssüf ki, rəsmi Bakıdan bu günə kimi heç bir reaksiya yoxdur, heç bir dəstək göstərilməyib.

- Azərbaycan tərəfindən Borçalı məsələsində, ümumiyyətlə Gürcüstanla münasibətlərdə arada olan müəyyən problemlərə baxışlar fərqlidir. Bəzi icmalçılar hesab edirlər ki, Gürcüstan məmuriyyətində stabillik yoxdur, bu da problemlərin həllində maneələr yaradır. Məsələn, hansısa məsələdə Gürcüstanın aidiyyəti qurumunun rəhbəri ilə Azərbaycan tərəfindən danışıq aparılır, müəyyən razılaşmalar olur, 3-5 aydan sonra həmin məmur ya vəzifədən uzaqlaşdırılır, ya istefa verir və bununla da razılaşma yarımçıq qalır. Onun yerinə gələn şəxs məsələni incələyir və yenidən danışıq aparmaq, razılaşmaq uzun zaman çəkir. Sizcə, bu faktorun ölkələr arasındakı problemlərin həllində təsirləri varmı?

- Düşünmürəm ki, bu məsələnin rolu var. Çünki, nazir vəzifədən getsə də, razılaşdırılmış sənədlər yerində qalır, itmir ki! Yaxud da, nazir o sənədləri də özü ilə aparmır ki! Məsələ burasındadır ki, rəsmi Bakıdan təəssüflər olsun ki, ciddi etirazı, Borçalı türklərinə ciddi dəstəyi görmürük. Bu gün Borçalı türkləri Azərbaycan dövləti tərəfindən tərk edilmiş vəziyyətdədir. Rəsmilər bir yana, Azərbaycanda fəaliyyətdə olan yüzlərlə ictimai təşkilat var ki, onlardan da heç bir reaksiya yoxdur. Onlarla siyasi partiya var, heç biri bəyanat vermir, Gürcüstan hökumətinə etirazını bildirmir, maraqlanmır. Dövləti başa düşdük, haradasa, ölkələrarası münasibətlər məsələsi səbəbindən ehtiyyatlı davrandığını düşünmək olar. Hərçənd ki, rəsmi Bakı da bunun yolunu tapa bilər, əlində təzyiq rıçaqları var. Bəs, bu təşkilatlar, partiyalar niyə susub? Yenə sağ olsun, Azərbaycan media qurumları var, sizin kimi azsaylı qəzetlər, saytlar var ki, problemlərimizi işıqlandırır, yazır. Buna görə, sizlərə çox minnətdarıq.

Amma bizi ən çox narahat edən qeyri-hökumət təşkilatlarının (QHT) səssizliyidir. Nüfuzlu QHT-lərdən, partiyalardan, heç birindən dəstək görmədik. Dövlətin və təşkilatların bizimlə maraqlanmamağı bir yana, burada məsələ Nəriman Nərimanovun abidəsindən gedir. Prezident İlham Əliyev Nərimanovun 150 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb, yubleyi qeyd ediləcək. Burada isə Nərimanovun heykəlinin dağıdılması üçün millətçi gürcü qrupları bizə meydan oxuyur. Təbii ki, Türkiyə dövləti kimi, Azərbaycan dövləti də məsələyə reaksiya verməlidir. Məsələn, çox istərdim ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sözünü desin. Amma bu günə qədər o Komitədən Gürcüstan azərbaycanlılarına bir dəfə də olsun dəstək göstərilməyib.

- Koronavirus pandemiyası dönəmində də Gürcüstan hökumətinin Borçalıda karantinin ən sərt formasını tətbiq etdiyi haqqında məlumatlar gəlirdi…

- Elə gərginliyin başlanğıcı sərt karantin rejiminin tətbiqi ilə başladı. Gürcüstan hökuməti Marneuli rayonunu “qırmızı bölgə” elan etdi. Amma bunun səbəbi açıqlanmadı. Niyə Marneuli “qırmızı bölgə”dir, burada nə qədər virusa yoluxan var, xəstəlikdən kimlər ölüb – bu suallar açıq qaldı. Heç bir təhlil olmadan, məlumatlandırmadan ən sərt karantin tədbiri gördülər, gecənin bir aləmində “qırmızı bölgə” elan etdilər. İki aydan çox Marneuli camaatı əziyyət çəkdi. Şükürlər olsun ki, rayondan bir ölüm də olmadı, xəstəlikdən ciddi zərər çəkən tapılmadı. O zaman sual olunur: Əgər bura epidemiyanın mərkəzi deyildisə, ciddi vəziyyət yoxuydusa, Gürcüstan hökuməti niyə kamendant saatı tətbiq edib, bizə zülm etdi? Məqsəd koronavirus deyildi, bizə qarşı ikili standartın daha bir nümunəsi idi.

- Dediniz ki, rəhbəri olduğunuz Hərəkatın üzvlərini DTX-ya aparıb sorğu-sual ediblər, amma sizi aparmayıblar. Bundan sonra ehtimal varmı ki, sizi də sorğuya çəksinlər?

- Ehtimal var. İstisna deyil ki, məni də aparıb sorğu-sual etsinlər. Hələ iki həftə istintaq davam edəcək. Bu müddətdə ola bilsin ki, məni də istintaqa cəlb etsinlər.

Paylaş:
Digər xəbərlər

Gündəm

12-06-2020, 13:16

Avropa Parlamentinin Qarabağa çəkilən üçüncü yol haqda bəyanatı Yerevanda şok yaratdı - “TAM İFLASDIR, ÇOX TƏHLÜKƏLİDİR...”

Araşdırma

12-06-2020, 12:57

Nərimanovun heykəli kimlərə rahatlıq vermir: - DTX təxribatın izinə düşüb

Siyasət

26-05-2020, 13:34

Gürcüstanın Baş naziri müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

Siyasət

25-05-2020, 13:40

Gürcüstan XİN-də Ukraynadakı səfirlə məsləhətləşmələr aparılır

Siyasət

8-05-2020, 14:05

Gürcüstan Kiyevdəki səfirini geri çağırdı

Siyasət

24-04-2020, 17:19

Gürcüstan Ukraynadakı səfirini geri çağırıb - YENİLƏNİB

İqtisadiyyat

14-04-2020, 13:19

Azərbaycan Gürcüstanın əsas neft bitumu tədarükçüsünə çevrilib

Sosial

16-03-2020, 12:09

Mübariz Mənsimov aclığa başladı – YENİLƏNİB

Dünya

29-02-2020, 12:41

Natia Turnava: “Gürcüstan Cənub Qaz Dəhlizi layihəsindən ciddi faydalar əldə edəcək”

Son xəbərlər
  • Dün, 22:02
    Arayik Harutyunyan və daha dörd nəfər ömürlük həbs cəzası aldı
  • Dün, 15:30
    Lənkəran və Astarada məhkəmə qərarları ilə narkotiklər məhv edilib
  • Dün, 15:26
    Epşteyn işi: Qərb demokratiyasının güzgüsü
  • Dün, 15:22
    Ağcabədidə 7 yaşlı uşağın bıçaqlanması ilə bağlı yeniyetmə saxlanılıb
  • Dün, 15:19
    Dəmiryolu keçidlərində iki ağır qəza: bir nəfər ölüb, bir nəfər xəsarət alıb
  • Dün, 15:15
    Daşkəsəndə çətin relyef şəraitində narkotik əməliyyatı: 10 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb
  • Dün, 15:13
    AYNA sərnişindaşıma xidmətinin yaxşılaşdırılması üçün tenderlərə start verib
  • Dün, 14:28
    Arayik Harutyunyan və daha dörd nəfər ömürlük həbs cəzası aldı
  • Dün, 11:00
    Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
  • Dün, 10:58
    Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
  • Dün, 10:55
    Strasburqun Qədim Simvolu – Notr-Dam Kafedralı
  • 4-02-2026, 23:03
    Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub
  • 4-02-2026, 23:00
    Şahbaz Şərif: Pakistan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nailiyyətləri ilə fəxr edir
  • 4-02-2026, 17:04
    Məleykə Abbaszadə: “Təhsil ətrafında süni maneələr yaradan şəxslərin bu sahədən uzaqlaşması arzuolunandır”
  • 4-02-2026, 16:57
    Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
  • 3-02-2026, 19:32
    Sudanlı müharibə reportyoru və haqsız yerə həbs olunan azərbaycanlı jurnalist Free Press Awards 2025 mükafatına layiq görüldü
  • 3-02-2026, 19:13
    Prezidentlər “Sülh Qalxanı-2026” birgə hərbi təlimini izləyiblər
  • 3-02-2026, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • 3-02-2026, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • 2-02-2026, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • 2-02-2026, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • 2-02-2026, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • 2-02-2026, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 2-02-2026, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • 2-02-2026, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • 2-02-2026, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • 2-02-2026, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • 2-02-2026, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • 2-02-2026, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • 2-02-2026, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • 2-02-2026, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • 2-02-2026, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • 2-02-2026, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • 2-02-2026, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • 2-02-2026, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
Daha çox
Çox oxunanlar
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
31-01-2026, 01:04
Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
31-01-2026, 01:02
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 01:00
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
30-01-2026, 12:46
Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
Sosial
Epşteyn işi: Qərb demokratiyasının güzgüsü
AYNA sərnişindaşıma xidmətinin yaxşılaşdırılması üçün tenderlərə start verib
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Məleykə Abbaszadə: “Təhsil ətrafında süni maneələr yaradan şəxslərin bu sahədən uzaqlaşması arzuolunandır”
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə