USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının mayın 9-u və 10-da keçirdikləri əməliyyat tədbirləri zamanı ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.
Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, müsadirə olunan narkotik vasitələr arasında 4,1 kiloqramdan artıq heroin, 12,5 kiloqramdan çox marixuana, 7,2 kiloqrama yaxın metamfetamin və 1,2 kiloqrama yaxın həşiş olub.
Bundan əlavə, əməliyyatlar zamanı 654 ədəd metadon həbi də aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.