
Daxili İşlər Nazirliyinin məlumatına görə, Binəqədi rayonunda yerləşən şirkətlərdən birində oğurluq hadisəsi baş verib.
Naməlum şəxslər axşam saatlarında şirkət ərazisindən 539 metr uzunluğunda elektrik naqilini talayıblar. Hadisə nəticəsində zərərçəkənə 7 min manat məbləğində maddi ziyan dəyib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Babayev və 27 yaşlı Ş.Şahbazov saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən olunub ki, saxlanılan şəxslər bir müddət əvvəl həmin şirkətdə çalışıblar və işdən ayrıldıqdan sonra oğurluq planı hazırlayıblar. Onların oğurladıqları elektrik naqilini daha sonra əlvan metal qəbulu məntəqəsinə satdıqları bildirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.