USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Həmsədrlər Ermənistanı işğalçı ölkə kimi cəzalandırmaq əvəzinə, onu himayə etdilər"

Siyasət

28-09-2021, 16:42

Bunu aşıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

Dövlət başçımız istər BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında, istər “Anadolu” xəbər agentliyinə müsahibəsində, istərsə də 27 sentyabr Anım Günü ilə bağlı xalqa müraciətində Ermənistanın təcavüzkar mahiyyətini və beynəlxalq hüquqa qarşı quldur dövlət kimi davranmasını xüsusi olaraq vurğulayıb:

“Ermənistan qəbul olunmuş beynəlxalq qətnamə və qərarlara məhəl qoymamaqla, 30 il işğal siyasəti yürüdərək Azərbaycan torpaqlarını talan etməkləbir dövlət olaraq öz “qanundankənar” mahiyyətini və təcavüzkar mövqeyini nümayiş etdirdi, beynəlxalq hüquqa qarşı sayğısızlıq və saymazyanalıq göstərdi. Azərbaycan bu illər ərzində münaqişənin sülh yolu ilə həllinə daim sadiqlik nümayiş etdirsə də, lakin Ermənistan tərəfi mütəmadi təxribatlar törədərək işğalın ömrünü uzatmağa, “status kvo”nu qoruyub saxlamağa çalışırdı. Köçəryan-Sarkisyan rejimindən mahiyyətcə heç nə ilə fərqlənməyən Paşinyanın siyasəti 2018-ci ildən sonra danışıqları ümumiyyətlə “dalan”a dirədi. Ermənistanın yeni rəhbərliyi danışıqlar prosesini əngəlləyəcək avantürist bəyanatlarla çıxış etməyə, “yeni müharibə, yeni ərazilərin işğalı” doktrinasını ortaya atıb, yeni ərazilər işğal etmək xülyasına düşdülər.

Ümumiyyətlə, ötən 30 il ərzində biz beynəlxalq hüququn Ermənistan tərəfindən daim çeynənməsinin, kobudcasına tapdalamasının şahidi olduq. Ermənistan beynəlxalq hüquqa qarşı nümayiş etdirdiyi yolverilməz münasibətilə əslində ilk növbədə Azərbaycana qarşı deyil, beynəlxalq hüququ yaradan və qorumalı olan dünya birliyinə, xüsusilə Birləşmiş Millətlər Təşkilatı və bu təşkilatın Təhlükəsizlik Şurasının 5 daimi üzvünə, eləcə də ATƏT-in Minsk Qrupuna meydan oxudu. Ermənistanın Azərbaycana qarşı təcavüzkar, işğalçı siyasətini pisləyən qərar və qətnamələrin heç biri icra olunmadı, kağız üzərundə qaldı, əksinə işğal olunmuş ərazilərdə Ermənistan qanunsuz əməllər, narkoticarət, erməni vandalizmi həyata keçirildi”.

Partiya sədrinin sözlərinə görə, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışında və “Anadolu” agentliyinə müsahibəsində torpaqlarımızın nəyə görə 30 il Ermənistanın işğalı altında qalmasının səbəbləri və günahkarları üzərində geniş dayandı və bu məsələni dünyaya təhdid yaradan beynəlxalq riyakarlıq fonunda dəyərləndirdi , “ikili standartlar”ın hazırkı qlobal münasibətlər sistemi üçün ciddi təhdidlər yaratdığını xüsusi olaraq vurğuladı: “BMT kürsüsündən dünya ictimaiyyətinin diqqətinə çatdırıldı ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu ötən illər ərzində təcavüzkara qarşı beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn heç bir kəsərli addımlar atılmayıb və təcavüzkara qarşı beynəlxalq sanksiyalar tətbiq edilməyib. Bütün bunlar isə son nəticədə işğalın 30 ilə yaxın davam etməsinə zəmin yaradıb. BMT Təhlükəsizlik Şurasının üzvləri bu illər ərzində özlərinin qəbul etdikləri məlum qətnamələrin icrası üçün heç bir addım atmayıblar, əksinə, təcavüzkara qarşı heç bir tədbir həyata keçirməməklə işğalın və talanların, ekoloji soyqırımının, maddi-mədəniyyət abidələrimizə qarşı erməni vandalizminin davam etməsinə bir az da rəvac veriblər”.

ATƏT-in Minsk Qrupunun mövqeyi və fəaliyyəti (daha doğrusu, fəaliyyətsizliyi) isə ümumiyyətlə, bağışlanmaz idi. Belə ki, bu qrup mövcud olduğu dövr ərzində keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin dinc yolla çözülməsi istiqamətində və beynəlxalq hüququn norma və prinsiplərinin təmin edilməsi yönündə heç bir ciddi irəliləyişə nail ola bilmədi.

Həmsədrlik institutu sanki münaqişənin həlli üçün yox, əksinə, həll edilməməsi üçün, münaqişənin konservasiya olunub həllinin mümkün qədər uzadılması üçün yaradılmışdı. Həmsədrlər açıq şəkildə riyakar, ikiüzlü siyasət yürüdərək işğalçı Ermənistanın qeyri-konstruktiv addımlarının davam etməsinə və münaqişənin həllinin uzadılmasına, mənfur “status-kvo”nun qorunub saxlanılmasına kömək edirdilər. 1992-ci ildə yaradılan Minsk Qrupu bu illər ərzində istər BMT Nizamnaməsinə və BMT Təhlükəsilzik Şurasının müvafiq qətnamələrinə, istərsə də ATƏT sədrinin onlara verdiyi xüsusi mandatın tələblərinə hörmətsizlik etdi, saymazyanalıq göstərdi:

“Həmsədrlər Ermənistanı işğalçı ölkə kimi sanksiyalara məruz qoymaq, cəzalandırmaq əvəzinə, onu himayə etdilər, "Həmsədrlər Ermənistanı işğalçı ölkə kimi cəzalandırmaq əvəzinə, onu himayə etdilər"bəslədilər. Əgər işğalçı ölkəni sülhə məcbur etməli olan belə bir mötəbər beynəlxalq qurum beynəlxalq hüququn aliliyinin təmin olunmasına bu cür etinasızlıq göstərir və “ikili standart”lar siyasətindən çıxış edirsə, o zaman işğalçı ölkənin özündən vicdanlı və dürüst davranış gözləmək də tamamilə absurd məsələyə çevrilir. Azərbaycan Prezidenti dünya birliyinin, o cümlədən BMT Təhlükəsizlik Şurasının üzvlərinin və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin bu cür “ikili standartlar” siyasəti yürütməsini bütün çıxışlarında vurğulayıb və onları daim təcavüzkarı cəzalandırmağa çağırıb. Ancaq istər həmsədrlər, istərsə də beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətinə son qoymaq əvəzinə, bir qayda olaraq həmişə Azərbaycana qarşı təzyiq göstərməyə, Azərbaycan xalqını işğal faktı ilə barışdırmağa çalışıblar. Xalqımız düz 30 il Ermənistanın mənfur işğalçılıq siyasətinə və həmsədrlərin, beynəlxalq təşkilatların riyakarlığına dözdü”.

Lakin Azərbaycan xalqının səbri limitsiz deyildi. Nə xalqımız, nədə ki dövlətimiz təbii ki, beynəxalq təşkilatların bu cür rüsvayçı riyakarlığı və Ermənistanın işğalçılıq faktı ilə barışa bilməzdi.

Odur ki, Azərbaycan Prezidenti İlham Əliyev son 17 il ərzində bir yandan diplomatik müstəvidə gərgin mübarizə aparıb Ermənistanın işğalçı siyasətini ifşa etməklə və dostlarımızın, müttəfiqlərimizin sayını artırmaqla məşğul oldusa, digər yandan isə Azərbaycanın iqtisadi qüdrətinin artması və ordu quruculuğu istiqamətində böyük işlər gördü. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, milli hərbi sənayenin yaradılması və s. addımlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsi idi. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu.

Ordumuz döyüş hazırlığına görə MDB məkanında da ön sıralara çıxmışdı. Beləliklə, ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişikliklər gələcək qələbəmiz üçün əsaslı zəmin yaratdı. İlham Əliyevin ordunun modernləşdirilməsi və gücləndirilməsi taktikası düzgün seçilmiş taktika idi. Bu həqiqət zamanla da özünü təsdiqlədi. Bir il bundan öncəki reallıqlar İlham Əliyevin ordumuzun döyüş gücünün və hərbi-texniki potensialının artırılmasını prioritetə çevirməsinin müdrik seçim olduğunu göstərdi. Azərbaycan Prezidenti beynəlxalq hüququn sadəcə kağız üzərində mövcud olduğunu, realda isə işləmədiyini vaxtında dərk etdiyi üçün Azərbaycan Silahlı Qüvvələrini ardıcıl surətdə ədalətin bərpa olunacağı günə hazırladı:

“Cənab Prezidentin də müsahibə və çıxışlarında dəfələrlə qeyd etdiyi kimi 44 günlük müharibənin gedişində Azərbaycan Ordusunun davranışları, Ermənistan ordusundan fərqli olaraq dinc əhaliyə toxunulmaması, hərbi əsrlərə qarşı humanist münasibət göstərilməsi, müharibə qanunlarına tam əməl olunması ölkəmizin beynəlxalq hüquqa sadiqliyini bir daha hər kəsə əyani olaraq göstərdi. Bundan fərqli olaraq Ermənistan isə danışıqlar prosesində olduğu kimi, müharibə vaxtında da müxtəlif təxribatlara əl atdı, dinc əhalini hədəfə çevirdi, gecə vaxtı cəbhədən xeyli uzaqda yerləşən şəhərlərimizə qadağan olunmuş raketlərlə zərbələr endirdi. Beləliklə, Ermənistan hətta müharibənin gedişində də beynəlxalq hüququ ayaqlar altına atdı, dövlət kimi yox, əsl terrorçu qruplaşma kimi davrandı.

Lakin Ermənistan dövlətinin bütün hərbi və mülki cinayətlərinə, eləcə də Fransa başda olmaqla bəzi dünya dövlətlərinin ədalətsiz davranışlarına baxmayaraq, biz öz suveren hüquqlarımızı tam bərpa etməyi bacardıq, torpaqlarımızda Ermənistanın faşizm siyasətinin mövcudluğuna son qoyduq. Nəticədə Azərbaycan beynəxalq təşkilatların qətnamə və qərarlarını təkbaşına icra etmiş oldu. Bu bir presedentdir. Azərbaycan bu addımı ilə müsbət mənada presedent yaratdı. Yəni ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır ki, bir ölkə əslində dünya birliyinin yerinə yetirməli olduğu missiyanı özü təkbaşına və həm də uğurla yerinə yetirir.

Bəli, Azərbaycan BMT və ATƏT-in Minsk Qrupunun 30 il ərzində həll edə bilmədiyi (daha doğrusu, həll etmək istəmədiyi, qəsdən dondurduğu) münaqişəni cəmi 44 günə hərbi-siyasi yollarla həll etdi və bununla da həm ərazi bütövlüyümüzün bərpa edilməsinə, həm də tarixi ədalətini bərqərar olmasına nail oldu. Nəticədə isə Cənubi Qafqazda sülhə və sabitliyə daim təhlükə törədən ən böyük münaqişələrdən biri sayılan Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı”.

Dövlət başçımız da bu günlərdə BMT kürsüsündən bütün dünyaya tamamilə haqlı olaraq bir daha bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və Azərbaycanda artıq “Dağlıq Qarabağ” adında inzibati-ərazi vahidi yoxdur. Məhz Azərbaycan Ordusunun rəşadəti və İlham Əliyevin uğurlu sərkərdəliyi sayəsində bu münaqişə kökdən çözüldü, torpaqlarımız erməni faşizminin əsarətindən azad edildi. Azərbaycan Ordusunun və Azərbaycan liderinin bu möhtəşəm Qələbəsi eyni zamanda beynəlxalq hüququ da rüsvayçılıqdan xilas etdi, hüquqi nihilizmə və ədalətsizliyə son qoydu.

Başqa sözlə desək, Azərbaycan 44 günlük müharibədə şanlı Qələbəyə imza atmaqla dünya birliyinə, BMT və ATƏT kimi təşkilatlara, həmsədrlərə sözün əsl mənasında dərs verdi və onların riyakarlığını üzlərinə çırpmış oldu. : “Ümid edirik ki, iqtidarla siyasi qüvvələr arasında sivil münasibətlərin və əməkdaşlığın vacib amili kimi siyasi dialoq və həmrəylik amili bundan sonra da dövlətimiz və cəmiyyətimiz üçün öz vacibliyini qoruyub saxlamağa davam edəcək. Biz indi hətta müharibə günlərindəkindən də daha artıq həmrəy olmalı, milli birlik nümayiş etdirməli, siyasi dialoqa açıq olmalıyıq.

Çünki indi qarşımızda 44 günlük müharibədəki hədəflərimizdən heç də az əhəmiyyət kəsb etməyən yeni hədəflər var. Postmüharibə dövrünün yeni reallıqları bizdən sarsılmaz milli birlik tələb edir. Dünən xalqımızın 27 sentyabrı bütün şəhidlərimizin Anım Günü kimi ehtiramla yad etməsi də sözügedən milli birliyin təzahürü idi. Biz dünən növbəti dəfə milli birlik və ümumxalq ehtiramının təcəssümünü gördük. Xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi 44 gün ərzində olduğu kimi dünən də tarixi Vətəni ilə bir döyünürdü. Bütün soydaşlarımız 44 günlük müharibədə Zəfər qazanmağımıza necə sevindiklərini dünən şəhidlərimizin xatirəsini bizimlə birlikdə anmaqla bir daha nümayiş etdirdilər. Qardaş Türkiyə və Pakistan da eynilə müharibədə olduğu kimi dünən də bizimlə birlikdə idi. Hər iki ölkədə Azərbaycan şəhidlərinin xatirəsi sayğı ilə anıldı. Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə əlaqədar həm paylaşım etdi, həm də Prezident İlham Əliyevə zəng vurdu, kədərimizə də, sevincimizə də hər zaman şərik olduğunu bir daha bəyan etdi”.

Paylaş:
Digər xəbərlər

Siyasət

28-09-2021, 06:59

Ermənistan sülh şərtlərini qəbul etməlidir - Pakistan səfiri

Siyasət

24-09-2021, 09:23

"Ermənistan sərhədlərini qorumaq iqtidarında deyil"

Siyasət

2-09-2021, 12:18

Azərbaycan XİN erməni nazirə cavab verdi

Siyasət

25-08-2021, 12:39

Minsk Qrupunu yenidən “diriltmək” cəhdləri əbəsdir

Siyasət

4-05-2021, 18:28

İran riyakarlıq edir

Siyasət

10-01-2021, 17:33

“Ermənistanı Azərbaycana qarşı təxribata son qoymağa çağırırıq” - XİN

Siyasət

30-10-2020, 13:35

"Biz həmsədrlərdən vicdanlı vasitəçilik tələb edirik"

Siyasət

21-10-2020, 14:19

Ermənistan dövlətinin faşist və terror üzü!

Siyasət

7-10-2020, 16:20

50 siyasi partiya Fransanın Qarabağla bağlı mövqeyini pislədi

Siyasət

7-10-2020, 15:55

Paşinyan Rusiya liderini qıcıqlandırırdı - MHP sədri

Siyasət

23-09-2020, 10:27

İrəvanın təcavüzkar ritorikası BMT-də... – Şərh

Siyasət

22-09-2020, 19:47

"Prezident düşmənə qarşı informasiya savaşını uğurla davam etdirir"

Son xəbərlər
  • Bugün, 00:49
    Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
  • Dün, 23:49
    Polşa XİN rəhbəri Rusiyanın NATO ölkəsinə qarşı təxribat hazırlaya biləcəyini dedi
  • Dün, 23:47
    ABŞ və İran arasında nüvə danışıqları davam edir
  • Dün, 23:45
    DÇ-2026-da pley-off mərhələsi başlayır
  • Dün, 23:40
    İsrail hökuməti erməni soyqırımını tanıdı
  • Dün, 23:37
    İtaliyadan Türkiyəyə qanunsuz göndərilən minlərlə ton tekstil tullantısı aşkarlandı
  • Dün, 14:45
    Medvedev Ermənistana xəbərdarlıq etdi
  • Dün, 14:43
    Bakıda 37 yaşlı kişi bıçaqlandı
  • Dün, 14:40
    Luka Modriç dünya çempionatları tarixinə düşdü
  • Dün, 14:38
    Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat: 409 nəfər saxlanılıb
  • Dün, 14:36
    Ukrayna MiQ-29 qırıcısını itirdi
  • Dün, 14:34
    Fransada isti hava səbəbindən ölüm halları artdı
  • Dün, 14:29
    Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
  • Dün, 01:54
    Rusiya Qərbi “böyük müharibəyə hazırlaşmaqda” ittiham etdi
  • Dün, 01:07
    Almaniyada AfD ətrafında mübahisələr yenidən gücləndi
  • Dün, 01:05
    SBU Rusiyada neft stansiyasına zərbə endirdiyini açıqladı
  • Dün, 01:01
    Rusiya Belarusdan aviasiya yanacağı idxalını kəskin artırdı
  • Dün, 00:59
    Baltik ölkələri Aİ-ni Rusiya neftinə qadağanı sürətləndirməyə çağırdı
  • Dün, 00:55
    Vucic istefa verəcəyini açıqladı
  • Dün, 00:47
    Polşa və Ukrayna arasında yeni gərginlik
  • Dün, 00:42
    Usik bütün çempionluq kəmərlərindən imtina etdi
  • Dün, 00:39
    Ukraynada həlak olan rusiyalı hərbçilərin sayı açıqlandı
  • Dün, 00:33
    Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
  • 27-06-2026, 21:01
    Ötən gün qanunsuz saxlanılan 2 avtomat aşkarlanıb
  • 27-06-2026, 13:36
    AŞPA-dan Azərbaycana sərt qətnamə: jurnalistlər, fəallar və siyasi məhbuslarla bağlı ciddi çağırışlar
  • 27-06-2026, 02:18
    “26 iyun — Azərbaycan Ordusunun şərəf və qürur günü”.
  • 26-06-2026, 23:54
    Vaşinqton və Tehran yeni danışıqlar masasına oturur
  • 26-06-2026, 23:53
    Lukaşenkodan Moskvaya gözlənilməz səfər
  • 26-06-2026, 23:51
    Gürcüstan parlamentində gərginlik yumruq davasına çevrildi
  • 26-06-2026, 23:48
    Rusiya miqrantlar üçün dövlət rüsumlarını kəskin artırır
  • 26-06-2026, 19:45
    AŞPA-da Bakı tək qalmışdı, Ankara isə susmuşdu
  • 26-06-2026, 02:30
    Möhtəşəm aksiya: 7 min türk Strasburqdan dünyaya səsləndi: “Hər kəs üçün ədalət”
  • 26-06-2026, 01:01
    Europe's Unanswered Question: Who Will Make Turkey Obey Its Human Rights Obligations?
  • 25-06-2026, 20:03
    Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
  • 25-06-2026, 18:02
    Müdafiə Nazirliyinin hərbçiləri təltif olunub
Daha çox
Çox oxunanlar
26-06-2026, 01:01
Europe's Unanswered Question: Who Will Make Turkey Obey Its Human Rights Obligations?
26-06-2026, 02:30
Möhtəşəm aksiya: 7 min türk Strasburqdan dünyaya səsləndi: “Hər kəs üçün ədalət”
25-06-2026, 20:03
Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
27-06-2026, 02:18
“26 iyun — Azərbaycan Ordusunun şərəf və qürur günü”.
22-06-2026, 14:44
AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
25-06-2026, 13:44
AŞPA Azərbaycanda tənqidi səslərin susdurulmasını pisləyib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı
Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə