
Azad olunan ərazilərdə sentyabrın 7-dən 13-dək 1348,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında bildirilib.
Məlumata görə, qeyd olunan müddətdə 19 tank əleyhinə mina, 113 piyada əleyhinə mina və 426 digər partlayıcı hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, beş yerli təşkilat və bir qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilib.
Əməliyyatlar Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını əhatə edib.
Bununla yanaşı, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində də minatəmizləmə işləri aparılıb.