USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Airbus A340-600 təyyarəsi İbiza hava limanında

Hadisə

28-09-2026, 18:14

Airbus A340-600 təyyarəsi İbiza hava limanında

Bu həftə İspaniya mətbuatının Azərbaycan hökumətinin istifadəsində olan, uzun məsafəli uçuşlar üçün nəzərdə tutulan və uzunluğu təxminən 75 metr olan Airbus təyyarəsinin İbiza hava limanında digər VIP təyyarələrin yanında böyük görünməsi ilə diqqət çəkib. İbiza yay mövsümündə çoxsaylı özəl və VIP aviasiya reysləri qəbul edən məkan kimi tanınır. Lakin Airbus A340-600 kimi iri, dövlət səviyyəli təyyarənin adanın hava limanında olması adi biznes aviasiyası ilə müqayisədə fərqli maraq yaradıb. İbiza səfərində istifadə edildiyi bildirilən təyyarə Airbus A340-642ACJ VIP konfiqurasiyalı modelidir. Təyyarənin qeydiyyat nömrəsi kimi 4K-AI08 göstərilir. Bu hava gəmisi Azərbaycan Hava Yollarının (AZAL) parkında olan Airbus A340-600 VIP versiyasıdır.

Airbus A340-600 A340 ailəsinin ən böyük modellərindən biridir. Təyyarənin uzunluğu təxminən 75 metrdir. Bu modelin istehsal dövründə kataloq qiyməti təxminən 275 milyon ABŞ dolları səviyyəsində olub.
Airbus A340-600 uzun məsafəli, geniş gövdəli və dörd mühərrikli təyyarədir.
Bu səfərin xərclərinə nəzər yetirdikdə görürük ki, VIP təyyarəsinin əvvəlcə Bakıdan Malaqa istiqamətində, daha sonra isə İbiza istiqamətində uçduğu göstərilir. Airbus A340-600 modelində yanacaq sərfiyyatı uçuş şəraitindən asılı olaraq saatda təxminən 8-10 ton təşkil edir.

Bakı – Malaqa:
Məsafə: təxminən 5 000 km.
Uçuş müddəti: təxminən 6 saat.
Saatlıq yanacaq sərfiyyatı: 8-10 ton.

Hesablama: 6 saat × 8-10 ton = 48-60 ton yanacaq.
Orta aviasiya yanacağı qiymətləri ilə hesablandıqda yanacaq xərci təxminən 45-60 min ABŞ dolları edir. Bura əlavə olaraq pilot və ekipaj xərcləri, texniki xidmət, aeroport xidmətləri və naviqasiya haqları daxil edildikdə, Bakı–Malaqa mərhələsinin ümumi əməliyyat xərci təxminən 100-170 min ABŞ dolları təşkil edir.Malaga – İbiza:

Məsafə: təxminən 600 km

Uçuş müddəti: təxminən 1 saat 20 dəqiqə

Yanacaq sərfiyyatı: təxminən 8-12 ton

Yanacaq xərci təxminən 8-12 min ABŞ dolları təşkil edir.
Digər əməliyyat xərcləri ilə birlikdə bu məbləğ təxminən 30-50 min ABŞ dolları aralığındadır.

Ümumi uçuş hesablaması:

Bakı → Malaga → İbiza marşrutu üzrə:

Uçuş müddəti: təxminən 7 saat

Yanacaq sərfiyyatı: təxminən 55-70 ton

Yalnız yanacaq xərci: 50-70 min ABŞ dolları

Ekipaj, texniki xidmət və aeroport xərcləri ilə birlikdə ümumi əməliyyat xərci: təxminən 130-220 min ABŞ dolları.

Ekipaj xərcləri:

Airbus A340-600 kimi uzun məsafəli VIP təyyarələrdə uçuş üçün geniş heyət tələb olunur. Belə təyyarələrdə adətən 2 əsas pilot, 1-2 köməkçi pilot və 4-8 kabin xidmət əməkdaşı olur.

A340 tipli təyyarələrdə əsas uçuş heyəti iki pilotdan ibarət olsa da, VIP konfiqurasiyalarda əlavə kabin heyəti və xüsusi xidmət personalı tələb oluna bilər.

Ekipajın əmək haqqı, gündəlik ödənişləri, otel və digər xidmət xərcləri birlikdə təxminən:

Pilotlar (3–4 nəfər): 5 000–10 000 ABŞ dolları.

Kabin heyəti (4–8 nəfər): 3 000–8 000 ABŞ dolları.

Gündəlik xərclər və yerləşmə: 5 000–10 000 ABŞ dolları.

Ümumi ekipaj xərci təxminən 15 000–30 000 ABŞ dolları təşkil edir.

Beləliklə, Bakı–Malaga–İbiza uçuşu üzrə:

Yanacaq: 50–70 min ABŞ dolları.

Ekipaj: 15–30 min ABŞ dolları.

Texniki xidmət, aeroport və yerüstü xidmətlər: 50–100 min ABŞ dolları.

Ümumi uçuş əməliyyat xərci təxminən 130–220 min ABŞ dolları təşkil edir.

Malaga aeroportunda dayanma və xidmət xərcləri:

Airbus A340-600 VIP təyyarəsinin əvvəlcə Bakıdan Malaga aeroportuna, daha sonra isə İbiza aeroportuna keçdiyi göstərilir.

İspaniyada aeroport xidmətləri AENA tərəfindən idarə olunur. Təyyarələrin dayanması, park edilməsi və yerüstü xidmətləri üçün ayrıca ödənişlər tətbiq edilir.

Airbus A340-600 kimi böyük gövdəli təyyarələr üçün bu xərclər adi biznes təyyarələri ilə müqayisədə daha yüksək olur.

Malaga aeroportunda 1 günlük təxmini xərc:

Park xərcləri:
1500-3 000 avro

Handling və xidmətlər: 3 000-7 000 avro.

Ekipaj xərcləri:
5 000-10 000 avro

Ümumi xərc:
9 500–20 000 avro

Yəni, Airbus A340-600 VIP təyyarəsi Malaqa aeroportunda bir gün dayanıbsa, yalnız dayanma və əlaqəli xidmətlər üçün təxminən 10-20 min avro xərc yarana bilər.
Təyyarənin 6 günlük dayanma xərcləri:
AENA aeroportlarında park haqları təyyarənin maksimum qalxış çəkisinə (MTOW), dayanma müddətinə və istifadə olunan xidmətlərə əsasən hesablanır.

Airbus A340-600 üçün:
Maksimum qalxış çəkisi:
təxminən 380 ton
Bu, böyük kateqoriyalı təyyarə hesab olunur.

Təxmini hesablamaya görə:

Gündəlik park haqqı:
1 000–3 000 avro

Yerüstü xidmət, təhlükəsizlik və handling xərcləri:
2 000-5 000 avro

6 günlük dayanma zamanı:

Park xərcləri:
6 000 -18 000 avro.

Digər xidmətlər:
12 000 - 30 000 avro.

Ümumi xərc:
təxminən 28 000-70 000 avro

Bakı → Malaqa → İbiza → Bakı marşrutunun ümumi hesablaması:

Təyyarənin əsas xərcləri:

Yanacaq:
100 000-140 000 ABŞ dolları

Ekipaj:
15 000-30 000 ABŞ dolları.

Aeroport və handling xidmətləri:
30 000-70 000 ABŞ dolları.

Park xərcləri:
30 000-70 000 avro.

Naviqasiya və digər xidmətlər:
20 000-40 000 ABŞ dolları

Beləliklə, Bakı–Malaga–İbiza marşrutu üzrə təyyarənin yanacaq, ekipaj, aeroport xidmətləri, dayanma və texniki xərcləri nəzərə alındıqda, səfərin yalnızg aviasiya xərclərinin təxminən 250-400 min ABŞ dolları aralığındadır.

Bu məbləğ yalnız uçuşla bağlı əsas xərcləri, yəni yanacaq, ekipaj, aeroport rüsumları, park dayanması, yerüstü xidmətlər və naviqasiya haqlarnı əhatə edir. Bundan əlavə, təhlükəsizlik xidməti, texniki dəstək, VIP xidmətlər, ekipaj transferləri və əlavə logistika xərcləri daxil edildikdə ümumi məbləğ kəllə-çarxa yüksəlir. Məsələn, əlavə xidmətlər hesabına təxminən 50 min ABŞ dolları və daha artıq əlavə xərc yarana bilər.

İbizada yaşayış xərcləri:

İbizada qaldıqları yer Sabina Estates adlı lüks rezidensiya kompleksi olub. Bu, klassik otel deyil, villa tipli yüksək səviyyəli yaşayış kompleksidir.
Rəsmi qiymətlər açıqlanmasa da, belə səviyyəli villalarda bir həftəlik qalma əlavə xidmətlərlə birlikdə
70 000-200 000 avro aralığındadır.

Əlavə xidmətlər:

şəxsi aşpaz, təmizlik xidməti, mühafizə, transferlər, xüsusi xidmət personalı.
Bu xidmətlər əlavə olaraq 20 000-50 000 avro xərc yarada bilər.

Müşayiət heyəti və əlavə xərclər:

İbiza səfəri zamanı təxminən 30 nəfərlik müşayiət heyət qrupu Sabina Estates lüks rezidensiya kompleksində qalıb və adada müxtəlif restoran və əyləncə məkanlarına baş çəkib. Belə geniş tərkibli heyətin səfəri zamanı yalnız yaşayış xərcləri deyil, eyni zamanda nəqliyyat, təhlükəsizlik, gündəlik xidmətlər, qida təminatı, şəxsi xidmət personalı və logistika kimi əlavə xərclər də yaranır. 30 nəfərlik yüksək səviyyəli heyətin bir həftəlik yerləşməsi və xidməti ayrıca hesablandıqda, məbləğ 100 minlərlə avro ilə ölçülür.
Bu xərclərə aşağıdakılar daxil ola bilər:
şəxsi nəqliyyat vasitələri, sürücülər, təhlükəsizlik əməkdaşları, restoran və xüsusi xidmətlər, əlavə logistika xərcləri.
Ümumi səfər xərcləri:
Bakı–Malaga–İbiza–Bakı marşrutu üzrə yalnız təyyarə ilə bağlı xərclər:
250–400 min ABŞ dolları.
Əlavə VIP xidmətlər, təhlükəsizlik, logistika və digər xidmətlər:
50 min ABŞ dolları və daha artıq.
Yaşayış və villa xərcləri:
70-200 min avro.
Əlavə xidmətlər, 20-50 min avro
30 nəfərlik müşayiət heyətinin xərcləri də nəzərə alındıqda, bu səfərin ümumi maliyyə yükü kəllə çarxa çıxır.

Dövlət resurslarından istifadə məsələsi:

Azərbaycanın “Dövlət qulluqçularının etik davranışı haqqında” qanununda dövlət qulluqçularının dövlət əmlakından, vəsaitlərindən, nəqliyyat vasitələrindən və digər resurslardan səmərəli istifadə etməli olduğu qeyd edilir.

Qanunun tələblərinə əsasən, dövlət resursları şəxsi mənfəət və ya xidməti vəzifələrlə əlaqəli olmayan məqsədlər üçün istifadə edilməməlidir. Məhz bu baxımdan dövlət imkanlarının, xüsusilə dövlətə məxsus nəqliyyat vasitələrinin və digər resursların hansı məqsədlərlə istifadə olunması ictimai maraq doğuran məsələdir. Əgər dövlətə məxsus aviasiya və logistika imkanlarından şəxsi istirahət səfərləri üçün istifadə olunubsa, bu, dövlət vəsaitlərinin təyinatı ilə bağlı suallar yaradır. Çünki söhbət yalnız bir səfərdən və ya bir təyyarədən getmir. Söhbət dövlət resurslarına münasibətdən, şəffaflıqdan və ictimai vəsaitlərin necə idarə olunmasından gedir. Çünki dövlət imkanları şəxsi rahatlıq üçün deyil, cəmiyyətin maraqları üçün mövcuddur.

Kamran Nəsirli

Paylaş:
Digər xəbərlər

Sosial / Hadisə

16-09-2026, 12:06

Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər

Hadisə

25-06-2026, 17:44

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Hadisə

14-01-2025, 10:47

Duman səbəbindən AZAL-ın 3 təyyarəsi Gəncəyə eniş edib

Siyasət / Hadisə

26-06-2024, 22:35

Azərbaycan hərbi hava qüvvələri arsenalına “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi əlavə olunub

Sosial / Hadisə

15-05-2024, 13:19

Trampın təyyarəsi qəzaya uörayıb

Siyasət / Sosial / Hadisə

15-08-2023, 14:36

Almaniya XİN rəhbərinin təyyarəsi iki dəfə təcili qəza enişi etib

Sosial / Hadisə

17-07-2023, 18:25

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olundu. Bəzi cərimələr artdı

Hadisə

9-08-2020, 14:57

Portuqaliya və İspaniya sərhədində təyyarə qəzası: Yaralılar var

Hadisə

24-05-2020, 14:00

Pakistan qəzada həlak olan sərnişinlərin ailələrinə kompensasiya ödəyəcək

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

23-04-2020, 13:00

Milyonları yesələr də... - Onlara toxunan olmadı...

Gündəm / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

21-04-2020, 12:35

3,5 milyardlıq dəstək paketində nələr var? - “Güzəştli kreditlər də sənəddə yer alıb”

Hadisə

7-04-2020, 10:00

Bayraq haqqında elmi iş oğurlanıb - QALMAQAL

Son xəbərlər
  • 9-11-2026, 18:51
    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
  • 8-11-2026, 01:32
    Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 19:54
    “AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
  • 7-11-2026, 15:55
    “AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
  • 7-11-2026, 15:51
    Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
  • 7-11-2026, 15:46
    Zəfər günün mübarək Azərbaycan!
  • 7-11-2026, 15:44
    Alen Simonyandan ermənilərə sərt mesaj: “Niyə Sevan gölünə Göyçə deyəndə buna kəskin reaksiya verirsiniz?”
  • 7-11-2026, 15:36
    Jurnalist Elnur Şükürov həbs edilib.
  • 6-11-2026, 22:04
    Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
  • 6-11-2026, 21:58
    Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
  • 6-11-2026, 18:54
    Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
  • 6-11-2026, 14:26
    Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
  • 6-11-2026, 13:40
    Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
  • 6-11-2026, 12:42
    İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
  • 6-11-2026, 12:37
    DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
  • 6-11-2026, 12:31
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 5-11-2026, 20:34
    İrandan Ermənistana sərt reaksiya
  • 5-11-2026, 19:50
    Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 5-11-2026, 19:47
    Polad Həşimovun anasının son durumu açıqlanıb
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
Daha çox
Çox oxunanlar
9-11-2026, 18:51
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə