USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?

Sosial

8-09-2026, 19:25

Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?

Azərbaycanda işçilərin istismarı haqqında danışmaq artıq yeni məsələ deyil. Uzun iş saatları, aşağı maaş, əmək müqaviləsindən yayınma, işçiyə vəzifəsindən artıq işlərin yüklənməsi, istirahət və fasilə hüquqlarının məhdudlaşdırılması barədə şikayətlər illərdir səslənir. Aktuallığını heç itirməyən bu şikayətlər son vaxtlar soisal mediada daha çox aktuallaşıb.

Markoff, Las Vegas, Olivia, Bantik, Spark Market, Rahat market, Tamstore, OBA Market, Xırdalan Mall, Azza və digər obyektlərin adları müxtəlif işçi şikayətlərində hallanır. Paylaşımlarda bəzi işçilər gündə 12-13 manat qarşılığında 12, bəzən 15-16 saat işlədiklərini, müştəri olmadıqda oturmağa icazə verilmədiyini, yemək üçün cəmi 20 dəqiqə, çay üçün isə bir neçə dəqiqə fasilə verildiyini bildirirlər.

Müxtəlif iş yerlərindən gələn eyni məzmunlu şikayətlərin çoxalması artıq ayrı-ayrı hadisələrdən daha böyük problemə işarə edir. Gündə 12-13 manat, 12 saat iş... Bir saatlıq əməyə təxminən 1 manat.

Bunun adı nədir?

Əmək münasibəti, yoxsa insanın ehtiyacından istifadə edərək onun əməyini mümkün qədər ucuz almaq? Əmək Məcəlləsinin 89-cu maddəsi normal iş vaxtını gündə 8, həftədə 40 saatla məhdudlaşdırır. İş vaxtından artıq əməyə görə isə qanun əlavə ödəniş nəzərdə tutur. Deməli, “bizdə iş belədir” ifadəsi 12-15 saatlıq iş rejimini qanuniləşdirmir.

Daha absurd vəziyyət isə işçi işdən çıxmaq istəyəndə yaranır.

Məsələn, sosial şəbəkədə bir işçi Bantik kosmetik mağazasında 10 gün işlədiyini, iş şəraitinə dözə bilmədiyi üçün ayrılmaq istədiyini və həmin günlərin əməkhaqqını tələb etdiyini bildirib. İddiasına görə, ona “bura uşaq bağçası deyil ki, 10 gün işləyib pul alasan” cavabı verilib. Bəs bu halda işçi işlədiyi günlərin pulunu hansı əsasla itirməlidir?

Əmək Məcəlləsinin 172-ci maddəsi əmək müqaviləsinə xitam verilərkən işçiyə düşən ödənclərin tam məbləğdə həmin gün verilməsini nəzərdə tutur. İşçinin 10 gün işləyib sonra işdən ayrılması həmin 10 günün əməkhaqqını ləğv etmir.
Yəni əməkhaqqı sahibkarın işçiyə etdiyi yaxşılıq deyil. İşçinin gördüyü işin qarşılığıdır.

Belə vəziyyətlə üzləşən işçi ilk növbədə sübutları toplamalıdır. Sübutlara əmək müqaviləsi, iş qrafiki, yazışmalar, maaşla bağlı mesajlar, bank ödənişləri və iş münasibətini təsdiqləyən digər məlumatlar saxlanmalıdır. Əməkhaqqının hesablanması barədə məlumat tələb etmək, pozuntu ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmək və zəruri hallarda məhkəməyə üz tutmaq mümkündür.

Bəs niyə işçilər bunu etmir? Çünki çoxu hüququnu bilmir. Bilənlərin bir qismi isə işini itirməkdən qorxur.

Bu qorxu təsadüfi deyil. İşəgötürənin əlində “sənin yerinə başqası tapılar” üstünlüyü var. İşçinin isə qarşısında kirayə, ailə, gündəlik xərclər və işsiz qalmaq riski dayanır. Nəticədə hüquqi baxımdan tərəflər bərabər olsa da, real həyatda güc balansı heç də həmişə belə deyil. Məhz burada dövlət nəzarətinin əhəmiyyəti başlayır. Əmək qanunvericiliyinə nəzarət edən qurum yalnız şikayət gələndə hərəkətə keçmemelidir. Əgər qanun pozuntusu işəgötürən üçün real nəticə yaratmırsa, qanuna əməl etmək də onun üçün əlavə xərc və yük kimi görünməyə başlayır.

Beləliklə, qanuna əməl edən sahibkarla işçini istismar edən sahibkar eyni bazarda rəqabət aparır. Biri əmək müqaviləsi bağlayır, vergisini və sosial ödənişlərini ödəyir, işçinin istirahət və təhlükəsizlik hüquqlarını qoruyur. Digəri isə xərcləri işçinin hesabına azaltmağa çalışır.

Bu, təkcə işçinin problemi deyil. Bu, normal biznes mühitinin də problemidir.

Ən ağrılı tərəfi isə cəmiyyətin buna alışmasıdır. İşsizlik və insanların çarəsizliyi ilə qidalanan, böyüyən "öz ayaqları üstündə duran" sahibkarlar “İşin var, şükür et.” “Bəyənmirsən, çıx.”

“Sənin yerinə yüzü nəfər tapılar" kimi fikirlərlə çarəsiz insanları daha çarəsiz vəziyyətdə qoyur. Bu cümlələr illərdir əmək bazarında səslənir və artıq adiləşib. Halbuki insanın işə ehtiyacı onun hüquqlarını ləğv etmir. Heç kim pul qazanmaq üçün sağlamlığını itirməli deyil. Heç kim işlədiyi günlərin pulunu istədiyi üçün alçaldılmamalıdır. Heç kim 12-15 saat işləməyi “iş həyatı belədir” adı ilə qəbul etməyə məcbur edilməməlidir.

İşçi qul deyil. Sahibkar da quldar deyil.

Qanun sadəcə kağız üzərində yazılmaq üçün yox, real həyatda işləmək, sistemi tənzimləmək üçün qanundur.

Əmək qanunlarını pozan sahibkar niyə bu qədər rahatdır?

Və daha vacibi, işçinin hüququnu qorumaq üçün qanunun bütün gücü nə vaxt real həyatda işə düşəcək? Əgər Əmək Müfəttişliyi Xidməti bu şikayetləri nəzarətə almırsa, bu xidmət niyə var? Bu Xidmətin özünə niyə maliyyə ayrılır?

Şəhanə Nəsirli

Paylaş:
Digər xəbərlər

Sosial

6-09-2026, 12:31

Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Gündəm / Sosial / Hadisə

7-01-2023, 23:38

“Bolt” və “Wolt” şirkətləri ilə çalışanlar narazılığını necə həll edilməlidir?

Sosial

29-06-2022, 13:23

Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar sahədə hansı addımları atmalıdır?

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Video / foto

1-02-2021, 21:45

İlham Əliyev “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib - YENİLƏNİB+FOTO/VİDEO

Sosial

17-08-2020, 18:00

“Azercell”in müştəri məmnuniyyəti göstəricisi son altı ayda 90%-i keçdi

Sosial

7-07-2020, 16:11

OPERATİV QƏRARGAHIN YARATDIĞI İCAZƏ XAOSU... - “Niyə Əhmədə olar, Məmmədə yox?”

Sosial

2-06-2020, 12:57

BƏZİ KARANTİN ZİDDİYƏTLƏRİ: - Çayxanada toplaşmaq olar, tədris müəssisəsində yox?!

Gündəm / Siyasət / Sosial / Araşdırma

24-04-2020, 13:55

“İCRA BAŞÇISI SÜPÜRGƏÇİNİN MAAŞINI OĞURLAYIR...” – “Kadrlardan çox şey asılıdır”

Gündəm / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

21-04-2020, 12:35

3,5 milyardlıq dəstək paketində nələr var? - “Güzəştli kreditlər də sənəddə yer alıb”

Sosial

17-04-2020, 16:59

Azərbaycanda işəgötürənlərlə ixtisarlarla bağlı xəbərdarlıq edilib

Sosial

9-04-2020, 14:11

"Qocalar evi"nin QOCAMAN DƏRDİ... - İDDİA

Sosial

7-03-2020, 16:16

Bayram bazarı: nələr bahalaşıb? – Foto

Son xəbərlər
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
  • 5-10-2026, 13:47
    Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
  • 1-10-2026, 13:07
    Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
  • 1-10-2026, 13:05
    AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
  • 1-10-2026, 13:03
    AŞPA Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidləri pislədi
Daha çox
Çox oxunanlar
19-10-2026, 23:42
İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
19-10-2026, 13:06
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
19-10-2026, 13:05
Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
20-10-2026, 16:51
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
19-10-2026, 13:02
Anar Bayramov səhiyyə naziri təyin olundu
21-10-2026, 14:37
Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə