USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Azərbaycan ərazisində koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, virusun ölkə ərazisində yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejimi 2 yanvar 2027-ci il saat 06:00-dək qüvvədə olacaq.
Xatırladaq ki, bundan əvvəlki qərara görə, ölkədə karantin rejiminin müddəti 2026-cı il oktyabrın 1-i saat 06:00-da başa çatmalı idi.