USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Qədr gecəsinin 5 əlaməti

Sosial / Din

14-04-2022, 19:11

Qədr gecəsinin 5 əlaməti


Bu gün biz sizə Qədr gecəsinin əlamətlərindən danışacağıq. Bu haqda danışmaqda məqsədimiz budur ki, hər bir müsəlman bu əlamətləri bilsin və bu mübarək gecəni gördükdə, çoxlu savab qazanmağa tələssin. Çünki bu gecədə yerinə yetirilən ibadət min aydakı ibadətdən daha xeyirlidir. Bu gecədə Cəbrail və mələklər yer üzünə xeyir-bərəkət nazil edir və o gecə səhərədək əmin-amanlıq olur.

Bu gecənin bizim üçün min aydan xeyirli olması üçün, bu gecədə çoxlu Quran oxumalı, namaz qılmalı və çoxlu dua etməliyik, ələlxüsus da, Allahdan çoxlu bağışlanma diləmələyk. Bu xüsusda rəvayət edilmiş hədisdə xəbər verilir ki, Aişə demişdir: “Ya Rəsulullah, əgər Qədr gecəsini görsəm, o gecədə mən necə dua edim? Peyğəmbər buyurdu: “De:

اللَّهُمَّ إِنَّكَ عَفُوٌّ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّي

“Allahım, Sən Bağışlayansan, bağışlamağı sevirsən, məni bağışla!”


Bu hədisdə iki fayda var. Birincisi budur ki, qədr gecəsinin əlamətlərini bilən hər bir müsəlman onu həmin gecə müəyyən edə bilər. Çünki Aişə həmin gecəni müəyyən edə biləcəyini bildirir. İkincisi də budur ki, o gecədə bu dua ilə təkrar-təkrar Allahdan bağışlanma diləmək lazımdır.

Qədr gecəsini müəyyən etmək üçün isə hədislərə baxmalıyıq. İmam Buxarinin Səhihində rəvayət edilmiş hədisdə Peyğəmbər belə buyurmuşdur: “Qədr gecəsi son on gecədən birində olacaq.” Digər rəvayətdə də, Peyğəmbər : “Qədr gecəsini ramazanın son on gecəsinin tək gecələrində axtarın”– demişdir. Bu iki rəvayəti cəm edib demək olar ki, Qədr gecəsi son on gecədən birinə təsadüf edir, lakin daha çox ehtimal tək gecələrdən birinə təsadüf etməsidir. Tək gecələr deyildikdə ramazanın 20-dən 21-nə keçən gecə, habelə, 22-dən 23-nə, 24-dən 25-nə, 26-dan 27-nə, 28-dən də 29-na keçən gecələr qəsd edilir. Hərçənd, bir çox rəvayətlərdə Qədr gecəsinin məhz 27-ci gecəyə təsadüf edildiyi göstərilir, lakin bu xüsusda qətiyyətlə bir söz deyilmədiyinə görə, müəyyən bir gecəni: “Qədr gecəsidir”– deyə xüsusiləşdirmək olmaz.

Səhih hədislərə baxsaq, görərik ki, heç Peyğəmbər bu on gecədən hansının qədr gecəsi olduğunu əvvəlcədən bilmirdi, hətta İmam Buxarinin səhihindəki rəvayətdə xəbər verilir ki, Peyğəmbər  belə buyurmuşdur: “Qədr gecəsinin nə zaman olacağı mənə bildirildi, sonra isə bu mənə unutduruldu. Siz onu son on günün tək gecələrində axtarın.” Diqqət edin, heç Peyğəmbər bu on gecədən hansının Qədr gecəsi olduğunu əvvəlcədən bilmirdi. Peyğəmbərin bilmədiyini isə ondan başqa heç kəs bilə bilməz. Lakin həmin gecə və onun səhəri müşahidə olunan əlamətlər var ki, bu əlamətlərdən hansı gecənin Qədr gecəsi olduğunu bilmək olur.

Şeyx İbn Useymin rahiməhullah “əş-Şərh əl-Mumti alə Zadul-Mustəqnə” əsərində 6/496 səhifədə deyir ki: “Qədr gecəsinin özünəməxsus əlamətləri var. Bunların bəzisi həmin gecəyə, bəzisi də onun səhərinə aiddir. Gecəsinin əlamətləri bunlarıdr:

1-cisi həmin gecənin işıqlı və aydın olmasıdır. Bu əlaməti də hazırkı dövrdə yalnız çöl-biyabanlarda, lampa işıqlarından uzaq yerlərdə müşahidə etmək olar.

2-cisi möminin qəlbinin arxayın və rahat olmasıdır. Belə ki, başqa gecələrə nisbətən, məhz bu gecədə möminin qəlbi arxayınlıq içində olur.

3-cüsü, bəzi alimlər bu gecənin sakit bir gecə olduğunu, yəni həmin gecə bərk külək əsmədiyini söyləmişlər. İmam Əhmədin Musnədində rəvayət edilmiş hədisdə Peyğəmbər demişdir: “Qədr gecəsinin əlamətləri budur ki, həmin gecə aydın və işıqlı olur, sanki nur saçan aylı gecədir. Hava da çox sakit, əmin-amanlı, nə çox isti, nə də çox soyuq olur...”

4-cü əlaməti budur ki, uca Allah insana yuxuda həmin gecənin nə vaxt olacağını bildirə bilər. Necə ki, səhabələrdən bəzisi bunu yuxusunda görmüşdür. Şeyxin dediyi bu söz İmam Buxarinin səhihindəki hədisdə öz təsdiqini tapmışdır. Şeyx davam edib deyir:

5-cisi də, budur ki, mömin adam bu gecədə yerinə yetirdiyi ibadətlərdən daha çox zövq alır və onları daha çox həvəslə yerinə yetirir.
Qədr gecəsinin səhərindəki əlamət isə, günəşin hər zaman olduğu kimi deyil, şüasız, gözqamaşdırmayan halda doğmasıdır. Bunu isbat edən hədis də, imam Muslimin səhihində rəvayət edilmişdir.” İbn Useymini sözü burada tamamlanır.

Qeyd etmək lazımdır ki, qədr gecəsini müəyyənləşdirmək üçün bu əlamətlərin hamısını görmək şərt deyil, bir neçəsini görmək də kifayət edir.

Yeri gəlmişkən qeyd edək ki, bu mövzuya dair heç bir istinadı olmayan uydurma rəvayətlər də vardır. Guya həmin gecə ağacların başı yerə qədər əyilir, dənizlərin suyu şirinləşir, itlər hürmür, uzunqulaqlar anqırmır, mələklər yer üzünə enib müsəlmanlara salam verir və s. bu kimi cəfəngiyatlar.

Bütün bu deyilənlərdən belə nəticə çıxır ki, mömin adam Qədr gecəsini gözü ilə də görə bilər, yuxuda da ona bəyan edilə bilər, qəlbi ilə də onu hiss edə bilər. Şeyxulislam İbn Teymiyyə rahiməhullah “Məcmuə Fətavə” əsərində 25-ci cild 286-cı səhifədə deyir ki: “Uca Allah qədr gecəsini bəzi insanlara yuxuda bəyan edir, bəzilərinə ayıq ikən göstərir, - belə ki, o, bunu ya öz gözü ilə görür, ya da kimsə ona bu haqda xəbər verir, bəzilərinə də bunu qəlbən hiss etdirir.”
Bu mövzu ilə bağlı iki incə məqama toxunmaq istəyirik:

1-cisi budur ki, qədr gecəsinin əlamətini görən adam bunu heç kəsə bildirməsin. İmam Nəvəvi bu mövzudan danışarkən: “Qədr gecəsini görən adamın bunu gizlin saxlaması müstəhəbdir”– deyir. Çünki bu bir kəramətdir və kəraməti gizlin saxlamaq məsləhətdir. Həm də bunu yaymaq, insanın qəlbinə riya gətirə bilər. Üstəlik, insanlar ona həsəd aparmaqla onu gözə gətirə bilərlər.

2-ci məsələ haqqında da “Ləcnə əd-Daimənin” fətvasında deyilir ki, əgər adam Qədr gecəsinin nə zaman olacağını yuxusunda görübsə, təkcə yuxuya etimad etməməlidir. Çünki yuxu şeytan tərəfindən də ola bilər.

Həmçinin, qeyd edək ki, bu gecənin hansı gecə olduğunun İslam ümmətinə gizli qalmasının, yəni əvvəlcədən bunu təyin edə bilməməsinin hikməti budur ki, müsəlmanlar hər gecə ibadətlə məşğul olsunlar və ümidlə o gecəni axtarsınlar.

Allahdan istəyimiz budur ki, bu gecənin hansı gecə olduğunu bizə göstərsin və həmin gecədə bizə çoxlu Quran oxumağı, dualar etməyi və namaz qılmağı nəsib etsin və bizi, bunların hamısını imanla və savabını Allahdan umaraq yerinə yetirməyə müvəffəq etsin.

Əlixan Musayev

Paylaş:
Digər xəbərlər

Sosial / Din

14-04-2022, 18:48

Oruca aid 33 fayda

Sosial

15-03-2022, 09:31

Ramazan ayının tarixi açıqlanıb

Sosial

14-02-2022, 07:42

Xərçəngin əsas əlamətləri açıqlanıb

Sosial

17-12-2021, 07:58

Korona xəstələri niyə qəribə qoxular hiss edir?

Sosial

1-11-2021, 14:57

Hansı palma yağı zərərlidir? - Ekspert

Sosial

1-09-2021, 14:34

Ermənilərə qarşı şücaətlə döyüşən Əhməd bəy Vəkilov kim olub? (FOTO)

Sosial

20-07-2021, 19:00

"Qurban bayramı respublikamızda tolerantlığın təntənəsinə çevrilib"

Sosial

15-07-2021, 18:32

İbrahim Həcci və onun siyasi, ibadi və dini fəlsəfəsi

Sosial

5-05-2021, 09:19

Bu gün üçüncü Qədr gecəsidir

Sosial

25-11-2020, 13:23

Ermənilər Şuşaya gedən su xəttini kəsdilər

Gündəm / Sosial / Mədəniyyət / Video

21-03-2020, 19:29

ANA

Sosial

17-03-2020, 09:00

“Bakıya giriş-çıxışın bağlanması yolverilməzdir” - deputat

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
28-10-2026, 16:49
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
28-10-2026, 16:45
Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
27-10-2026, 13:37
Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
26-10-2026, 20:01
Azad Balayev DTX tərəfindən həbs edilib
28-10-2026, 16:42
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə