USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Galib Toğrul professor ilə bağlı ABŞ və Avropa səfirlərini müraciət ünvanlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

6-09-2023, 17:04

Galib Toğrul professor ilə bağlı ABŞ və Avropa səfirlərini müraciət ünvanlayıb

ABŞ-ın Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili cənab Hüqo Qevaraya

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərvaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auldunə

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayona

Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemanna

Hörmətli Səfirlər

23 iyul 2023-cü ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən xüsui zorakılıq tətbiq edilməklə saxlanılan və sonradan 2 saxta ittiham elan olunan London School of Economics-in əməkdaşı, professor Qubad İbadoğlunun ailəsi adından Sizə müraciət edirəm. Bir Allah şahiddir ki, əgər Azərbaycanın müvafiq dövlət qurumları (Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, Penitensiar Xidmət, Bakı İstintaq Təcridxanası) tərəfindən qardaşımın təcridxanada aparılmış müayinə və analizlərinin nəticələri ailəsinə və vəkillərinə təqdim olunsaydı, həyati əhəmiyyətli sağlamlıq sənədlərini ala bilmədiyimizlə bağlı mütəmadi məlumatlandırdığımız Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) vaxtında məsələyə müdaxilə etsəydi və ya öz xərclərimiz hesabına qardaşımın özəl klinikaların birində müayinəsinin aparılmasına razılıq verilsəydi, mən Sizə üz tutmazdım.

Varlığım qədər inanıram ki, son illər dünyanın aparıcı universitetlərində (ABŞ-ın Şimali Karolina, Prinston, Rutgers universitetləri, LSE (Böyük Britaniya)) çalışsa da, Azərbaycanı heç vaxt unutmayan, insan hüquq və azadlıqlarına hörmət qoyulan, korrupsiyasız, demokratik Azərbaycan uğrunda mücadilə aparan, ürəyi Vətəni ilə döyünən qardaşımın da mövqeyi belə olardı ki, öz problemlərimizi özümüz həll etməliyik.

Lakin artıq bıçaq sümüyə dirənib, qardaşımın həyatının xilas olunması üçün bütün hüquqi imkanlardan faydalanmağa cəhd eləsək də, hakimiyyət hər addımda yaratdığı süni maneələrlə onun fiziki məhvinin qarşısını almağa imkan vermir. Bu gün Qubad İbadoğlunun ailəsi olaraq onun sağlamlığı ilə bağlı narahatlığımız ən yüksək səviyyəyə çatıb. Hər həftənin şənbə günü verilən görüşdə, şüşə arxasından da olsa, qardaşımın gözlərimin önündə necə şam kimi əridiyini çarəsiz halda, böyük iztirab içində müşahidə edirəm.

Təcridxanaya düşməmişdən öncə aortanın anevrizması, yüksək qan təzyiqi, II tip şəkərli diabet və onurğa ağrıları kimi ciddi xəstəliklərdən əziyyət çəkən, gün ərzində 8 ədəd dərman qəbul edən qardaşım təcridxanada olduğu 45 gündə saxlanma şəraitinin dözülməzliyi, havasızlıq, müxtəlif psixoloji təzyiq metodlarının tətbiqi, gecələr kameranın işıqlarının söndürülməməsi səbəbindən yeni xəstəliklər qazanıb. Qardaşımın qalxanabənzər vəzində düyünlər əmələ gəlib, ona əlavə olaraq ürəyin sol mədəciyinin hipertrofiyası və diastolik disfunksiyası diaqnozu qoyulub, o, ciddi əsəb pozgunluğu keçirdiyindən günboyu xroniki yorğunluqdan və səbəbsiz başağrılarından şikayətçidir, üstəlik USM müayinəsi zamanı böyrəklərində, öddə və mədəaltı vəzdə ciddi neqativ dəyişikliklər aşkarlanıb.

Bugünədək Qubad İbadoğlu təcridxanada 3 dəfə (25 iyul, 3 avqust, 1 sentyabr) EXQ, EXO, rentgen, USM müayinələrindən keçirilib, biri qalxanabənzər vəzlə bağlı olmaqla 5 dəfə analiz üçün venadan qan götürülüb. Ancaq şifahi, yazılı müraciətlərimizə və səlahiyyətli şəxslərlə görüşlərimizə baxmayaraq Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və Penitensiar Xidmət müayinə və müalicə nəticələrini bizə təqdim etmir, gizlədir.

Çox təəssüf ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin tibbi və xidməti personalı bizim müraciət əsasında 3 dəfə Qubad İbadoğlunun saxlanıldığı təcridxanada olsa da, rəhbərlik Qızıl Xaçın nümayəndələrinin qardaşımla görüşünə, müayinə və analiz sənədləri ilə tam şəkildə tanış olmasına imkan verməyib.

Müayinə və analiz nəticələrini məhkəmə yolu ilə almaq cəhdlərimiz də uğursuzluqla nəticələnib. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin məhkəməyə təqdim etdiyi, Qubad İbadoğlunun sağlamlığının kafi olduğu yazılan arayışda konkret heç biri tibbi göstəricidən istifadə olunmayıb və ən əsası qardaşımın ən problemli orqanı - ürəyi ilə bağlı exokardioqramma nəticələrinə toxunulmayıb.

Qubad İbadoğlunun ailəsi olaraq dərin ümidsizlik və çarəsizlik içindəyik. Azərbaycan xalqı müasir tarixinin ən fədakar və vicdanlı övladlarından birini itirmək təhlükəsi ilə üz-üzədir. Sonuncu ümid yeri kimi Sizə üz tuturam, göz görə-görə qardaşımın öldürülməsinə imkan verməyin, onun Bakının özəl klinikalarından birində müayinə və müalicəsinin aparılmasına yardım edin, ümid çırağımızı sönməyə qoymayın!

Qalib Toğrul,
Bakı İstintaq Təcridxanasında saxlanlan
LSE-nin əməkdaşı, professor Qubad İbadoğlunun qardaşı

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

4-09-2023, 14:00

Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarına professor Qubad İbadoğlu ilə görüşə icazə verilmir

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

1-09-2023, 21:58

Bu gün ABŞ-ın müvəqqəti işlər vəkili Qubad İbadoğlunun vəkilləri ilə görüşüb

Sosial / Hadisə

30-08-2023, 14:58

Galib Toğrul: "Qubad İbadoğlunun müayinə sənədləri təqdim edilməyib"

Siyasət

29-08-2023, 13:36

Prezident Çin Xalq Respublikasına yeni səfir təyin edib

Sosial / Hadisə

23-05-2023, 21:23

Seymur Mərdəliyev Azərbaycanın Ukraynadakı səfiri təyin edildi

Gündəm / Siyasət / Sosial

8-04-2023, 12:32

İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı "persona-non-grata" elan edilib. 48 saata ölkəni tərk et

Siyasət / Sosial / Hadisə

26-02-2023, 16:59

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Xocalı abidəsini ziyarət edib

Gündəm / Siyasət

22-02-2023, 21:41

Britaniyalı nazir və səfiri Ferqus Ould Tofiq Bəhramovun abidəsini ziyarət edib

Siyasət

7-02-2023, 14:51

Prezident yeni təyin olunan səfirlərin etimadnaməsini qəbul edib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

18-01-2023, 16:58

Almaniyanın Azərbaycandakı səfiri cənab Dr. Ralf Horlemann "Müdafiə Xətti" rəhbərlərini qəbul edib

Gündəm

26-07-2021, 14:17

Prezident bir neçə ölkəyə yeni səfir təyin etdi

Siyasət

16-07-2021, 19:09

Prezident bu ölkələrə yeni səfirlər təyin etdi

Son xəbərlər
  • Bugün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • Bugün, 01:11
    Qarabağ FK yeni futbolçu aldı
  • Dün, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • Dün, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • Dün, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • Dün, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • Dün, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • Dün, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • Dün, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • Dün, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • Dün, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • Dün, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • Dün, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • Dün, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • Dün, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • Dün, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • Dün, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • Dün, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • Dün, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
  • 30-01-2026, 17:53
    AŞPA-nın qış sessiyası başa çatıb
  • 30-01-2026, 13:44
    Sabunçuda gənc dəm qazından boğularaq ölüb
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
27-01-2026, 19:31
Strasburqda Türkiyə mədəniyyətinə həsr olunmuş möhtəşəm sərginin rəsmi açılışı keçirilib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə