USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

İranın cənubunda yerləşən Buşehr vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
Tehran Universitetinin Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri vilayətin Assaluye bölgəsində qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla saat 08:41-də hiss olunub.
Məlumata əsasən, zəlzələnin ocağı yerin 18 kilometr dərinliyində yerləşib. Hazırda dağıntılar və ya insan tələfatı barədə rəsmi məlumat açıqlanmayıb.
Hadisə ilə bağlı vəziyyət nəzarət altındadır, aidiyyəti qurumlar bölgədə monitorinqi davam etdirirlər.