USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

ÜMUMTƏHSIL MƏKTƏBLƏRININ BIRINCI SINIFLƏRI ÜÇÜN SINAQ MƏQSƏDI ILƏ ÇAP EDILMIŞ AZƏRBAYCAN DILI (1-CI VƏ 2-CI HISSƏ) DƏRSLIYI HAQQINDA

Gündəm

26-05-2020, 16:16

ÜMUMTƏHSIL MƏKTƏBLƏRININ BIRINCI SINIFLƏRI ÜÇÜN SINAQ MƏQSƏDI ILƏ ÇAP EDILMIŞ AZƏRBAYCAN DILI (1-CI VƏ 2-CI HISSƏ) DƏRSLIYI HAQQINDA
Ülkər Nurullayeva, Nuriyə Allahverdiyeva, İradə Bayramova və Aysel
Xanalıyevanın ümumtəhsil məktəblərinin birinci siniflərində sınaq məqsədi ilə çap
etdirdikləri (2019-cu il) Azərbaycan dili dərsliyinin hər iki hissəsi ilə tanış oldum.
Qeyd edim ki, indiyədək qarşılaşdığım birinci sinif dərsliklərində bir çox
çatışmazlıqlarla rastlaşmışam. Odur ki, sınaq məqsədi ilə çap edilmiş hazırkı
dərslikdə olan yeniliklər diqqətimdən yayınmadı. İlk olaraq bildirim ki, dərsliyin
iki hissəli olması məni sevindirdi. Bu həm məktəblilərin çantalarına yüngüllük
gətirməsi, həm də dərslikdə rəngli şəkillərin və maraqlı tapşırıqların çox yer alması
baxımından təqdirəlayiqdir.
Dərsliyin birinci hissəsi dörd bölümdən, bölümlər özləri isə müəyyən fəsillərdən
ibarətdir. Hər bölümün sonunda "Ümumiləşdirici təkrar" verilmişdir.
Dərsliyin birinci bölümü "Ailə və məktəb" adlanır. Fəsillər bölümə uyğun olaraq
"Mənim ailəm", "Məktəb bazarlığı", "Babanın hədiyyəsi", "Ramin və dostları"
mövzusundadır.
"Kitabınla tanış ol" bəhsindən sonra məktəblilərə "Ailə və məktəb" haqqında
bilgilər verilir. Həmçinin bu bölümdə hərflər, sözlərin oxusu, sözlərin hecalara
bölünməsi, yeni sözlər, rənglər haqqında məlumat, şəkilli tapşırıqlar təqdim edilir.
Şəkilli tapşırıqlarda verilən suallar aydın verilir, tapşırıqlar elə qurulub ki, uşaqlar
dil qaydalarını daha yaxşı mənimsəyə bilsinlər. Şəkillər həm rəngli, həm maraqlı,
həm də rəngarəngdir. Bu baxımdan deyə bilərik ki, şəkilli tapşırıqları işləmək
şagirdlərdə daha çox həvəs yaradacaq.
"Məktəb bazarlığı" fəsli birincilərdə bazarlıq edərkən daha çox nələrə diqqət etmək
bacarığını inkişaf etdirir.
Bu fəsildə rəqəmlərin əşyalar vasitəsilə tapılması tapşırığı maraq doğurur.
Məktəblilər bu yolla rəqəmləri daha asan və tez öyrənirlər.
Dərslikdə sait və samit səslərin aydın izahı ilə rastlaşırıq. Bütün bu tapşırıqlar
şagirdlərin zehni təfəkkürünün inkişafina təkan verir.
Dərsliyin "Təhlükədən qorunaq" adlı ikinci bölümü "Diqqət! Təhlükə!", "Yanğın",
"Yolda təhlükə", "Evdə təhlükə" və "Xilasedicilər" adlı beş fəsildən ibarətdir.
Dərsliyin bu bölümündə birinci sinif şagirdlərinə məktəbdə hansı qaydalara əməl
etmək lazım olduğu, ətrafda olan təhlükələr, yol hərəkəti qaydaları, qaydaların nə
səbəbə yaradılması və sair haqqında ətraflı məlumat verilir. Bu bölüm vasitəsi ilə
"Təhlükəsizlik qaydaları" kitabı ilə tanış olan birincilər təhlükədən xəbər verən
işarələr, qadağalar, yanğın törətməmək və yanğından qorunmağın qaydaları,yanğın baş verərsə, hansı nömrəyə zəng etmək lazım olduğunu, yanğınsöndürənlər
haqqında, yol qaydaları, işıqfor, yeraltı, yerüstü keçidlərdən istifadə qaydaları,
evdə baş verə biləcək təhlükələrlə əlaqəli bilgilər əldə edirlər.
Bir sözlə, deyə bilərik ki, bu bölümdə təhlükəsizlik qaydaları aydin şəkildə öz
əksini tapmışdır.
Burada şagirdlər həm də hüsnxət, yaradıcı iş, qruplarla iş kimi vərdişlərə
yiyələnmək, cümlə haqqında yeni bilik əldə etmək imkanı qazanırlar.
"Sağlam həyat" adlanan üçüncü bölüm "Gün rejimi", "İdman", "Gigiyena
qaydaları", "Sağlam qida" adlı dörd fəslə ayrılır. Burada birincilərə gün rejimini
düzgün qurmaq, sağlamlıqlarını necə qorumaq, idmanın sağlamlığımıza təsiri,
düzgün qidalanmağın vacibliyi, təmizliyə riayət etməyin əhəmiyyəti və sair
məsələlər müvafiq üsullarla öyrədilir ki, bu da indiki vaxtda, koronavirus
pandemiyasının yayıldığı bir zamanda və bütün dövrlərdə çox vacib əhəmiyyət
kəsb edir.
Dərsliyin birinci hissəsinin sonuncu bölümü "Təbiətin sirləri" adlanır. Bu bölüm
"Göyqurşağı", "İlbiz", "Göbələk" və "Bozqulaq" adlı fəsillərdən ibarətdir. Bu
bölümdə təbiət hadisələrindən olan ilin fəsilləri, Göyqurşağı, Ay, Günəş, təbiət
canlıları - ilbiz, kəpənək, parabüzən, tırtıl, ilan, sair həşarat və heyvanlar, göbələk,
digər bitkilər haqqında uşaqlar üçün maraqlı biliklər verilir. Burada, həmçinin, bəzi
sözlərin izahları, düzgün yazılış qaydaları, şeir, bənd, qafiyə, yaxınmənalı,
əksmənalı sözlər, sair haqqında yeni bilik və məlumatlar birincilərə asan dillə
çatdırılır.
Dərsliyin ikinci hissəsi də dörd bölümdən ibarətdir. Birinci hissənin davamı olan
beşinci "Nağıllar aləmində" adlı bölüm "Nağılçılar", "Xəyal dünyası", "Biləndərin
macəraları", "Heyvanlar haqqında nağıllar" adlı fəsillərə bölünür. Bu bölümdə
uşaqların hər zaman maraq dairəsində olan nağıllardan, nağılçılardan,
kitabxanalardan, sehrli nağıllardan, Azərbaycan nağıl qəhrəmanı Biləndərin
hazırcavablığından, heyvanlar haqqında nağıllardan bəhs edilir.
Burada dil qaydaları - ad, əlamət, hərəkət bildirən sözlər, şəxs adlarının,
heyvanlara verilən xüsusi adların böyük hərflə yazılması, nağıl danışmaq qaydası,
açar sözlər vasitəsi ilə şəkillər üzrə mətn qurub danışmaq bacarığı və Azərbaycan
əlifbası öyrədilir.
Əlifbanın ardıcıllığı,
səslənməsi, böyük və kiçik formada verilməsi, əlifba sırası ilə bağlı tapşırıqlar
şagirdlərə əlifbanı daha tez əzbərləyib yadda saxlamaq imkanı verir.
Birincilər üçün əlifba sırası ilə bağlı verilən bir tapşırığın şərtində yazılıb: Biləndər
sizə mesaj göndərib. Hərflərin əlifbadakı sıra nömrələrindən istifadə edərək mesajı
oxuyun. Uşaqlar bu qaydaya əməl edərək "Mən nağılları sevirəm" mesajını oxumuş olacaqlar. Bu tapşırığın uşaqların çox xoşuna gələcəyini düşünürəm.
Məktəblilər bu fəsillər vasitəsi ilə problemləri ağıl, fərasət və hazırcavablıqla həll
etməyin mümkün olduğunu, heyvanlar haqqında nağıllardan şirin gücün, tülkünün
hiyləgərliyin, kirpinin isə ağılın simvolu olduğunu, "Balalara hədiyyə" kitabının
müəllifinin Firidun bəy Köçərli olması haqqında məlumatı əldə edə biləcəklər.
Dərsliyin altıncı bölməsi "Vətənim Azərbaycan" adlanır. Burada uşaqlar
yaşadıqları ölkə, onun bölgələri haqqında məlumatlarını daha da
genişləndirəcəklər. Bölümün "Vətən nədir?", "Vətənimizi tanıyaq", "Çağırır
Vətən!" adlı fəsillərində Vətən anlayışı, vətənpərvərlik hissi müvafiq şeir və
mətnlər vasitəsi ilə məktəblilərə çatdırılır, onlar Azərbaycanın bölgələri, dövlət
rəmzləri, bayrağımızın rəngləri, üzərindəki nişanların mənaları, Azərbaycanın
gerbi, Alov qüllələri, Neft daşları, vətən sevgisi, milli qəhrəmanlarımız, Xocalı
faciəsi, Şuşanın simvolu olan Xarıbülbül gülü haqqında bilgilərə yiyələnəcəklər.
Bu bölümdə həm də yer adlarının, bəzi çətin sözlərin yazılışını, təlimatın yazılma
qaydası, nəqli və sual cümlələri barədə yeni biliklər əldə edəcəklər.
Dərsliyin yeddinci "Yaxşı nədir, pis nədir" adlı bölümü "Ana məhəbbəti",
"Qaragözün macəraları", "Mərhəmət", "Dostluq" adlı fəsillərə ayrılır. Bu fəsillərdə
ana məhəbbətindən, mərhəmət hissindən, dostluqdan bəhs edilir. Uşaqlara bu
hisslərin ülviliyi müvafiq mətn və şeirlər, şəkilli tapşırıqlar vasitəsilə aşılanır.
Dərsliyin sonuncu - "Dünyanı kəşf edirəm" adlı səkkizinci bölümü "Keçmişə
səyahət", "Çörək", "Cizgi filmləri" və "Kosmos" adlı fəsillərdən ibarətdir.
Bu bölümdə birincilər qədim insanların yaşayış tərzi, Azıx mağarası, odun kəşfi,
Qobustan qayaları, heyvanların əhliləşdirilməsi, qaval daşı, çörəyin əldə edilməsi,
cizgi filmlərinin yaranması, kosmosun kəşfi, dünyanın ilk kosmonavtı barədə
maraqlı bilgilərə yiyələnib, həmçinin qrammatik biliklər əldə edəcəklər.
"Keçmişə səyahət" bölümündə Azıx mağarası, odun kəşfi, Qobustan qayaları ilə
bağlı rəngli şəkillər üzrə işin birincilərdə maraq oyadacağı, tapşırıqları həvəslə
edəcəkləri şübhə doğurmur.
Qeyd edək ki, çörəyin necə böyük zəhmətələ əldə edilməsi ilə bağlı "Əkinçi və
canavar" özbək xalq nağılı mövzuya tam uyğun verilmişdir.
Bilirik ki, cizgi filmləri bütün uşaqların sevimli filmləridir. Birincilər burada cizgi
filminin necə yaradılıb səsləndirilməsi barədə maraqlı bilgilər əldə edəcəklər.
Bu bölümdə verilmiş mətnə əsasən şagirdlər bilmədikləri səma cisimlərinin
adlarını öyrənib, ilk kosmonavt Yuri Qaqarin haqqında məlumata yiyələnəcəklər.
Dərsliyin bütün bölmələrində "Bunları bilməliyik", "Söz boğçası", "Sözlərin
yazılışı", "Hüsnxət" və "Xatırla" başlıqları ilə verilmiş qaydalar neçə illərdir ki,
dərsliklərdə yox idi. Bunların yenidən dərsliyə salınması müəllimlərin qarşısına
Azərbaycan dilinin zəngin bir dil olduğunu və bu dilin bir çox zəruri qrammatik
qaydalarını şagirdlərə birinci sinifdən öyrətməyə nail olmaq kimi bir vəzifə qoymuşdur. Dərsliklərdən çıxarılmış tanınmış şairlərin uşaq şeirlərinin, tərbiyəvi
əhəmiyyəti olan hekayə və nağılların yenidən dərsliyə salınması diqqətəlayıqdir.
Dərsliyə yeni salınmış elmi mətnlər, maraqlı və yaradıcı tapşırıqlar, verilmiş
mətnlərin dil və məzmun baxımından müvafiq yaş qrupuna uyğunlaşdırılması da
ürəkaçandır.
Bütün bunlar çox yaxşıdır, yalnız dərslik haqqında bir neçə irad və təkliflərim də
vardır. Onlar aşağıdakılardır:
1. Əvvəlcə onu qeyd edim ki, bu dərslik hazırlıq keçmiş uşaqlar üçün nəzərdə
tutulmuşdur. Məlumdur ki, birinci sinifə qəbul olan şagirdlərin bir çoxu bu və ya
digər səbəbdən hazırlıq keçmədən birinci sinfə gəlirlər. Belə şagirdlərlə birdən-birə
bu dərsliklə işləmək çətin olacaq.
2. Dərsliyin birinci hissəsində ilk səhifələrdə (s.7, 8) Ramin adlı uşağın ailəsi ilə
bağlı maraqlı şəkilli tapşırıqlar verilir. Burada səhv heç nə olmasa da, təklif
edərdim ki, Ramin adı türkkökənli milli adlarımızdan biri ilə (Ayxan, Tural,
Toğrul, Tuncay və b.) əvəz olunsun.
3. Səhifə 9-da olan tapşırıqda "E" hərfi ilə bağlı eynək sözü verilmişdir. Yaxşı
olardı ki, "e" hərfi ilə başlayan başqa sözlər, məsələn; eyvan, elan və sair sözlər
verilə idi. Azərbaycan dilinə ərəb və fars dilindən keçmiş eynək sözünün dilimizdə
türkmənşəli gözlük qarşılığının olması məlumdur. Çox yaxşı hal olardı ki, uşaqlara
birinci sinifdən eynək deyil, türkmənşəli gözlük sözü öyrədilsin. Bu məqsədlə
gözlük sözü "G" hərfinin öyrədilməsi zamanı nümunə kimi verilsə, daha
məqsədəuyğun olardı.
4. Dərslikdə bir çox alınma sözlərə rast gəldim. Məs.; hobbi, batut, skuter (s.24);
molbert (s.50) və sair. Bu sözlərin kitabda izahının verilməsi daha uyğun olardı.
Düzdür, bu sözlərin mənasını müəllim izah edəcək, amma uşaqlar bu izahları
yadda saxlamaqda çətinlik çəkəcəkləri üçün,düşünürəm, həmin sözlərin izahı
dərslikdə də olmalıdır.
5. Dərsliyin ikinci hissəsində "Cizgi filmləri" fəslində (s.72) əsasən xarici cizgi
filmlərinə - "Mikki Maus", "Kunq fu ustası Panda"ya istinad edilib. Bu cizgi
filmlərinin qəhrəmanlarının uşaqların sevimlisi olduğunu bilirik. Dərsliyə
salınmasına da pis baxmırıq, amma bunlarla yanaşı bizim maraqlı milli cizgi
filmlərimizdən - "Dədə Qorqud", " Tıq-tıq xanım", "Tülkü həccə gedir", "Qaval
daşı" və sair nümunələr də salmaq olardı.
Göstərilən irad və təkliflərə baxmayaraq qeyd etmək istəyirəm ki, dərslik günün
tələbinə uyğundur, üstün cəhətləri çoxdur. Müəlliflər çox böyük zəhmət və
diqqətlə bu dərsliyi ərsəyə gətiriblər. Dərslik müəlliflərinin hər birinə uğurlar
diləyirəm.

ADPU, Aynurə Sabir qızı Əliyeva

AtaTv.az

Paylaş:
Digər xəbərlər

Təhsil

16-05-2020, 16:38

Nazirin açıqlaması ilə məhv olan ümidlər: - onda bəs Virtual Məktəb nəyə gərək idi?

Siyasət

13-05-2020, 11:10

Sağlam gələcək naminə biz birlikdəyik

Dünya

1-05-2020, 09:30

“Boeing 777X”-in növbəti sınaq uçuşu həyata keçirilib

Siyasət

23-04-2020, 17:14

Sabah Milli Məclisin plenar iclası keçiriləcək - Nələr müzakirə olunacaq?

Gündəm

15-04-2020, 15:29

Deputat 2020 ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarını təhlil etdi

Təhsil

2-04-2020, 18:19

DİM: Təxirə salınan imtahanların qrafiki Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

Təhsil

16-03-2020, 16:39

Buraxılış imtahanları təxirə salındı, sənəd qəbulunun vaxtı dəyişdirildi

Gündəm

10-03-2020, 15:30

Milli Məclis sədrinin birinci müavini və müavinləri seçildi

Siyasət

10-03-2020, 13:53

Milli Məclis sədrinin birinci müavini və müavinləri seçildi

Son xəbərlər
  • Dün, 17:50
    Kiyevdə matəm elan olunub
  • Dün, 17:48
    Azərbaycanda tullantıların idarə edilməsi üzrə yeni agentlik yaradılıb
  • Dün, 14:30
    Quterreş Azərbaycana dəstək verdi: “BMT çoxtərəfli əməkdaşlığa sadiqliyi yüksək qiymətləndirir”
  • Dün, 13:37
    Si Cinpin və Tramp arasında kritik görüş: Tayvan mesajı diqqət çəkdi
  • 13-05-2026, 11:39
    Qubada üç kəndin adı dəyişdirilib
  • 13-05-2026, 09:27
    Şuşada nəqliyyatın hərəkət sxemi dəyişdirilir
  • 13-05-2026, 08:45
    Göyçayda qadın qısqanclıq zəminində qətlə yetirilib
  • 13-05-2026, 08:43
    Bakıda otaq yoldaşını bıçaqlayan şəxsə hökm oxundu
  • 13-05-2026, 08:29
    Tramp Çinə səfərə yola düşüb
  • 13-05-2026, 08:26
    Hakan Fidan: Müharibə qlobal iqtisadiyyata ciddi zərbə vura bilər
  • 13-05-2026, 01:29
    Vyanada keçirilən ATƏT toplantısında Azərbaycanda media azadlığı və rəqəmsal repressiyalar müzakirə olunub
  • 12-05-2026, 13:13
    Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
  • 12-05-2026, 11:01
    Goranboyda əmioğlular arasında dava bıçaqlanma ilə nəticələnib
  • 12-05-2026, 11:00
    Trampın Çin səfərinə iri şirkət rəhbərləri də qatılacaq
  • 12-05-2026, 10:58
    Balakəndə narkotik plantasiyası aşkarlanıb
  • 12-05-2026, 10:54
    Suraxanıda avtomobil qadını vuraraq öldürüb
  • 12-05-2026, 10:41
    DİN: Bir gündə 46 şübhəli saxlanılıb
  • 12-05-2026, 10:39
    Kəlbəcərdə iki hərbçi minaya düşüb
  • 11-05-2026, 18:24
    Polis iki gündə avtomatlar və qumbara aşkarlayıb
  • 11-05-2026, 18:21
    Gürcüstanın yeni Katolikos-Patriarxı seçildi
  • 11-05-2026, 17:56
    Putin Ermənistanın Avropa kursu ilə bağlı xəbərdarlıq edib
  • 11-05-2026, 16:45
    Azər Qasımlının həbs şəraiti ilə bağlı narahatlıqlar səsləndirildi
  • 11-05-2026, 15:32
    Polis iki gündə 25 kiloqrama yaxın narkotik aşkarlayıb
  • 11-05-2026, 15:29
    Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlanıb
  • 11-05-2026, 15:20
    Vyanada “Rəqəmsal Dövrdə Vətəndaş Məkanının Qorunması” mövzusunda beynəlxalq toplantı keçirilir
  • 11-05-2026, 00:40
    Paşinyan: “Qarabağ heç vaxt Ermənistanın olmayıb”
  • 11-05-2026, 00:38
    Tramp Kubanı hədəfə aldı: “Onunla məşğul olacağıq”
  • 11-05-2026, 00:36
    Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
  • 11-05-2026, 00:33
    Rəsmi Bakı Rusiya kanalında göstərilən xəritəyə etiraz edib
  • 10-05-2026, 14:06
    Moskvada 9 May atəşfəşanlığı ləğv edilib
  • 10-05-2026, 14:05
    Gəncədə ustaların olduğu avtomobil qəzaya düşüb, yaralananlar var
  • 10-05-2026, 14:02
    Bu gün Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • 9-05-2026, 20:46
    Suraxanıda 12 kiloqram marixuana aşkarlanıb
  • 9-05-2026, 20:44
    Paşinyan: “Ermənistanı ‘banan respublikası’ olmaqdan xilas etdik”
  • 9-05-2026, 20:42
    Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb
Daha çox
Çox oxunanlar
13-05-2026, 01:29
Vyanada keçirilən ATƏT toplantısında Azərbaycanda media azadlığı və rəqəmsal repressiyalar müzakirə olunub
11-05-2026, 00:36
Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
11-05-2026, 00:40
Paşinyan: “Qarabağ heç vaxt Ermənistanın olmayıb”
11-05-2026, 00:33
Rəsmi Bakı Rusiya kanalında göstərilən xəritəyə etiraz edib
11-05-2026, 00:38
Tramp Kubanı hədəfə aldı: “Onunla məşğul olacağıq”
11-05-2026, 15:20
Vyanada “Rəqəmsal Dövrdə Vətəndaş Məkanının Qorunması” mövzusunda beynəlxalq toplantı keçirilir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Balakəndə narkotik plantasiyası aşkarlanıb
Suraxanıda 12 kiloqram marixuana aşkarlanıb
Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb
Hesablama Palatasının auditləri milyonlarla manatlıq pozuntu aşkarlasa da, nəticələr sual doğurur
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
Ödənişli yolda sürətə nəzarət gücləndirilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə