USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 11-də ölkə ərazisində qeydə alınan 49 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Bildirilib ki, axtarışda olan ümumilikdə 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 21 nəfəri borclu şəxs qismində axtarışda olub.
Məlumata əsasən, narkotiklərlə bağlı 17 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 5 fakt müəyyən edilib.
Həmçinin müxtəlif cinayət əməllərində şübhəli bilinən 46 nəfərin saxlanıldığı qeyd olunub.