USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Göyçay rayonunda ər arvadını qətlə yetirib.
Hadisə bu gün saat 16 radələrində rayonun Qarabaqqal kəndində yerləşən kafelərdən birində baş verib. İlkin məlumata görə, 38 yaşlı Tehran İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 31 yaşlı Vəfa Ağakərimovaya kəsici alətlə xəsarətlər yetirib.
Qadın aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T. İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.