USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Siyasi məhbus,jurnalist Hafiz Babalıdan rejimə sərt ittihamlar

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

5-04-2025, 10:54

Siyasi məhbus,jurnalist Hafiz Babalıdan rejimə sərt ittihamlar
Hafiz Babalı: "Bu qurama cinayət işinin mahiyyəti Azərbaycan hakimiyyətinin despotik və kleptokratik xislətindən doğur"
Hafiz Babalı: "Bu qurama cinayət işinin mahiyyəti Azərbaycan hakimiyyətinin despotik və kleptokratik xislətindən doğur"

Aprelin 1-də “Abzas Media”nın həbsdə olan əməkdaşı, araşdırmaçı jurnalist Hafiz Babalı məhkəmədə sərbəst ifadə verib. Jurnalist ifadəsində bildirib ki, Azərbaycan hakimiyyəti öz tənqidçilərini neytrallaşdırmaqla ifadə azadlığına dözümsüzlüyünü nümayiş etdirib və korrupsiyaçı məmurların ifşasının qarşısını alıb.

Hafiz Babalının sərbəst ifadəsini olduğu kimi təqdim edirik:

“Hörmətim özünə hörməti qədər olan məhkəmə və bu prosesin digər iştirakçıları!

“Abzas Media işi” kimi tanınan bu qurama cinayət işinin mahiyyəti Azərbaycan hakimiyyətinin despotik və kleptokratik xislətindən doğur.

Biz Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham olunaraq buraya mütəşəkkil cinayətkar dəstə - az qala, qanqster, qanlı soyğunçu qrup kimi “troyka” qarşısına çıxarılmışıq. Lakin vicdanı olan hər kəs bilir ki, biz jurnalistlərin “Abzas Media” çətiri altında peşə fəaliyyəti şəxsi mənafelərə deyil, ictimai maraqlara - cəmiyyətə Azərbaycan reallıqlarını obyektiv, bəzək-düzəksiz çatdırmağa köklənmişdi və “günahımız” da əslində elə budur.

Bizi qaçaqmalçı kimi təqdim edən rejim bununla həbslərə legitimlik qazandırmağa çalışsa da, buna nail olmayacaq. Çünki o, “Abzas Media”nın aparıcı simalarını, daha sonralar digər azad mətbuat nümayəndələrini qanunsuz həbs etməklə çoxdankı niyyətinə çatdı: ölkə daxilində azad, tənqidi medianın tabutuna son paslı mismarı vurub zəfərlə “Kürdəxanı” həbsxanasına yola saldı.

Qətiyyətlə demək olar ki, bu cinayət işinə başlamaq və azsaylı tənqidçilərini neytrallaşdırmaqla oliqarxik hakimiyyət sağlam və qərəzsiz tənqidə, plüralizmə, aşkarlığa – ifadə azadlığına dözümsüzlüyünü açıq şəkildə ortaya qoydu, korrupsiyaçı məmurlarının davamlı ifşa edilməsini önləmiş oldu.

Əminəm ki, 1937-ci ilin repressiyalarını törədən canilər – kommunistlər və NKVD-çilər kimi – biz jurnalistlərə qarşı siyasi terrorda əməyi keçən müstəntiq və prokurorlar, ən əsası sifarişçilər də tarix və ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Azərbaycan xalqı isə onları adbaad tanıyacaq və lənətləyəcəkdir.

Mənə qarşı irəli sürülmüş ittihamlara gəlincə, həqiqətdən uzaq cəfəngiyyat və söz yığınından başqa bir şey deyildir. İttiham tərəfi törədilməsində təqsirləndirildiyim 7 maddənin heç birinin arxasına maddi sübut “tikə” bilməyib. İş materiallarında mənə qarşı irəli sürülən ittihamlar üzrə nə birbaşa, nə də dolayı sübut, şahid ifadəsi vardır. Diqqət edək: mənim hər hansı valyutanın hansısa əyri yolla ölkəyə gətirilməsi, qəbulu və bölüşdürülməsində iştirakımı təsdiq edən sənəd, qəbz, bank əməliyyatı və s. bu kimi sübut növü yoxdur. Aydındır ki, olmayan valyutanın leqallaşdırılması və nağdlaşdırılmasına dair bank və digər reyestr məlumatları da müəyyən olunmayıb. İstintaqın Qrant müqavilələri kimi təqdim etdiyi materiallarda fiqurant deyiləm. Heç bir maliyyə xarakterli sənəddə adım çəkilmir. Həmçinin, bu və ya digər sənədlərdə mənim imzam yoxdur. Yerli və xarici bank məlumatlarında mənim şübhəli mənbədən vəsait əldə etməyimə dair heç nə aşkar edilməyib. İbtidai istintaq evimdə, üzərimdə apardığı axtarış gedişində, eləcə də elektron daşıyıcılarda (fərdi kompüter və noutbuk), mobil telefonumda və onun tətbiqlərində bu iş üçün əhəmiyyət daşıya biləcək – istintaqın marağına uyğun – sübut, hər hansı məlumat (o cümlədən silinmiş) və ya yazışma tapmayıb. Mobil operatorlardan, Dövlət Sərhəd Xidmətindən bu iş üzrə həbs olunmuş, yaxud şahid kimi cəlb olunmuş şəxslərlə telefon danışıqları, birgə sərhədkeçmə məlumatları “Abzas Media” ilə əməkdaşlığa başladığım 2022-ci ildən qabaqkı dövrlərə təsadüf edir.

İndi isə İttiham Aktında göstərilən konkret hallara toxunmaq istəyirəm. Qeyd olunur ki, hörmətli Ülvi Həsənov müəyyən sənədlərdə, ayrı-ayrı yerlərdə və yerlərə məni “araşdırmaçı jurnalist” kimi təqdim edib. Bu iddianı təsdiq edən heç bir yazılı və şifahi dəlil isə gətirilmir. Adım hər hansı qrant müqaviləsində çəkilməsə də, istintaq orqanı utanmadan məni 15 qrant müqaviləsinin iştirakçısı kimi təqdim edir.

İttiham Aktında xaricdə nağdlaşdırılaraq qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirildiyi iddia olunan 459294,57 manat vəsaitin mənimlə və qeyriləri ilə birlikdə ölkə ərazisində qəbul edilib “öz aralarında” bölüşdürüldüyü iddia olunur. Bu “sabun köpüyünü” təsdiq edə biləcək heç bir mötəbər sübut ortaya qoyulmadan.

Aktda o da iddia olunur ki, digərləri ilə birlikdə mən də mühasibat uçotu qaydalarını pozmuşam. Necə? Nə cür? Həmişəki kimi sübutsuz, filansız.

İbtidai istintaq “Abzas Media”nın ümumilikdə 545278,46 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olduğu qənaətinə gəlib. Mənim bu “sahibkarlıq” fəaliyyətində “yerim”, gəlirdə “payım” haqda sübutları ortaya qoymağı isə başabəla müstəntiqlər “unudublar”.

Yaxud iddia olunur ki, müttəhimlər – bu sıradan həm də mən və qeyriləri – guya qanunsuz sahibkarlıq fəaliyyəti və qaçaqmalçılıq yolu ilə əldə etdikləri pul vəsaitlərini 2020-2023-cü illərdə ABB, “Xalq Bank”, “AzərTürk Bank” və “UniBank”da da öz adlarına olan cari hesablara hissə-hissə nağd şəkildə mədaxil edib, sonradan digər hesablara köçürərək konvertasiya etməklə, nağdlaşdırma və digər maliyyə əməliyyatları aparıblar. Mən iş materiallarında buna dair sübutlara rast gəlmədim. Şəxsən mənim bank hesablarıma əməkhaqqı, əlillik üzrə əmək pensiyası, şirkətlərdəki səhmlərə görə dividendlər, Maliyyə Nazirliyinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərar əsasında ödədiyi təzminat, səhm satışından əldə etdiyim qanuni pul vəsaitlərindən başqa pulun daxil olmasını təsdiq edən məlumat ortaya qoyulmayıb.

İttiham aktında bankomatlar vasitəsilə məxaric edilən müəyyən məbləğlərdə vəsaitlərdən bəhs edilir və adəti üzrə mənim də adım qeyd olunur. Müstəntiqlər buna dair sübut əldə etmək üçün özlərini əziyyətə salmayıblar.

Aktın 195-196-cı səhifələrində göstərilir ki, mənim bank hesablarımın vəziyyəti barədə məlumatlara baxış zamanı ittiham olunduğum dövr üzrə çoxsaylı mədaxil-məxaric, konvertasiya və pulköçürmə əməliyyatlarını apardığım müəyyən edilib. Lakin 12 ay sürən istintaq gedişində bu əməliyyatların cinayət işinə nə kimi aidiyyəti olduğu “səriştəli” müstəntiqlər tərəfindən nədənsə müəyyənləşdirilməyib.

Aktda guya mənim də cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə edib maliyyə əməliyyatlarının və digər əqdlərin həyata keçirilməsi nəticəsində xeyli miqdarda, yəni 50,000 manatdan 200,000 manatadək əmlakı leqallaşdırmaqda iştirak etdiyim əksini tapıb. Buna dair heç bir sübut isə, məlum məsələdir ki, yoxdur.

Sahibkarlıq fəaliyyətinin subyekti olmadığımdan “mütəşəkkil dəstə” halında dövlət büdcəsinə vergiləri ödəməkdən yayınmağa dair qurama mülki iddiaya da aidiyyətim yoxdur və onu qəbul etmirəm.

Beləliklə, qalaq-qalaq kağız yığınından ibarət bu ittiham aktında digər həqiqətdən uzaq, boş-boş iddialar da vardır, onlara toxunub diqqəti əsas kontekstdən yayındırmaq istəməzdim.

Nəhayət, bu qondarma cinayət işində mənim əleyhimə olan yalnız burada əyləşən Məhəmməd Kekalovun əsassız ifadələridir. O da artıq öz sərbəst ifadəsində ilkin ifadəsindən imtina edib və təzyiq altında səhv məlumatlar verdiyini etiraf edib.

Amma yenə də xatırlatmaq istəyərdim ki, o, ifadəsində bildirmişdi ki, mən “Abzas Media” resursunun Azərbaycandakı fəaliyyətinə cavabdeh şəxslərdən biri olmuşam, qrant layihələrin hazırlanması, büdcə təkliflərinin formalaşdırılması və s. işlərdə yaxından iştirak etmişəm, eləcə də xarici donorlardan alınmış qrantların Azərbaycana gizli şəkildə gətirilməsindən məlumatım olub. Nəzərə alsaq ki, bu ifadələr heç vaxt üz-üzə gəlmədiyimiz və bir-birimizi tanımadığımız bir şəxsə məxsusdur, mənim təəccübümü anlayışla qarşılayarsınız.

Yekunda həbsimin qərəzli və sifarişli olmasına dair bir-iki faktı da qeyd edim. Mənzilimdə axtarış və götürmə istintaq hərəkətlərinin aparılması haqqında eyni gündə - 8 dekabr 2023-cü il tarixində ilkin müraciət, vəsatət, təqdimat və məhkəmə qərarında, eləcə də həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət və təqdimatda, birinci və apellyasiya məhkəmələrinin 14 və 20 dekabr 2023-cü il tarixli qərarlarında göstərilir ki, 2022-2023-cü illərdə guya xarici ölkələrdə səfərdə olmuşam və qaçaqmalçılıq yolu ilə ölkəyə xarici valyuta gətirmişəm. Zamanda səyahət edə bilmədiyimə görə, bu, yalan məlumatdır. Evimdə axtarış və götürmə hərəkətləri haqqında sənədlərdə bunun üçün əsas kimi bildirilirdi ki, guya orada bu cinayət işi üzrə əhəmiyyətli əşya və sənədlər, eləcə də pul vəsaitləri varmış. “Donos” etimad doğuran, qərəzsiz mənbədən daxil olubmuş. Amma mənzil ələk-vələk edildi, bir şey tapılmadı.

Sonda məhkəmənin nəzərinə çatdırıram ki, Bakı İstintaq Təcridxanasında adıma olan “kartoçka”da barəmdə həqiqətə uyğun olmayan şəxsiyyəti alçaldan qeydlər: “bloger”, “müxalifyönlü”, “şər-böhtana meyilli” kimi ifadələr yazılıb. Bu, bir daha həbsimin siyasi motivli olmasını təsdiq edir. Odur ki, həmin “kartoçka”nın məhkəməyə gətirilməsini xahiş edirəm”.

Hafiz Babalı, 1 aprel 2025-ci il

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

20-08-2024, 09:06

“Abzas Media işi” üzrə həbs edilən digər dörd nəfərə də yeni ittiham elan edilib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

9-07-2024, 20:01

Araşdırmaçı jurnalist Hafiz Babalının həbs müddəti 3-cü dəfə uzadılıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-03-2024, 20:11

Jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddətləri daha üç ay uzadıldı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

19-01-2024, 17:25

Apellyasiya Məhkəməsi yenə də jurnalist Hafiz Babalını həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

10-01-2024, 05:35

Jurnalist Hafiz Babalı hökumətyönlü KİV-lərdən onu nüfuzdan salan məlumatları təkzib etməyi tələb edir

Gündəm / Sosial / Hadisə / Araşdırma

28-12-2023, 14:12

Hafiz Babalı evində aparılan axtarışla bağlı şikayət verəcək

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

21-12-2023, 11:10

Apellyasiya Məhkəməsi Hafiz Babalını həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

20-12-2023, 11:43

Bu gün Apellyasiya Məhkəməsi Hafiz Babalının üç şikayətinə baxacaq

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

15-12-2023, 11:00

Jurnalist Hafiz Babalı 3 ay müddətinə həbs olundu. Onu 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

15-12-2023, 10:39

Britaniya səfiri jurnalist Hafiz Babalının həbsinə reaksiya verib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

14-12-2023, 13:20

Jurnalistləri Müdafiə Komitəsi azərbaycanlı araşdırmaçı jurnalist Hafiz Babalının saxlanılmasını pisləyir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

13-12-2023, 21:20

Araşdırmaçı jurnalist Hafiz Babalı həbs olundu

Son xəbərlər
  • Dün, 23:48
    Gültəkin Hacıbəyli saxlanıldığı mərkəzdən MİT rəhbəri İbrahim Kalına müraciət edib
  • Dün, 23:46
    Samirə Cavanşir qızı Məmmədova-Filologiya üzrə fəlsəfə doktoru, dosent SelEdu Academy-nin təsisçi-rəhbəri
  • Dün, 16:51
    Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli qərarı siyasi sifariş adlandırır
  • Dün, 16:45
    Hökməli və Qobu qəsəbələrində avtomobil yollarının əsaslı təmiri üçün vəsait ayrılıb
  • Dün, 16:42
    Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası çatıb
  • Dün, 16:40
    Arayik Harutyunyan: “Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir”
  • Dün, 16:37
    DİN-in xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiq edilib
  • Dün, 16:36
    Meyxanaçı Ağakərim vəfat edib
  • Dün, 12:23
    Paytaxtda pirotexniki vasitələr satılan anbar aşkarlandı
  • Dün, 12:21
    ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırdı
  • Dün, 12:19
    AXCP funksioneri Murad Sultanlı 30 sutka həbs olunub
  • Dün, 12:18
    Dekabrın 18-də 36 nəfər cinayətdə şübhəli bilinərək saxlanılıb
  • Dün, 12:14
    Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
  • Dün, 12:12
    “Azər Qasımlı işi”: Zərərçəkən hədə-qorxu iddiasına sübut təqdim edə bilmədi
  • Dün, 12:09
    Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınıb
  • Dün, 12:06
    Aİ Ukrayna məsələsinə görə Çexiya, Macarıstan və Slovakiyaya siyasi təzyiq göstərəcək
  • Dün, 12:04
    Milli Məclis Avropa Parlamenti ilə bağlı bəyanat qəbul edəcək
  • Dün, 12:02
    Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Dün, 12:00
    Bu il narkotiklə bağlı 7 441 cinayət faktı aşkarlanıb
  • Dün, 11:57
    Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
  • Dün, 11:55
    Astarada itkin düşən balıqçılardan birinin meyiti tapılıb
  • Dün, 11:53
    Gürcüstanda əhalinin orta aylıq xərci Azərbaycandan təxminən 20% çoxdur
  • 18-12-2025, 10:54
    Gədəbəydə 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
  • 18-12-2025, 10:52
    Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb
  • 18-12-2025, 10:50
    Saxta sənədlərlə dələduzluq edən şəxs saxlanılıb
  • 18-12-2025, 10:47
    34 nəfər Almaniyadan Azərbaycana deportasiya olunub
  • 18-12-2025, 10:42
    Əli Kərimli həyat yoldaşı ilə təcridxanada görüşüb
  • 17-12-2025, 23:41
    Naxçıvanda elektrik işçiləri iş yükünün artdığını və maaşlarının kəsildiyini bildirir
  • 17-12-2025, 23:37
    Beynəlxalq təşkilatlar Bəhruz Səmədovun azad edilməsini tələb edib
  • 17-12-2025, 23:34
    Göyçayda yol-nəqliyyat hadisəsi: xəsarət alan var
  • 17-12-2025, 23:33
    Ərdoğan Rusiyanı və Ukraynanı Qara dənizdə xəbərdar etdi
  • 17-12-2025, 23:28
    Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanılıb
  • 17-12-2025, 23:27
    Türkiyənin Hatay vilayətində 4 maqnitudalı zəlzələ olub
  • 17-12-2025, 23:25
    Yanacaqdoldurma və qaz təchizatı obyektlərinə lisenziya blanklarının formaları təsdiqləndi
  • 17-12-2025, 23:23
    İrandan Azərbaycana 24 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb
Daha çox
Çox oxunanlar
14-12-2025, 14:32
İctimai fəal Elbəyi Kərimli cəzaçəkmə müəssisəsində ölüb
14-12-2025, 22:14
Sidneydə yəhudiləri hədəf alan silahlı hücum: 11 nəfər ölüb
14-12-2025, 14:36
“Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir” – Elçin Əmirbəyov
14-12-2025, 22:13
Şamaxıda iki nəfər dəm qazından zəhərləndi
14-12-2025, 22:46
İranda Nobel mükafatçısı Nərgiz Məhəmmədi saxlanılıb – yaxınları
15-12-2025, 19:37
Gültəkin Hacıbəyli Türkiyədən deportasiya edilə bilər
Müsahibə
Dün, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Dün, 16:51
Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli qərarı siyasi sifariş adlandırır
Dün, 12:19
AXCP funksioneri Murad Sultanlı 30 sutka həbs olunub
Dün, 12:12
“Azər Qasımlı işi”: Zərərçəkən hədə-qorxu iddiasına sübut təqdim edə bilmədi
17-12-2025, 23:37
Beynəlxalq təşkilatlar Bəhruz Səmədovun azad edilməsini tələb edib
15-12-2025, 19:37
Gültəkin Hacıbəyli Türkiyədən deportasiya edilə bilər
12-12-2025, 19:58
Əli Kərimlinin saxlanılması ilə bağlı AXCP-nin bəyanatı
Sosial
Samirə Cavanşir qızı Məmmədova-Filologiya üzrə fəlsəfə doktoru, dosent SelEdu Academy-nin təsisçi-rəhbəri
Paytaxtda pirotexniki vasitələr satılan anbar aşkarlandı
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırdı
Dekabrın 18-də 36 nəfər cinayətdə şübhəli bilinərək saxlanılıb
Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib
Bu il narkotiklə bağlı 7 441 cinayət faktı aşkarlanıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə