USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Astarada Xəzər dənizində itkin düşən balıqçılardan birinin meyiti aşkar edilib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, dekabrın 9-da Astara rayonunun Şahağac kəndi yaxınlığında dənizdə itkin düşən 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda itkin düşən digər şəxs — 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.