USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Dekabrın 18-də ölkə ərazisində 34 yeni və əvvəlki dövrlərdən qalan 4 cinayət işinin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, axtarışda olan 225 nəfərdən, o cümlədən borclu şəxs qismində axtarışda olan 202 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.
Hüquq-mühafizə orqanları tərəfindən narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt aşkar olunub.
Ümumilikdə, cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.