USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina koronavirus səbəbindən təxirə salınan mövsüm haqda danışıb.
foto.info.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, mövsümü ləğv etmək barədə heç vaxt qərar verməyəcəyini deyib:
"Mən prezident olduğum müddətdə heç vaxt mövsümün ləğvi ilə bağlı qərar verməyəcəyəm, çünki bu, İtaliya futbolunun ölüm fərmanı olar. Hər kəsin maraqlarını qorumağa çalışıram. Mövsüm ləğv olunsa, futboldan itki 700-800 milyon avroya çatacaq. Azarkeşsiz keçiriləcək matçlarda zərər 300 milyon avro olacaq. Azarkeşlərlə başlasaq isə 100-150 milyon avro itirəcəyik . Əlbəttə ki, sonuncu seçim mümkün deyil".
Qeyd edək ki, Niderland və Fransada bu mövsüm ləğv olunub.