USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Azər Qasımlının işi üzrə məhkəmə yarım saat davam etdi: şahid ifadələrində ziddiyyətlər üzə çıxdı

Araşdırma / foto

20-11-2025, 13:02

Azər Qasımlının işi üzrə məhkəmə yarım saat davam etdi: şahid ifadələrində ziddiyyətlər üzə çıxdı

Noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə növbəti iclas keçirilib. Proses saat 17:00-a təyin edilsə də, gec başladığından cəmi yarım saat davam edib.

Bu dəfə məhkəmədə “zərərçəkən” Qurbanəli Yusifovun anası Səlminə Yusifova şahid qismində dindirilib. O, ifadəsində oğlunun Azər Qasımlıya borcu olduğunu etiraf etdiyini deyib:

“Oğlum dedi ki, A. Qasımlıya borcu var, amma qaytarmayacaq. Mingəçevir məhkəməsinin qərarından sonra həyat yoldaşım dedi ki, evi bizə satdıracaqlar.”

S. Yusifova qeyd edib ki, A. Qasımlını yalnız məhkəmə proseslərindən tanıyır və oğlunun 45 min dollar borcunun olduğunu məhz Mingəçevir məhkəməsində öyrənib. O, ibtidai istintaqdakı ifadəsini təsdiqləsə də, təhdid məsələsində ziddiyyət yaranıb. Hakim diqqətə çatdırıb ki, şahid əvvəlki ifadəsində A. Qasımlının oğlunu təhdid etdiyini demişdi. Yusifova isə məhkəmədə bunun həyat yoldaşından eşitdiyi söz-söhbət olduğunu bildirib. Hakim buna belə reaksiya verib:

“Elə bil təhdid sözünün mənasını bilmir.”

Azər Qasımlının vəkili Rövşanə Rəhimli şahidin ifadəsindəki zaman uyğunsuzluqlarına diqqət çəkib. Yusifova bu borc barədə 2024-cü ilin aprelində bildiyini desə də, istintaqda bunu 2023-cü ilin payızında oğlundan eşitdiyini deyib.

Azər Qasımlı isə şahidə birbaşa sual verib:
“Mənim sizin oğlunuzu təhdid etdiyimi öz gözlərinizlə görmüsünüzmü?”
Şahid “görməmişəm” cavabı verib.

Bununla şahidlərin dindirilməsi mərhələsi başa çatıb. Vəkil Rövşanə Rəhimli bildirib ki, indiyədək dindirilən heç bir şahid təhdidi görmədiyini deyib və onların ifadələrinin sübutlar siyahısından çıxarılması üçün vəsatət vermək istəsə də, hakim vaxt çatmadığını bildirərək vəsatəti qəbul etməyib.

Növbəti proses dekabrın 10-na təyin edilib.

İttiham və müdafiə mövqeyi

Azər Qasımlı ötən ilin dekabrında həbs olunub və Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə) ilə ittiham olunur. O, ittihamları rədd edir və həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.

A. Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha əvvəl açıqlamışdı ki, Qurbanəli Yusifov siyasətçiyə məxsus kriptovalyuta hesabını idarə edib və ona verilmiş 20 min dolların bir hissəsinə dair öhdəliklərini yerinə yetirməyib. 2024-cü ilin aprelində Mingəçevir Məhkəməsi Qasımlının xeyrinə qərar verəndən sonra Yusifov ölkəni tərk edib.

S. Qasımlının sözlərinə görə, bundan sonra Yusifov DİN-ə müraciət göndərərək A. Qasımlını siyasi motivli fəaliyyətə cəlb etmək və imtina etdikdə təhdid etməkdə suçlayıb. İlk araşdırmada sübut tapılmadığı üçün işə xitam verilsə də, daha sonra yenidən açılıb və nəticədə Qasımlı həbs edilib.

Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma / foto

11-09-2025, 16:53

Zərərçəkmiş etiraf etdi: “Azər Qasımlı öz pulunu istəyib”

Gündəm / Araşdırma / foto

28-08-2025, 17:13

Azər Qasımlının məhkəmə prosesi 3 dəqiqə çəkdi

Sosial

16-07-2025, 19:55

Azər Qasımlıya rəsmi ittiham elan olundu – 10 ildən 15 ilə qədər həbs riski

Hadisə

25-06-2025, 23:34

Azər Qasımlı: “Heç bir fakt və şahid olmadan yarım ildən çoxdur həbsdə saxlanılıram”

Araşdırma

11-03-2020, 14:40

Nazirlikdə kart maxinasiyası: Hüseynqulu Bağırov hər ay Departament rəhbərindən 10 min haqq alırdı

Araşdırma

6-03-2020, 15:50

Cavid Qurbanov baş dəmiryolçu kimi necə uğursuz oldu... - İTTİHAM

Araşdırma

4-03-2020, 18:15

Deputatın qardaşı oğlunu necə ŞANTAJ EDİRLƏR... - İLGİNC FAKTLAR

Son xəbərlər
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
  • 26-07-2026, 19:58
    FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
  • 26-07-2026, 19:56
    İlin ilk yarısında 33 nəfər xaricdən Azərbaycana ekstradisiya edilib
  • 25-07-2026, 18:33
    Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
  • 25-07-2026, 14:15
    Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
  • 25-07-2026, 14:11
    Rumıniya hava məkanını pozan daha bir pilotsuz aparatı vurub
  • 25-07-2026, 14:08
    Əməkdar artist Elnur Kərimovu ilan sancıb
  • 25-07-2026, 14:05
    Şəmkirdə 12 yaşlı qızın ölümündə bacısı şübhəli bilinir
  • 25-07-2026, 14:04
    Hacıqabulda sərnişin qatarının vurduğu 53 yaşlı kişi ölüb
  • 24-07-2026, 00:40
    Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
  • 23-07-2026, 20:49
    “AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
  • 22-07-2026, 22:45
    Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur
  • 22-07-2026, 18:43
    “AzerGold” QSC-nin KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
  • 22-07-2026, 16:35
    “AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
Daha çox
Çox oxunanlar
27-07-2026, 12:57
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
26-07-2026, 19:58
FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
27-07-2026, 12:55
Dövlət Gömrük Komitəsində yeni təyinat
27-07-2026, 18:25
“Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
27-07-2026, 12:53
Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
26-07-2026, 20:07
İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə