USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Nazirlikdə kart maxinasiyası: Hüseynqulu Bağırov hər ay Departament rəhbərindən 10 min haqq alırdı

Araşdırma

11-03-2020, 14:40

Nazirlikdə kart maxinasiyası: Hüseynqulu Bağırov hər ay Departament rəhbərindən 10 min haqq alırdıKeçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun daha bir korrupsiya əməli ortaya çıxıb. Virtualaz.org xəbər verir ki, keçmiş işçilərinin məhkəmədə verdikləri ifadələrə əsasən H.Bağırov nazirlikdə müxtəlif adamların adlarına çoxsaylı maaş kartlarının açılmasına, nəticədə pulların kartlardan çıxarılıb mənimsənilməsinə şərait yaradıb. Və özü də hər ay bu işdən 10 min manat haqq alıb. Üstəlik iki il əvvəl “kart korrupsiyası” sxemi ilə məşğul olan işçilərindən bir dəfəyə 265 min manat alaraq qaytarmayıb. Nazir dəyişəndə bu sxemin üstü açılıb və iştirakçılar məsuliyyətə cəlb olunub. Lakin Hüseynqulu Bağırova hələlik bu işlə bağlı hansısa irad bildirən yoxdur.

Hüseynqulu Bağırovun da qarışdığı mənimsəmə sxemi barədə Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclasında danışıblar.

Mənimsəmədə təqsirləndirlən şəxslər nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, həmin departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevdir.Onlardan yalnız İlqar Hacıyev həbsdədir. İş üzrə zərərçəkmiş tərəf kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı 27 nəfər tanınıb.



Prosesdə təqsirləndirilən Əkbər Həsənov digər təqsirləndirilən İlqar Hacıyevin vəkili Ramil Məmmədzadənin suallarına cavab verib. O suallara cavab olaraq, rəhbəri olduğu Departamentin birbaşa nazirə tabe olduğunu bildirib və əlavə edib ki, mənimsənildiyi iddia olunan 451 min manatı cari xərclər, internet, telefon xətləri, bütün kommunikasiya xətləri, Şahdağda itkin düşmüş alpinistlərin axtarışı üçün sərf etmişdilər.

Departamentdə müxtəlif şəxslərin adına kart açılaraq aylıq maaş ayrılması ilə bağlı suala cavab olaraq, yalnız 25-30 kartdan xəbərdar olduğunu deyən Ə.Həsənov digər şəxslərə kart açılmasında İlqar Hacıyevi günahlandırıb.İ.Hacıyev isə bunu təkzib edərək deyib ki, departamentin min nəfərdən artıq işçi siyahısı hər ay Ə.Həsənova təqdim edilib və o, hər şeydən xəbərdar olub.

Vəkil R.Məmmədzadə bu dəfə Ə.Həsənovdan sabiq nazir H.Bağırovun 2018-ci ildə ondan 265 min manat istəyib-istəmədiyini soruşub. Ə.Həsənov bu fikirlərə münasibət bildirməyib. O, digər suala cavab olaraq bildirib ki, rəhbər olduğu Departament aylıq xərclərlə bağlı nazirə məlumat vermirdi:"Bütün işlər görülüb, amma etiraf edirəm ki, sənədləşmə işləri aparılmayıb. Buna görə də indi həmin məbləğ mənimsəmə və israf etmə kimi qiymətləndirilir. Nazirə demirdim, öz işimizin xətrinə edirdim".

451 min manatlıq zərərin 300 min manata yaxınını ödəyən Ə.Həsənov qalan hissəni niyə ödəməməsi ilə bağlı sualı belə cavablandırıb ki, anlaşmaya əsasən qalan pulları İ.Hacıyev odəməli idi. İ.Hacıyev isə 151 min manatı ödəmək fikrində olmadığını deyib, ona görə ki, özünü günahkar saymır və mənimsəmədə əli yoxdur.



Daha sonra məhkəmədə sərbəst ifadə verən İ.Hacıyev deyib ki, çalışdıqları Departamentdə ilk dəfə audit yoxlaması aparılanda 25 min manatlıq çatışmazlıq üzə çıxıb: "Bu, büdcəsi 2-3 milyon olan idarə üçün çox kiçik məbləğ idi. Ə.Həsənov həmin məbləği ödədi. Bir müddət keçəndən sonra bizi işdən çıxardılar. Könüllü ərizə yazmağımızı istədilər. Yazmasaydıq, audit yoxlamasının nəticəsini prokurorluğa göndərəcəkdilər. Biz də ərizə yazdıq. Sonradan keçirilən audit yoxlamasında isə dəymiş ziyan 451 min manat oldu".

İ.Hacıyev 451 min manatlıq ziyanın yaranması və ayrı-ayrı şəxslərin adına maaş yazılması barədə danışaraq bildirib ki, işlədikləri müddətdə hər ay 30-a yaxın şəxsin adına maaş yazılaraq nağdlaşdırılıb. Həmin məbləğ tam olaraq Ə.Həsənova verilib.

İ.Hacıyevin bildirdiyinə görə, keçmiş nazir H.Bağırovun 2018-ci ildə onlardan aldığı 265 min manatdan sonra işlər bu vəziyyətə çatıb: “Əkbər Həsənov bunu mənə deyəndə bildirdim ki, mən işdən çıxıram. Çünki bu işi biz bacarmazdıq və çox riskli idi. Hətta Əkbər özü də işdən çıxmaq istəyirdi. Amma iki gün sonra Ə.Həsənov gəlib dedi ki, Vüqar adlı şəxsdən bu məbləği ala bilər. Buna görə də Vüqara 10-12 faiz xeyir verilməlidir. Vüqar bizim işlədiyiniz firmalardan birinin rəhbəri idi və münasibətləri yaxşı idi. Hətta Əkbər deyirdi ki, çıxsaq da Hüseynqulu Bağırovun əlindən qaça bilmərik. Çünki o zaman Hüseynqulu Bağırov nazir idi və istədiyini edə bilirdi. Əkbər pulu alıb nazirə verdi. Sonra biz xərcləri qaytarmaq üçün kartların sayını artırdıq. Bütün işçilərin də bir siyahısı olub və hamısını da Əkbər imzalayıb. Siyahının sonunda da ümumi ayrılan məbləğ yazılırdı. Amma indi deyir ki, 80 nəfərin adına maaş yazılmasında xəbərsizdir.



Mən dəfələrlə Əkbərə xəbərdarlıq elədim ki, bu pulu verə bilməyəcəyik. Əkbər dedi ki, nazirlə danışıb. Hüseynqulu Bağırov demişdi ki, yenidən nazir təyin olunsa, pulu tam olaraq qaytaracaq. Amma elə oldu ki, pulu verəndən bir neçə ay sonra Hüseynqulu Bağırov işdən çıxarıldı.Onu da deyim ki, Əkbər hər ay kartlardan çıxarılan pullardan 10 min manatı nazirə çatdırırdı. Ona görə də bizim işimizdə heç bir problem olmurdu. Yeni nazir gələndə işlər qarışdı. Biz tələsirdik ki, aldığımız borcu qaytaraq. Özümüzə qazanc belə götürmürdük. Yeni nazir dedi ki, heç bir qanunsuz iş görülməsinə icazə verilməyəcək. Audit yoxlamalarından sonra bu məsələlər üzə çıxdı”.

O qeyd edib ki, bu məsələləri mediaya açıqlayacağını dedikdən sonra H.Bağırov dəymiş zərərlə bağlı Ə.Həsənovun adından 300 min manat ödəyib, qalanını isə söz versə də ödəməyib.

İ.Hacıyev ifadəsində Departamentdə çalışdığı müddətdə nazirin bir çox qeyri-rəsmi göstərişlərini yerinə yetirdiklərini də açıqlayıb. O bildirib ki, söylədiklərini sübut edən səs yazıları və telefon danışıqları var.Proses davam etdiriləcək. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb.

İttihama görə, 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə - direktor və direktor müavini işləyən Ə.Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq, külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər. Zərərçəkən 27 nəfər də əmək müqaviləsi izmalanmayan, maaşları karta köçürülərək mənimsənilən şəxslərdir.



Xatırladaq ki, Hüseynqulu Bağırov vəzifədən uzaqlaşdırılandan sonra onun ölkədə və xaricdə, Türkiyə və bir sıra Avropa ölkələrində çoxsaylı biznes aktivləri, mülkləri, şirkətləri barədə faktlar açıqlanmışdı. Məlum olmuşdu ki, keçmiş nazirin ailə üzvləri Almaniyada, Böyük Britaniyada, Türkiyədə, Çexiyada, Latviyada və digər ölkələrdə otellərə, kommersiya daşınmaz əmlaka, müxtəlif biznes sahələri ilə məşğul olan şirkətlərə, o cümlədən Azərbaycanda otellərə və s. obyektlərə malikdir.

Virtualaz.org

Paylaş:
Digər xəbərlər

Araşdırma

7-03-2020, 15:13

Keçmiş nazir oğlu HƏDƏFDƏ... - şirkəti haqda cinayət işi açılıb

Video

7-03-2020, 13:48

Etimad İsmayılovun qətli: şahid Karina Süleymanova ifadə verdi - "...mübahisə etdiklərinin şahidi olmamışam"

Bölgə

7-03-2020, 11:50

Lerikdə evin üstünə qayalar aşıb - İcra Hakimiyyəti

Sosial

6-03-2020, 14:00

Yol qəzalarında 4 nəfər öldü

Siyasət

4-03-2020, 17:11

DTX-nın həbs etdiyi keçmiş icra başçısından xəbər var - Şirkəti üzə çıxdı...

Video

3-03-2020, 15:00

Bakı polisi bir gündə 28 nəfər saxladı

Video

29-02-2020, 18:09

Martın ilk gününün hava proqnozu açıqlanıb

Hadisə

27-02-2020, 13:02

Bakı polisi bir gündə 20 nəfəri saxladı

Video

26-02-2020, 16:25

Məhkəmə "Real" MTK-nın icraçı direktoru barədə qərar verdi

Son xəbərlər
  • Bugün, 00:21
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • Dün, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
  • 5-10-2026, 13:47
    Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
Daha çox
Çox oxunanlar
21-10-2026, 14:35
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
21-10-2026, 14:37
Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
24-10-2026, 23:24
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
20-10-2026, 16:51
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
21-10-2026, 14:43
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
21-10-2026, 14:45
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
İdeyaların beşiyi, etirazın və inqilabların vətəni

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə