"Bəxtiyar bəzi cümlələr göndərib mənə…
Əksəriyyəti özəldir deyə paylaşa bilmirəm.
3 gündür ki, həmin sözlərin, cümlələrin təsiri altındayam.
Bəzi dostlar bilir, həddindən artıq ağır fikirlərdir.
Çox sarsıdıcıdır:
“…40 illik həyatımın yarısını boş yerə fəda eləmişəm…
…Belədirsə, quru aclığa keçib, birdəfəlik son qoyaram hər şeyə…
…Özünə yaxşı bax…”-deyə yazır.
Hər şeyimizi səfərbər edəcəyik.
Bütün varlığımızla tam təqsirsiz ziyalının, parlaq məsləkdaşımızın, dostumuzun-Bəxtiyarın müdafiəsində olacağıq.
O, yaşamaqa, Azərbaycan üçün çalışmağa, öz qabiliyyətini, səriştəsini vətənçün xərcləməyə layiqdir, ölməyə yox, İlham Əliyev!
İmkan verməyəcəyik ki, onu asanlıqla öldürəsiniz!
Ümumiyyətlə isə yaratdığınız bu boz və boğucu mühitdə ictimai maraqlar naminə məhv olmağa belə hazırıq…
Dəfələrlə yazmışıq!"