USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Müdafiə Xətti” son 3 ayda ölkədə insan haqlarının vəziyyətilə bağlı hesabat yayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

13-09-2023, 16:47

“Müdafiə Xətti” son 3 ayda ölkədə insan haqlarının vəziyyətilə bağlı hesabat yayıb
"Müdafiə Xətti" İnsan Haqları Təşkilatı Azərbaycanda insan hüquqlarının vəziyyətilə bağlı hesabat yayıb.

İnsan hüqüqlarının, xüsusilə, siyasi azadlıqların kobud surətdə pozulduğu qeyd olunan hesabat son 3 ayı – iyun, iyul, avqust aylarını əhatə edib. Bildirilib ki, Azərbaycan hökuməti hüquqi və siyasi açılımlara maraq göstərməyib, əksinə, tənqidçilərə qarşı repressiv tədbirləri genişləndirib.

“İşgəncə, ləyaqəti alçaldan davranış, qeyri-insani rəftar halları çoxalıb. Siyasi məhbusların sayı 200-ü ötüb. Şəxsi həyata zorakı müdaxilə, ifadə, mətbuat azadlığının məhdudlaşdırılması, diffamasiyanın kriminallaşdırılması, jurnalistlərin, ictimai aktivistlərin, hüquq müdafiəçilərinin, siyasi xadimlərin, müxalif yönlü partiya rəhbərlərinin, iqtisadçıların, mühacir fəalların həbsi adiləşib".
Hesabatda bildirilib ki, dövlət qurumlarında korrupsiya sistemli hal alıb, Beynəlxalq Şəffaflıq Təşkilatı Korrupsiyanı Qavrama İndeksində (Corruption Perception Index-CPI) Azərbaycan 180 ölkə içində 157-ci yerdə qərarlaşıb.

Hesabatda dindarların kütləvi həbsindən də bəhs olunub. Bildirilib ki, xüsusilə Müsəlman Birliyi Hərəkatının üzvlərinə qarşı sərt repressiv tədbirlər tətbiq edilib.

"Həbs edilən dindarlar bir qayda olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilsələr də, hökumətin nəzarətində olan yazılı və elektron mediada “casuslar”, “dövlətə xəyanət edənlər” qismində göstəriliblər”, – deyə hesabatda bildirilib.

Sənəddə həmçinin qeyd olunub ki, Gədəbəyin Söyüdlü kəndinin sakinləri ekoloji etirazlara görə zorakılığa məruz qalıblar.

“Polis qüvvələri dinc aksiyanı zorakılıqla dağıdıb, gözyaşardıcı qazdan istifadə edib. Rəsmi instansiyalar məlumat verməsələr də, yerli mənbələr bilidiriblər ki, etraz aksiyalarından sonra 11 sakin saxlanılıb. Onlardan 8-i İnzibati Xətalar Məcəlləsinin 513.1-ci (Toplantıların təşkili və keçirilməsi qaydalarının pozulması) maddəsi ilə həbs olunub, 3 nəfərə qarşı isə narkotik ittihamı ilə cinayət işi açılıb.

Bu üç nəfər -“WhatsApp” şəbəkəsində qrup yaradan Rusiya vətəndaşı Etibar Cabbarov, aksiya iştirakçısı Şöhrət Əsgərov və Söyüdlü kəndində aksiyada qaldırılan plakatları çap edən məkanın sahibi Habil İsmayılovdur.

Gədəbəy rayonu, Söyüdlü kəndi polis qüvvələri tərəfindən blokadaya alınıb. Kəndə giriş-çıxış məhdudlaşdırılıb.
Hakimiyyət orqanları kənd sakinlərini, xüsusilə, həbs edilən etirazçıların yaxınlarını hədələyiblər ki, müstəqil mediaya danışmasınlar, hüquq müdafiəçiləri ilə, eləcə də “Müdafiə Xətti” ilə ünsiyyətdən yayınsınlar”.

O da bildirilib ki, hesabat dövründə siyasi həbslər artıb və həbs olunmuş şəxslərə qarşı yeni ittihamlar irəli sürülüb. Bu şəxslər - ictimai fəal Bəxtiyar Hacıyev, keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri professor Qubad İbadoğludur.

Bu müddətdə inzibati həbslər də baş verib. İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədov 30 sutka inzibati həbs cəzası alıb.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvləri- Ayxan İsrafilov, Elvin Mustafayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunub. İctimai fəal Qiyas İbrahimov haqqında inzibati qaydada həbs seçilib.

NİDA Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov 20 sutka inzibati qaydada həbs edilib.

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Təşkilat şöbəsinin əməkdaşı Elxan Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağaəli Yahyayev həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını külli miqdarda hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda) maddəsilə ittiham irəli sürülüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə jurnalist Cəmil Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə), 178.2 (dələduzluq, eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilib”.

Təşkilat Azərbaycan hökumətinə müraciət edib ki, demokratik quruluşa təminat verilsin, icra, qanunverici və məhkəmə hakimiyyətləri arasında balans yaradılsın:

“Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olunsun, qanunsuz cəzalandırmalar dayandırılsın”, - deyə sənədin sonunda vurğulanıb.

Hökumət rəsmiləri bir qayda olaraq Azərbaycanda siyasi səbəblərlə həbslərin olmadığını, həbs olunan şəxslərin konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduqlarını bildirirlər.

Paylaş:
Digər xəbərlər

Bölgə

11-10-2022, 15:57

“Qafqaz Qartalı - 2022” birgə hərbi təlimlərinin açılışı olub

Bölgə

15-03-2022, 07:10

Çavuşoğlu Lavrovla da danışıqlar apardı

Bölgə

25-02-2022, 07:42

Putin Rəisi ilə Ukraynanı müzakirə etdi

Bölgə

7-02-2022, 11:49

Ukrayna hakimiyyəti hərbçiləri aldadır - General

Bölgə

1-02-2022, 13:43

NATO generalı Gürcüstana gəlib

Bölgə

27-12-2021, 08:03

İranın Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır

Bölgə

17-09-2021, 15:29

Ermənistan ordusunda yeni təyinat olub

Gündəm / Siyasət / Sosial / Bölgə

9-03-2021, 20:15

Naxçıvan Muxtar Respublikasının sabiq Daxili İşlər Naziri, general-leytenant Əhməd Əhmədovun həbs olundu.

Bölgə

24-11-2020, 14:01

Erməni general qələbəmizə dözməyib öldü

Bölgə

19-11-2020, 15:45

Yalan məlumat bizi yox etdi – Movses Akopyan

Bölgə

12-10-2020, 10:09

Düşmənin tabor komandiri məhv edildi

Bölgə

5-10-2020, 09:03

Çarəsiz qalan Nikol Paşinyan ABŞ-dan kömək umur

Son xəbərlər
  • Bugün, 00:14
    Daxili qoşunların komandanının təyinatı Prezidentin səlahiyyətinə verildi
  • Bugün, 00:09
    Mnatsakanyan ibtidai istintaqda verdiyi ifadələrdən imtina etdi
  • Bugün, 00:06
    Həbsdə ölən sabiq icra başçısının oğluna yeni vəzifə verildi
  • Bugün, 00:04
    Ramzan Kadırov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
  • Dün, 23:59
    DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti uzadılıb
  • Dün, 16:09
    Bakıda “Land Rover” idarə edən narkokuryerdən 17 kiloqramdan çox marixuana götürülüb
  • Dün, 14:54
    Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutuları” üçüncü ölkəyə göndəriləcək
  • Dün, 00:13
    Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi aşkarlanıb
  • Dün, 00:10
    AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
  • Dün, 00:09
    Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
  • 24-12-2025, 22:24
    Yaponiya Suriyaya 53 milyon dollar maliyyə yardımı ayırıb
  • 24-12-2025, 22:21
    Daşkəsəndə qadın dərmandan zəhərlənib
  • 24-12-2025, 22:19
    Prezidentin ad günündən ailəvi foto paylaşılıb
  • 24-12-2025, 22:18
    Əlcəzair parlamenti Fransa müstəmləkəçiliyini cinayət kimi tanıyıb
  • 24-12-2025, 22:15
    Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutuları” üçüncü ölkəyə göndəriləcək
  • 24-12-2025, 22:05
    Xankəndidə Zəfər parkının açılışı olub
  • 24-12-2025, 22:02
    Prezident İlham Əliyevin doğum günüdür
  • 24-12-2025, 13:30
    Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
  • 24-12-2025, 13:23
    Sadettin Saranla bağlı narkotik testi iddiası – rəsmi araşdırma davam edir
  • 24-12-2025, 13:03
    Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
  • 24-12-2025, 12:52
    “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb
  • 23-12-2025, 16:51
    Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
  • 23-12-2025, 16:48
    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol qəzasında həlak olub
  • 23-12-2025, 15:36
    Azərbaycanda sabiq vəzifəli şəxs həbsdə vəfat edib
  • 23-12-2025, 15:33
    Prezident İlham Əliyev Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin binasının açılışında iştirak edib
  • 23-12-2025, 15:29
    Məhkəmə Nərmin Quliyevanın qətli ilə bağlı kassasiya şikayətini təmin etmədi
  • 23-12-2025, 15:21
    Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana göndərilir
  • 23-12-2025, 15:20
    Podolyak vəzifəsindən azad edilib
  • 23-12-2025, 13:18
    AZAL təyyarə qəzası ilə bağlı istintaqın müddətinə aydınlıq gətirilib
  • 23-12-2025, 00:02
    Avropada yaşayan azərbaycanlı miqrant pulunu ala bilmədiyini iddia edir
  • 22-12-2025, 19:47
    Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
  • 22-12-2025, 16:50
    Podolyak vəzifəsindən azad edilib
  • 22-12-2025, 15:18
    Amnistiya aktının icrasına başlanılıb: minlərlə məhkum azadlığa buraxılacaq
  • 22-12-2025, 02:35
    Ruslan İzzətlinin səhhəti ağırlaşıb – həyat yoldaşı həyati təhlükə olduğunu bildirir
  • 20-12-2025, 15:44
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Daha çox
Çox oxunanlar
22-12-2025, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
23-12-2025, 00:02
Avropada yaşayan azərbaycanlı miqrant pulunu ala bilmədiyini iddia edir
19-12-2025, 12:19
AXCP funksioneri Murad Sultanlı 30 sutka həbs olunub
19-12-2025, 23:46
Samirə Cavanşir qızı Məmmədova-Filologiya üzrə fəlsəfə doktoru, dosent SelEdu Academy-nin təsisçi-rəhbəri
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
19-12-2025, 12:12
“Azər Qasımlı işi”: Zərərçəkən hədə-qorxu iddiasına sübut təqdim edə bilmədi
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
22-12-2025, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
22-12-2025, 02:35
Ruslan İzzətlinin səhhəti ağırlaşıb – həyat yoldaşı həyati təhlükə olduğunu bildirir
19-12-2025, 16:51
Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli qərarı siyasi sifariş adlandırır
19-12-2025, 12:19
AXCP funksioneri Murad Sultanlı 30 sutka həbs olunub
19-12-2025, 12:12
“Azər Qasımlı işi”: Zərərçəkən hədə-qorxu iddiasına sübut təqdim edə bilmədi
17-12-2025, 23:37
Beynəlxalq təşkilatlar Bəhruz Səmədovun azad edilməsini tələb edib
Sosial
Xankəndidə Zəfər parkının açılışı olub
Sadettin Saranla bağlı narkotik testi iddiası – rəsmi araşdırma davam edir
Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
“Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb
Azərbaycanda sabiq vəzifəli şəxs həbsdə vəfat edib
Məhkəmə Nərmin Quliyevanın qətli ilə bağlı kassasiya şikayətini təmin etmədi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə